ŞƏRQİ ZƏNGƏZUR VƏ QARABAĞ İQTİSADİ RAYONLARI ƏRAZİSİNDƏ TƏHLÜKƏLİ TƏBİİ-DAĞIDICI HADİSƏLƏRİN YARANMASININ SİNOPTİK-İQLİM ŞƏRAİTİNİN TƏDQİQİ
H.L.Nəbiyev*, R.S.İsmayilov
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
Az1143, Bakı ş., H.Cavid pr.115
[email protected]*
X ü l a s ə
Məqalədə, Azərbaycan Respublikasının Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində baş verən təbii-dağıdıcı hadisələrin (sel, leysan, dolu və s.) yaranmasının sinoptik-iqlim şəraiti tədqiq edilmişdir. Avropa və Qərbi Sibir üzərində hakim olan atmosfer sirkulyasiyası tipləri ilə Cənubi Qafqaz üzərində sellərin yaranmasını şərtləndirən soyuq və transformasiyaya məruz qalmış hava kütlələrinin tədqiqat ərazisinə mü-daxiləsinə imkan verən sinoptik proseslər arasında əlaqələr araşdırılmış və müəyyən edilmişdir ki, sel hadisələri, leysanlar əsasən G.Y.Van-gengeymin təsnifatına görə E meridional prosesləri, B.L.Dzerdzeyevski təsnifatına görə isə 12a və 13l meridional sirkulyasiya tipləri ilə sıx bağlıdır. Sel keçən gün meridional indekslərin kəmiyyəti (A.l.Katsa görə) böyük rəqəmlərlə (˃0,75) səciyyələnmiş, bütün sel hadisələri zamanı kifayət qədər müsbət dayanıqsızlıq enerjisi müşahidə edilmiş, troposferin bütün təbəqələrində xüsusi rütubətin miqdarı xeyli artmış, konveksiya səviyyəsi 300-200 hPa səthinə çatmışdır. Dolu və leysanların tədqiqat ərazisində paylanmasına diqqət yetirilmiş, azad olmuş ərazilərdə mete-oroloji məntəqələr şəbəkəsinin bərpa edilməsinə, sellərin vurduğu zərəri azaltmaq üçün görülməsi çox əhəmiyyətli olan tədbirlər haqqında təkliflər irəli sürülmüşdür.
Açar sözlər: sellər, yağıntılar, atmosfer dövranı, hava kütlələri, sirkulyasiya indeksi, meridional proseslər
ƏDƏBİYYAT
1. Mahmudov R.N. Azərbaycan Respublikasının sel təhlükəli çaylarının kataloqu. Bakı, «Ziya-Nurlan», 2008, 104 s.
2. Mahmudov R.N. Azərbaycanda hidrometeor-oloji şəraitin təhlili, Bakı, 2015, 310 s.
3. Nəbiyev H.L. Azərbaycan Respublikasında dolu yağmasının zaman və məkan daxilində paylanmasının bəzi xüsusiyyətləri. Coğrafiya və təbii resurslar, №2. 2016 (4). S.50–54.
4. Nəbiyev H.L., İsmayılov P.S. Azərbaycan Res-publikasında selli dövrdə sutkalıq miqdarı ≥20 mm olan yağıntıların paylanma qanunauyğunluqlarının və müx-təlif təminatlarının müəyyən edilməsi. Azərb. EA-nın xəbərləri. Yer elmləri seriyası, 1992, №3–6. səh. 68–74.
5. Вангенгейм Г.Я. Опыт применения синоп-тических методов к изучению и характеристики климата. М., Гидрометеоиздат, 1935, 109 с.
6. Дзердзеевский Б.Л. Общая циркуляция и климат. Избранные труды, Москва, 1975, 288 с.
7. Кац А.Л. Сезонные изменения общей циркуляции атмосферы и долгосрочные прогнозы. Л., Гидрометеоиздат, 1973, 270 с.
8. Кононова Н.К. Циркуляция атмосферы как фактор стихийных бедствий на Северном Кавказе в XXI веке (Геополитика и экогеодинамика регионов). Научный журнал Таврического нацио-нального университета им.В.Н.Вернадского. Симферополь, 2012, Т.8. №1–2. с.72–103.
9. Копонова Н.К.. Мальнева Н.В. Влияния изменения характера атмосферной циркуляции на активность опасных природных процессов (Проблемы безопасности и чрезвычайных ситу-аций). 2003, №4, с.52–62.
10. Коржуев С.С. Новый метод прогно-зирования селевых потоков по грозам (на примере Копетдага). Изв. АН СССР, сер. Геогр., 1972, №2, с.99–104.
11. Мадатзаде А.А. Синоптические условия выпадения обильных осадков, обусловливающих паводки в Азербайджане. В кн.: Материалы V Всесоюзного совещания по изучению селевых потоков и меры борьбы с ними. Баку, 1962, с.153–156 с.
12. Набиев Г.Л. Макроциркуляционные процессы и селеобразование в Азербайджане. Изв. НАН Азербайджана. Науки и Земле. №4. 2003. с. 35–38.
13. Набиев Г.Л. Селевые процессы в Азербайджане и метеорологические факторы их формирования Международный научный журнал. «Устойчивое развитие горных территорий», Владикавказ, 2019, 11 (2), с. 165–173.
14. Набиев Г.Л. Сели в Азербайджанской ССР и условия их формирования. Изв. АН Азерб. ССР. Серия наук о Земле, 1985. №6, с.76–81.
15. Папинашвили К.И. Обильные осадки в Восточной Грузии и аэросиноптические условия их возникновения /Труды НИГМИ, 1962. Вып. 10. с.101–112.
16. Селеопасные районы СССР. М., Изв. МГУ, 1976, 307 с.
17. Эйюбов А.Д. Климатические факторы формирования селей в горах Азербайджана. В кн.: Материалы V Всесоюзного совещания по изучению селевых потоков и мер борьбы с ними. Баку, 1962.
18. Эйюбов А.Д., Гулузаде В.А., Набиев Г.Л., Мамедов Д.Г. Сели бассейнов рек Киш и Шин, Бакы, «Элм», 1998, 216 с.
19. Gavkar Mamadhanova, Simon Wild, Michael A.Ealz, Gregor C.Leckebusch. The role of synoptic processes in mudflow formation in the priedmont area of Uzbekistan. Publiched 2018- D01: 10.5194/nhess-18-2893-2018. Nat Hazards Earth Syst. Sci. 18. 2893-2919, 2018 https:/doi.org/10.51-991/nhess-18.2893-2018.
20. Dowling C, and Santi P. Debrisflows and their toll on human life; a global analisis of debris flow latalities from 1950 to 2011. Nat. Nazards. 71, 203–227, doi 10.1007/s. 11069-013-09074. 2014.
Çapa qəbul olunub: 20 may 2022
Məqaləni yüklə