Salyan düzündə suvarılan torpaqlarda qrunt və suvarma sularının minerallaşmasının torpaqların meliorativ vəziyyətinə təsirinin qiymətləndirilməsi (Neftçala rayonu timsalında)

SALYAN DÜZÜNDƏ SUVARILAN TORPAQLARDA QRUNT VƏ SUVARMA SULARININ MİNERALLAŞMASININ TORPAQLARIN MELİORATİV VƏZİYYƏTİNƏ TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ (NEFTÇALA RAYONU TİMSALINDA)

Afət Cəfərova1*

1Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu, Azərbaycan

*Məsul müəllif: afat.cafarova@geo.edu.az

DOI: https://doi.org/10.5281/zenodo.24436638

PDF yüklə

Xülasə

Məqalədə Salyan düzündə suvarılan torpaqların meliorativ vəziyyətinə qrunt sularının səviyyəsinin və suvarma sularının minerallaşmasının təsiri Neftçala rayonunun Qaravəlli kəndində yerləşən “Vətən” fermer təsərrüfatının pambıq əkini sahəsində aparılmış tədqiqatlar əsasında qiymətləndirilir. Torpaq qatları üzrə duzların paylanması, suvarma və dren sularının kimyəvi tərkibi, torpaq məhlulunun reaksiyası və əsas ionların miqdarı təhlil edilmişdir.

Cədvəl məlumatlarına görə duzların cəmi 0–25 sm qatında 0,51–0,76%, 75–100 sm qatında isə 0,62% olmuşdur. Suvarma suyunda quru qalıq 0,64 q/l, dren suyunda isə 1,88 q/l təşkil etmişdir. Torpaq məhlulunun pH göstəricisi 7,38–7,61 intervalında dəyişmişdir.

Qrunt sularının səviyyəsinin yüksəlməsi və suda həll olan duzların torpaq profilində yenidən paylanması təkrar şoranlaşma riski ilə əlaqələndirilir. Meliorativ vəziyyətin yaxşılaşdırılması üçün drenaj şəbəkəsinin fəaliyyətinin gücləndirilməsi, suvarma rejiminin optimallaşdırılması və qrunt sularının səviyyəsinin müntəzəm monitorinqi tövsiyə olunur.

Açar sözlər

suvarılan torpaqlar, qrunt suları, şoranlaşma, minerallaşma, dren suları, meliorativ vəziyyət, pambıq


Məqalə haqqında

Jurnal: Coğrafiya və Təbii Resurslar
Bölmə: Aqrar elmlər
Cild: 12
Nömrə: 1
İl: 2026
Səhifələr: 154–157
Nəşr tarixi:
Lisenziya: CC BY 4.0


Ədəbiyyat siyahısı

Aslanov, H. Q. (2013). Kür çayının aşağı axarının ekocoğrafi problemləri.

Cəfərov, M. İ. (2005). Torpaqşünaslıq. Elm.

Cəfərova, A. Ə. (2024). Salyan düzü meliorasiya olunmuş boz-çəmən torpaqlarda pambıq bitkisinin becərilməsi. Ekologiya və su təsərrüfatı, (4), 65–70. https://www.ekosu.az/uploads/2024/10/n-4-2024.pdf

Jafarov, S. (2025). Education and skill development: A pathway to sustainable growth. International Journal of Scientific Research and Management (IJSRM), 13(2), 3963–3969. https://doi.org/10.18535/ijsrm/v13i02.el06

Jafarov, S. (2024). Accreditation and quality assurance in world-leading universities. International Journal of Current Science Research and Review, 7(12), 9357–9365. https://doi.org/10.47191/ijcsrr/V7-i12-77

Jafarov, S., & Aliyev, Y. (2024). What causes culture shock? South Florida Journal of Development, 5(7), e4106. https://doi.org/10.46932/sfjdv5n7-012

Mahmudov, R. N. (2007). Azərbaycanda hidrometeoroloji xidmət son üç əsrdə.

Məmmədov, Q. Ş. (2007). Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Elm.

Хаин, В. Е., & Шарданов, А. Н. (1952). Геологическая история и строение Куринской впадины. Издательство Академии наук Азербайджанской ССР.


Məqaləyə istinad (APA 7)

Cəfərova, A. (2026). Salyan düzündə suvarılan torpaqlarda qrunt və suvarma sularının minerallaşmasının torpaqların meliorativ vəziyyətinə təsirinin qiymətləndirilməsi (Neftçala rayonu timsalında). Coğrafiya və Təbii Resurslar, 12(1), 154–157. https://doi.org/10.5281/zenodo.24436638