MUĞAN DÜZÜNDƏ AQROLANDŞAFTLARIN FORMALAŞMASI VƏ STRUKTUR FUNKSİONAL XÜSUSİYYƏTLƏRİ
L.M.Məhərrəmli
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
DOI: 10.59423/gnr.2023.50.48.008
X ü l a s ə
Məqalədə Azərbaycanın mühüm kənd təsərrüfatı ərazisi olan Muğan düzündə aqrolandşaftların əmələ gəlməsinin təbii və sosial-iqtisadi potensialı, tarixi-genetik xüsusiyətləri fond mterialları, çöl tədqiqatları və ArcGIS texnologiyaları ilə tədqiq edilmişdir. Ərazidə intensivləşən insan fəaliyyətinin təbii sistemlərə təsiri ilə bəzi landşaftlarda torpağın şoranlaşması və şorakətləşməsi, eroziyası, səhralaşması, bataqlaşması, torpaqda məhsuldarlığın aşağı düşməsi və mikrofloranın yox olması prosesi baş verir. Muğan düzü erkən süni suvarma sisteminin yarandığı bölgələrdən biri olduğu üçün hələ e.ə.III-II minilliklərdə burada aqrolandşaftlar formalaşmış və onların insanlar tərəfindən idarə olunan struktur funksional xüsusiyyətləri yaranmağa başlamışdır. Elə bu səbəbdən də məqalə Muğan düzündə aqrolandşaftların tədqiqinə həsr olunmuşdur. Tədqiqat müxtəlif elmi mənbələrdən toplanmış məlumatların ümumiləşdirilməsi ilə yanaşı, peyk təsvirlərinin analizinin nəticələrinin ərazinin faktiki vəziyyəti ilə müqayisəsi istiqamətində aparılmışdır. Təhlilin nəticəsində aydın olmuşdur ki, ərazinin 46,94%-i yəni 2326,25 km2-i dəniz səviyyəsindən -20 m hündürlüyə qədər olan sahələrdir. Həmçinin əkin sahələrinin 44,72%-i, yaşayış məntəqələrinin isə 46,92 %-i bu yüksəkliklərdə yerləşir. Əkin və yaşayış məntəqələrinin ən az sıxlıq təşkil etdiyi ərazilərə isə tədqiqat ərazisinin 20 – 100 m yüksəkliklərində təsadüf edilir.
Açar sözlər: ekosistem, aqrolandşaftlar, antropogen fəaliyyət, əkin sahələri, texnogenez.
ƏDƏBİYYAT
- Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya I cild. Bakı-2015. 530 səh.
- Məmmədov Q.Ş., Xəlilov M.Y. Məmmədova S.Z. Aqroekologiya. Bakı, 2010, 551 səh.
- Yaqubov Q.Ş. Azərbaycan Respublikasının texnologen-pozulmuş torpaqlarının tədqiqi, genetik xüsusiyyətləri və onların rekultivasiya yolları. Bakı, 2003, 203 səh.
- Мусеибов М.А. Ландшафты Азербайджанской Республики. Баку, БГУ, 2013, 137 c.
- Muğanımız — tariximiz, sərvətimiz, Azərbaycan Mətbuat Şurasının, Saatlı Rayon İcra Hakimiyyəti (2022, 24 may). Mənbə: https://www.aznews.az/news/cemiyyet/110542.html
Çapa qəbul olunub: 18 may 2023
Məqaləni yüklə
Məhərrəmli L.M. Muğan düzündə aqrolandşaftların formalaşması və struktur funksional xüsusiyyətləri. Coğrafiya və təbii resurslar, №1 (19), 2023, səh. 56-60.