ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONUNDA HAVANIN TEMPERATUR REJİMİNİN TƏDQİQİ
S.H.Səfərov, A.H.Məcidzadə
AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
DOI: 10.59423/gnr.2025.31.13.002
Xülasə.
Məqalədə 1980-2022-ci illər dövrü üzrə MERRA-2 (Modern-Era Retrospective analysis for Research and Applications, Version 2) reanaliz mə-lumatlarına əsasən hazırki Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilan rayonları ərazisinin temperatur rejimində baş vermiş ümumi tendensiyalar tədqiq edilmişdir. Tədqiqat zamanı ərazi üzrə baxılan dövrdə orta illik və fəsillər üzrə temperaturlarda artım trendi aşkarlan-mışdır. Fəsillər və illik dövr üzrə temperatur artımı 5%-lik təminat səviyyəsində statistik əhəmiyyətlidir. Aparılan hesablamalar göstərmişdir ki, Kəlbəcər və Laçın rayonu üzrə 1980-2000-ci illər dövrünə nisbətən 2001-2022 dövründə havanın orta illik temperaturu 0,9 °C artmışdır. Qubadlı, Cəbrayıl və Zəngilan ra-yonları üzrə bu artım 1,1 °C qeydə alınmışdır. Bu nəti-cələr respublikanın digər regionlarında alınan nəticə-lərə uyğundur. Rayonlar üzrə hər iki dövrə görə aylar üzrə temperatur dəyişmələrinə nəzər yetirdikdə Kəl-bəcər və Laçın rayonları üzrə aylara görə ən böyük orta temperatur artımları fevral (1,7 °C), mart (1,8 °C) və oktyabr (1,3 °C) aylarında qeydə alınmışdır. Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında isə temperatur fevral ayında 2°C, mart 2,6 °C artmışdır, aprel ayında isə heç bir dəyişiklik qeydə alınmamışdır.
Açar sözlər: Şərqi Zəngəzur, reanaliz, havanın temperaturu, iqlim dəyişmələri, temperatur anoma-liyası.
ƏDƏBİYYAT
- Climate of Azerbaijan (edited by A.A. Madatadze and E.M. Shikhlinsky). (1968). Baku, 343 p.
 - Khalilov, S.H., Safarov, S.H. (2001). Monthly and Annual Norms of Air Temperature and Atmos-pheric Precipitation in the Republic of Azerbaijan (1961-1990). Baku, 2001, 109 p.
 - Museyibov, M.A. (1998). Physical Geography of Azerbaijan. Baku: «MAARİF» Publishing House. 400 p. (in Aze.).
 - Safarov, H., Akhlimanova, I., Safarov, E.S. (2022) Investigation of temperature and precipitation regimes of Shusha city in 1991-2020 by reanalysis data/ The modern problems of the geography. The integration of science and education. Baku, pp. 26-32.
 - Safarov, H., Majidzade, A. (2023) The impact of climate change on the temperature regime of the Kelbajar and Lachin regions of the Republic of Azerbaijan /7th Intercontinental Geoinformation Days (IGD) November 18-19 2023 (University of Peshawar, Pakistan -Mersin Turkey). p. 131-133.
 - Safarov, S.H., Huseynov, C.S., Ibrahimova, I.V. (2018). Features of Long-Term Temperature Changes in the Western Regions of the Republic of Azerbaijan. Scientific Works of the National Aviation Academy, Baku, 2018, No. 1, pp. 108-115.
 - Safarov, S.H., Huseynov, J.S., Ibrahimova, I.V., Safarov, E.S. (2018). The Main Features of Temperature Changes, Occurring Over the Territory of Caspian Sea in Azerbaijan. Understanding the Prob-lems of Inland Waters: Case Study for the Caspian Ba-sin (UPCB). Baku, pp. 85-89.
 - Sikan, A.V. (2007). Methods of Statistical Processing of Hydrometeorological Data. St. Peters-burg: RGGMU, 279 p.
 
Çapa qəbul olunub: 10 iyun 2025
Məqaləni yüklə
S.H.Səfərov, A.Məcidzadə – Şərqi Zəngəzur iqtisadi rayonunda havanın temperatur rejiminin tədqiqi. Coğrafiya və təbii resurslar, №1 (23), 2025, səh. 11-16.
