KÜR-ARAZ OVALIĞINDA TƏHLÜKƏLİ ATMOSFER HADİSƏLƏRİNİN MÜASİR VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
A.X.Hacıyev
Milli Aviasiya Akaemiyası, Bakı şəhəri, Mərdəkan pr., 30, AZ1045
DOI: 10.59423/gnr.2024.19.41.003
X ü l a s ə
Məqalədə, Kür-Araz ovalığında yerləşən on hidrometeoroloji stansiyanın ilkin məlumatları əsasında 1992-2022-ci illərdə qeydə alınmış quraqlıq və şaxtaların müasir vəziyyətinə diqqət yetirilimişdir. Təhlillər riyazi-statistik üsullarla aparılmış, bu təhlükəli təbiət fenomenlərinin zaman-məkan paylanmalarına baxılmışdır. Tədqiqat göstərir ki, son illərdə quraqlıqların təkrarlanmasında artım olsa da, şaxtaların təkrarlanmasında bir qədər azalma müşahidə edilir. İl ərzində quraq keçən günlər iyun, iyul, avqust, şaxtalar isə dekabr, yanvar, fevral aylarında daha çox təkrarlanır. Quraqlıqların illik maksimal təkrarlanması avqust, şaxtaların təkrarlanması isə yanvar ayına təsadüf edir. Son dövrlərdə iqlim dəyişmələrinin təsiri ilə ovalıqda artan hava temperaturu quraqlıqların təkrarlanmasını artırmış, şaxtaların təkrarlanmasını isə nisbətən azaltmışdır. Tədqiqat işinin nəticələri müasir əkinçiliyin planlaşdırılması, yeni suvarma normalarının təyin edilməsi, ekoloji marifləndirmə, mitiqasiya tədbirlərinin aparılması və onlarla mübarizədə mühüm rol oynaya bilər.
Açar sözlər: İqlim dəyişmələri, quraqlıq, şaxta, ayazlar, riyazi-statistik üsul, rütübətlənmə, desublimasiya.
ƏDƏBİYYAT
- Azərbaycan Respublikası ərazisində hidrometeoroloji şərait və təhlükəli hidrometeoroloji hadisələr / Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu. – Bakı: Ziya, – 2001-2017-ci illər üzrə dövrü nəşrlər. – 56 s.
- Azərbaycan Respublikasının Milli Atlası [Xəritə] / – Bakı: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, – 2014. – 444 s.
- Azərbaycan Respublikasının Coğrafiyası / red. R.M.Məmmədov. – Bakı: Avropa, – c. 1: Fiziki Coğrafiya. – 2015. – 530 s.
- Hacıyev, A.X. Kür-Araz ovalığında vegetasiya dövründə temperatur şəraitinin təhlili // – Bakı: Azərbaycan Coğrafiya Cəmiyyətinin Əsərləri, Coğrafiya və təbii resurslar, – 2015. № 1, – s. 225-228.
- Həsənov, Z.Y. Azərbaycan səhralaşma ehtimalı böyük olan ərazilərdə temperatur və yağıntı dövrlər üzrə tərəddüdləri // – Bakı: Azərbaycan Coğrafiya Cəmiyyəti Əsərləri, – 2008. Cild XIII, – s. 259-267.
- Hüseynov, N.Ş. Sinoptik meteorologiya / N.Ş. Hüseynov. – Bakı: Səda, – 2011. – 316 s.
- Hüseynov, C.S., İbrahimova, İ.V. Kür-Araz ovalığında uzunmüddətli temperatur dəyişmələrinin xüsusiyyətləri // – Bakı: Milli Aviasiya Akademiyasının Elmi Məcmuələri, – 2020. Cild 22, № 1-2, – s. 80-86.
- İmanov, F.Ə. Hidrometeorologiyada statisik metodlar / F.Ə.İmanov. – Bakı: MBM, – 2011, – 272 s.
- Mahmudov, R.N. Azərbaycanda regional iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr / R.N.Mahmudov. – Bakı: Milli Aviasiya Akademiyası, – 2022. – 210 s.
- Rəhimov, X.Ş. Azərbaycan ərazisində müasir və gözlənilən təbii rütubətlənmə şəraiti // – Bakı: Azərbaycan Coğrafiya Cəmiyyətinin Əsərləri, Coğrafiya və təbii resurslar, – 2015. № 1, – s. 41-48.
- Səfərov, S.H. Aqrometeorologiya / S.H.Səfərov. – Bakı: Ziya, – 2011. – 264 s.
- Səfərov, S.H. İqtisadi hirdometeorologiya / S.H.Səfərov. – Bakı: MAA, – 2019. – 134 s.
- Səfərov, S.H., Hüseynov, C.S., Quliyev, Z.Q. Kür dağarası çökəklik vilayətində yağıntı rejiminin uzunmüddətli dəyişmələri // – Bakı: Azərbaycan Coğrafiya Cəmiyyətinin Əsərləri, Coğrafiya və təbii resurslar, – 2021. № 1, – s. 11-17.
- Məmmədov, M.Ə. Quraqlığın meteoroloji əsasları və hidroloji proseslər / M.Ə.Məmmədov, F.Ə.İmanov, Ə.S.Məmmədov [və b.] – Bakı: Ağrıdağ, – 2000. – 177 s.
- Huseynov.N.Sh., Huseynov.J.S. Distribution of the Contemporary Precipitation Regime and the Impact of Climate Change on it within the Territory of Azerbaijan // Journal of Geography & Natural Disasters, – Barcelona: – 04 october, – 2022, Volume 12, Issue 4, №:1000254. – P.1-7.
Çapa qəbul olunub: 15 mart 2024
Məqaləni yüklə
A.X.Hacıyev — Kür-Araz ovalığında təhlükəli atmosfer hadisələrinin müasir vəziyyətinin qiymətləndirilməsi. Coğrafiya və təbii resurslar, №1 (21), 2024, səh. 17-24.