[:az]KÜRMÜKÇAY VƏ ŞİNÇAYIN SU EHTİYATLARINDAN SƏMƏRƏLİ İSTİFADƏNİN OPTİMAL VARİANTLARI[:en]OPTIMAL OPTIONS FOR EFFECTIVE USE FROM THE WATER RESOURCES OF KURMUKCHAY AND SHINCHAY[:]
[:az]E.B.Cavadzadə, A.Ə.Bayaramov, S.A.Vəliyeva
“HİDROLOQ” MMC, AZ1102, Bakı ş., Tbilisi pr. Azərbaycan Memarlıq və İnşaat Universiteti
arzuman.b@hidroloq.az
DOI: 10.59423/gnr.2024.57.75.004
X ü l a s ə
Məqalədə Kürmük və Şin çaylarının su ehtiyatlarından səmərəli istifadə ilə bağlı həll variantı haqqında məlumat verilmişdir. Bu çayların hazırda istifadə olunmayan Yaşıl enerji potensialından və su ehtiyatlatının tənzimlənərək komples şəkildə istifadə olunmasına kəskin ehtiyac vardır. Hazırda bu çayların su ehtiyatlarından pərəkəndə şəkildə suvarmada istifadə olunur. Ümumən çayların payız-qış axımlarından istifadə olunmur. Bu çayların hövzələrində su ehtiyatlarından istifadənin mövcud vəziyyəti araşdırılmış, hidroloji müşahidə məlumatları əsasında hidroenerji potensialından səmərəli istifadə, suvarma və digər kompleks məqsədlər üçün istifadə ilə bağlı mühəndisi qurğuların və məcradan kənar su anbarının tikilməsi təklif olinmuşdur. Yeni yaradılacaq su anbarı hazırda əsasən lillənərək öz funksiyasını yerinə yetirə bilməyən “Əyriçay”su anbarının suvarma ərazisinə özüaxar rejimdə suvarma suyunun verilməsini təmin edə biləcəkdir. Qeyd etmək lazımdır ki, 1987-ci ildə istifadəyə verilən və 22800 hektar əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan “Əyriçay” su anbarı artıq lillənmişdir. İlkin hesablamalara görə Kürmükçay və Şinçayın su ehtiyatlarının bir hissəsindən istifadə etməklə ümumi həcmi 90.0 mln.m3 olan məcradankənar su anbarının (şərti adı “Baqqal”) yaradılması mümkündür. Yeni su anbarını qidalandıracaq su kəmərləri üzərində isə ümumi gücü 25.2 MVt olacaq 3 ədəd su elektrik stansiyasının tikilməsi də mümkündür.
Açar sözlər: suvarma suyu, çay, su ehtiyatları, çoxillik su sərfi, axım həcmi, ildaxili paylanma, derevasiya borusu.
ƏDƏBİYYAT
- Müseyibov M.A. “Azərbaycanın fiziki coğra-fiyası”. Bakı, 1998.
- Məmmədov M.Ə. “Azərbaycanın hidroqrafi-yası”. Bakı, 2002.
- Rüstəmov S.Q., Kaşkay R.M. Azərbaycan SSR-in su ehtiyatları. Bakı, 1989.
- Əhmədzadə Ə.C., Həşimov A.C. Ensik-lopediya Meliorasiya və su təsərrüfatı. Bakı 2016.
- İmanov F.Ə., Ələkbərov A.B. Azərbaycanın su ehtiyatlarının müasir dəyişmələri və inteqrasiyalı idarə edilməsi, Bakı, 2017, 352 s.
Çapa qəbul olunub: 15 noyabr 2024
Məqaləni yüklə
E.B.Cavadzadə, A.Ə.Bayaramov, S.A.Vəliyeva – Kürmükçay və Şinçayın su ehtiyatlarından səmərəli istifadənin optimal variantları. Coğrafiya və təbii resurslar, №2 (22), 2024, səh. 22-27.[:en]E.B. Javadzade, A.A. Bayaramov, S.A. Valiyeva
arzuman.b@hidroloq.az
DOI: 10.59423/gnr.2024.57.75.004
Annotation. The article provides information about the solution for efficient use of the water resources of the Kurmuk and Shin rivers. There is an urgent need to regulate and comprehensively use the green energy potential of these rivers, which is currently unused. At present, the water resources of these rivers are used in retail irrigation. In general, autumn-winter flows of rivers are not used. The current state of water resources use in the basins of these rivers was investigated, and based on hydrological observation data, it was proposed to build engineering facilities and off-channel reservoirs related to efficient use of hydropower potential, irrigation and other complex purposes. The newly created reservoir will be able to provide self-flowing irrigation water to the irrigation area of the “Ayrichay” reservoir, which is currently unable to perform its function due to siltation. It should be noted that the “Ayrichay” water reservoir, which was put into use in 1987 and is intended to irrigate 22,800 hectares of agricultural land, has already silted up. According to preliminary calculations, it is possible to create an off-stream water reservoir with a total volume of 90.0 mln. m3 using a part of the water resources of Kurmukchay and Shinchay (provisional name “Baggal”). It is also possible to build 3 hydropower stations with a total capacity of 25.2 MW on the water pipelines that will feed the new reservoir.
Key words: irrigation water, river, water resources, multi-year water consumption, flow volume, annual distribution, derivation pipe, intake device, self-flowing water pipeline.
References
- Müseyibov M.A. “Azərbaycanın fiziki coğrafiyası”. Bakı, 1998.
- Məmmədov M.Ə. “Azərbaycanın hidroqrafi-yası”. Bakı, 2002.
- Rüstəmov S.Q., Kaşkay R.M. Azərbaycan SSR-in su ehtiyatları. Bakı, 1989.
- Əhmədzadə Ə.C., Həşimov A.C. Ensik-lopediya Meliorasiya və su təsərrüfatı. Bakı 2016.
- İmanov F.Ə., Ələkbərov A.B. Azərbaycanın su ehtiyatlarının müasir dəyişmələri və inteqrasiyalı idarə edilməsi, Bakı, 2017, 352 s.
Accepted for publication: November 15, 2024
Download article
E.B. Javadzade, A.A. Bayaramov, S.A. Valiyeva – Optimal options for effective use from the water resources of Kurmukchay and Shinchay. Geography and Natural Resources, №2 (22), 2024, pp. 22-27.[:]