ŞƏKİ-ZAQATALA İQTİSADİ RAYONUNUN SOSİAL-İQTİSADİ PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ YOLLARI
A.Ç.İsmayılova
AMEA Şəki Regional Elmi Mərkəzi
X ü l a s ə
Məqalə Şəki-Zaqatala iqtisadi rayonunun, onun tərkibinə daxil olan inzibati rayonların sosial-iqtisadi inkişafına təsir göstərən amillərin öyrənilməsinə həsr olunmuşdur. Burada həmin məsələlərin təhlili, regiondaxili fərqlər, habelə mövcud üstünlüklər araşdırılır və çatışmazlıqlar müəyyən edilir. İqtisadi rayonda əhalinin yüksəklik qurşaqları üzrə məskunlaşmasının coğrafi xüsusiyyətləri və məşğulluq səviyyəsi, ümumilikdə sosial-iqtisadi inkişafa təsir edən bir sıra problemlərin həlli yolları ön plana çəkilmiş, istər ənənəvi, istərsə də yeni yaradılan sahələrdə əhalinin məşğulluğunun yüksəldilməsi istiqamətində problemlər və onların həlli yolları tədqiq olunur.
Şəki-Zaqatala iqtisadi rayonunda mövcud əmək potensialından səmərəli istifadə edilməsi istiqamətləri, həmçinin sosial-iqtisadi amillərin əhalinin məşğulluğuna təsiri statistik məlumatlar əsasında təhlil edilmiş, bu sahədə problemlər və onların həlli istiqamətləri müəyyənləşdirilərək təkliflər və tövsiyələr verilmişdir.
Açar sözlər: məşğulluq, ekocoğrafi amillər, işsizlik səviyyəsi, iqtisadi səmərəlilik, miqrasiya, dağlıq ekosistemlər.
ƏDƏBİYYAT
- Azərbaycanın regionları-2018, Bakı, DSK, 2019, 768 s.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınma materialları. XIII c. Bakı, 2010. 722 s.
- Azərbaycanın əhalisi-2018, Bakı: DSK, 2019, 134 s.
- Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Bakı şəhəri, 27 fevral 2014-cü il, № 118.
- Azərbaycan Respublikasının regional coğrafi problemləri. Şəki Rayonu. 1999.112 s.
- Azərbaycan Respublikasının regional coğrafi problemləri. Şəki-Zaqatala iqtisadi rayonu. 2003. 190 s.
- Azərbaycan Respublikasında demoqrafik inkişaf: “Əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda elmi konfransın materialları. Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan MEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Bakı, 2016. 344 s.
- Azərbaycan Respublikasının coğrafiyası. III cild. Regional coğrafiya. Bakı, 2015. 399 s.
- Alıyev İ.H. “Qloballaşma şəraitində aqrar sahənin dayanıqlı inkişafının təmin olunmasının sosial-iqtisadi problemləri” Bakı, 2008.
- B.Ə.Budaqov, Eminov Z.N. İ.E.Mərdanov. Azərbaycanda yaşayış məntəqələrinin yüksəklik qurşaqları üzrə yerləşməsi qanunauyğunluqları ∕∕ AMEA xəbərləri, “Yer elmləri” seriyası, 2006, № 3, s.89-97.
- Eminov Z.N. Azərbaycanda əhalinin demoqrafik göstəricilərinin müasir vəziyyəti (Şəki-Zaqatala iqtisadi rayonu). AMEA İqtisadiyyat İnstitutunun əsərləri, II (XII) buraxılış. Bakı: Elm, 2003, s. 127-138.
- Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı, 2005, 560 s.
- Eminov Z.N. Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun inkişaf perspektivləri / “Şəki-Zaqatala bölgəsinin təbii-dağıdıcı hadisələri və regionun inkişafının ekocoğrafi problemləri” konfransının materialları. Şəki: 2005, s. 79-82.
- Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhali məskunlaşması və demoqrafik inkişaf problemləri. AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “Avropa”, Bakı, 2016, 184 s.
- İmrani Z.T., Zeynalova K.Z. Azərbaycanda təsərrüfatın ərazi təşkilinin iqtisadi-coğrafi xüsusiyyətləri. Bakı: Nafta -Press, 2014, s. 232.
- Kərimov R.N. Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda kənd məskunlaşmasının tədqiqi. “Coğrafya və təbii resurslar” jurnalı, Bakı, 2015. № 1, s. 91-95.
Çapa qəbul olunub: 30 avqust 2020