ŞAHDAĞ YÜKSƏK DAĞLIQ ƏRAZİSİNİN METEOROLOJİ ŞƏRAİTİNİN TƏHLİLİ
R.N.Mahmudov, F.S.Dadaşova, Z.R.Rasulov
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Təqdim olunan məqalədə Şahdağ yüksək dağlıq ərazisinin 2017-2020-ci illər üzrə meteoroloji şəraiti təhlil edilmiş, qlobal iqlim dəyişmələrinin dağ buzlaqlarına təsiri araşdırılmışıdır. Müəyyən edilmişdir ki, bu dövrdə ən yüksək orta illik temperatur (+3.20C) 2018-ci ildə olmuşdur. 2018-ci ilin hətta soyuq dövrlərində – yanvar, fevral, mart aylarında mənfi temperaturlarda artma, yay aylarında isə, temperaturlarda daha çox artma müşahidə edilmişdir. Ən aşağı sutkalıq minimal temperaturlar 2020-ci ilin yanvar, fevral, aprel, noyabr, dekabr aylarında müvafiq olaraq -17.8 0C, -240C, -15.10C, -15.50C olmuşdur. Maksimal sutkalıq temperaturlar 2017-ci ilin avqust, sentyabr, 2018-ci ilin mart, iyun, iyul, dekabr, 2020-ci ilin aprel, may, avqust, noyabr aylarında qeydə alınmışdır. Ən çox orta illik yağıntılar 2018-ci ildə, ən az yağıntılar 2017-ci ildə olmuşdur. 2017-ci ilə nəzərən küləyin maksimal sürətlərində azalma, 2019-cu ilə nisbətən isə 2017, 2018, 2020-ci illərdə torpaqda səth örtüyünün orta illik temperaturu artmışdır. Göstərilən müşahidə illəri üzrə meteoroloji parametrlərin aylara görə dəyişmə dinamikası məqalədə qrafiklər şəklində verilmişdir.
Açar sözlər: Şahdağ, yüksək dağlıq ərazi, temperatur, yağıntı, külək, torpaq.
ƏDƏBİYYAT
- Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr. Bakı, MAA-nın nəşri, 2018, 231 s.
- Махмудов Р.Н. Региональные климатические изменения и речной сток в Азербайджане. Метеорология и гидрология, №9, Гидрометеоиздат Москва, 2016, с. 63-69.
- Махмудов Р.Н., Агаев З.Б., Сулейманов М.Ф. Глобальное климатическое изменение и его региональные аспекты в Азербайджане. Вестник Международной АН Экологии и безопасности жизнедеятельности, Санкт – Петербург, 2021, с. 61-67.
- Glacier Mass-balance Bulletin, №5, Zurich, IAHS, 1999, 96 p.
- Glacier Mass Balance Bulletin, Bulletin №10, (2006-2007), №11 (2008-2009), ICSU (WDS)-IUGG(IACS)-UNEP-UNESCO-WMO.
Çapa qəbul olunub: 28 oktyabr 2022
Məqaləni yüklə