ŞƏHƏR LANDŞAFTININ ANTROPOGEN DİNAMİKASI VƏ İNKİŞAF TENDENSİYALARI
Ş.S.Amanova
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Məqalədə Salyan şəhər landşaftının ərazi və əhali cəhətdən inkişafı və modelləşdirilməsi təhlil edilmişdir. Bu zaman şəhərin 1975-ci ilə aid olan topo planından, 2007, 2009 və 2021-ci ilə aid olan peyk şəkillərindən istifadə edilmişdir. Şəhərin ərazi və əhali cəhətdən inkişafı, onun nəticələri təhlil edilərkən şəhərin çoxillik dinamikası müəyyən edilmişdir. Şəhərin ərazi cəhətdən inkişafını öyrənərkən 2007, 2009 və 2021-ci illərə aid peyk və kosmik şəkillərlə yanaşı 1975-ci ilə aid olan topo plandan da istifadə edilmiş, şəhərin ərazisi vektorizasiya edilmiş və şəhər ərazisinin dinamikası müəyyən edilmişdir. Bu nəticələr əsasında şəhər landşaftının ərazi dinamikasının orta illik göstəricisi müəyyən edilmişdir. Əhali cəhətdən şəhərin inkişafını müəyyən etmək üçün XIX əsrin sonlarından başlayaraq şəhər əhalisi üzrə statistik göstəricilər təhlil edilmişdir. Orta şəhərlərin demoqrafik inkişafında olan problemlər, onlara təsir edən amillər, sosial-iqtisadi inkişaf və digərləri tədqiq edilmiş, demoqrafik vəziyyət, çoxillik vəziyyət təhlil edilmiş və xəritələşdirilmişdir. Şəhər landşaftında torpaqdan istifadə xəritəsi tərtib edilmiş və nəticələri təhlil edilmişdir. Belə nəticəyə gəlinmişdir ki, məskunlaşmış şəhər landşaftında tikinti sahələri 65%-dən çox ərazini əhatə edir. Buna səbəb isə tikintilərin çox hissəsinin alçaqmərtəbəli evlər olması ilə əlaqədardır.
Açar sözlər: şəhər landşaftı, Salyan şəhəri, şəhərlərin modelləşdirilməsi, peyk şəkilləri, məsafədən zondlama.
ƏDƏBİYYAT
- Bədəlov E.S. Azərbaycanın orta şəhərlərinin demoqrafik inkişaf xüsusiyyətləri. Coğrafiya və təbii resurslar, №1, 2021, səh 107-114
- Eminov Z.N. Azərbaycanın əhalisi. “Çıraq”, Bakı, 2005, 560 s
- Hacıyev Q.Ə., Rəhimov V.Ə. Azərbaycan SSR inzibati rayonlarının iqlim səciyyəsi. Bakı: Elm, 1977, 270 s.
- Həsənov T.G., Kərimli Y.S. Rayon və şəhərlərin planlaşdırılması. Bakı: “Kooperasiya”, 2014, 360 s.
- Kərimov R.N. Azərbaycanın regional mərkəz şəhərlərinin demoqrafik xüsusiyyətləri və əmək ehtiyatlarından istifadə problemləri, avtoref. dis., Bakı, 2008, 25 s.
- Гусейнов Ф.М. Формирование и развитие социалистического расселения в Азербайджанской ССР (1920-1980 гг.), автореф. дис., Баку,1983, 25 c.
- Исмаилзаде Д.И. Население городов Загафгазкого края в ХЖХ- начале ХХ в. Москва: “Наука”, 1991, 250 c
- Castells-Quintana D., Herrera-Id´arraga P. Cities in the 21st century: A view from the developing world. Journal of ERSA, 6(2), 2019, pp. 36-47
- Duranton G.Agglomeration effects in Colombia. Journal of Regional Science, 56(2), 2016, pp. 210–238
- World Cities Report 2020. The Value of Sustainable Urbanization (2022, 14 fevral). Mənbə: https://unhabitat.org/sites/default/files/2020/10/wcr_2020_report.pdf
Çapa qəbul olunub: 28 oktyabr 2022
Məqaləni yüklə