ŞƏKİ-ZAQATALA İQTİSADİ-COĞRAFİ RAYONUNDA KƏND MƏSKUNLAŞMASININ TƏDQİQİ
R.N.Kərimov
AMEA akad. H.Ə. Əliyev adına Coğrafiya İnstitutu
AZ 1143, Bakı ş., H. Cavid pr., 115
Xülasə. Məqalədə Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun ərazisində kənd yaşayış məntəqələrinin yerləşməsi və kənd areallarının coğrafi yayılması tədqiq olunur. Region kəndlərinin morfoloji və funksional xüsusiyyətləri əsasında müqayisəsi verilir. Kəndlərin yerləşməsində, kənd əhalisinin məskunlaşmasında təbii şəraitin və sosial-iqtisadi amillərin rolu, inzibati rayonlar üzrə kəndlərin paylanma xüsusiyyətləri öyrənilərək təhlil edilir. Məqalədə ilk dəfə olaraq Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun yaşayış məntəqələri kənd arealları və yarımarealları üzrə qruplaşdırılmaqla öyrənilir. Sonda regionun kənd məskunlaşmasının davamlı inkişafına dair tövsiyələr verilir.
Ədəbiyyat
- Azərbaycan Respublikası əhalisinin 1989, 1999 və 2009-cu illər üzrə siyahıyaalınması məlumatları.
- Azərbaycanın əhalisi – 2013 (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məcmuəsi). Bakı, 2014.
- Dərgahov V.S., Kərimov R.N. Şəki-Zaqatala bölgəsinin ekoloji və kənd turizm imkanları. “Müstəqillik illərində coğrafiya elminin inkişafı” mövzusunda Azərbaycan Coğrafiya Cəmiyyəti BDU filialının konfransının materialları, Bakı, 2013, s. 259-265.
- Əyyubov N.H., Abdullayeva G.İ. Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsi: meyillər və təkmilləşdirilmə. “Coğrafiya və Təbii Resurslar” jurnalı, №1, 2015, s. 79-82.
- İmrani Z.T. Şəki-Zaqatala iqtisadi rayonunda təsərrüfat sahələrinin inkişaf istiqamətləri. AMEA-nın “Şəki-Zaqatala bölgəsinin təbii-dağıdıcı hadisələri və regionun inkişafının ekocoğrafi problemləri” elmi-praktiki konfransı. Şəki, 2005, s. 82-85.
- Mehrəliyev E.Q., Əyyubov N.H., Sadıqov M.O. 1988. Azərbaycan SSR-də əhalinin məskunlaşması məsələləri. “Elm”, Bakı, 196 s.