KİÇİK QAFQAZIN ŞİMAL — ŞƏRQ YAMACI LANDŞAFTLARININ TRANSFORMASİYASINA MALDARLIĞIN TƏSİRİ
S.M.Abbasova
Gəncə dövlət Universiteti, H.Əliyev pr. 429, Gəncə ş.
DOI: 10.59423/gnr.2023.46.35.008
X ü l a s ə
Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacı landşaftlarının transformasiyasına maldarlığın təsiri xüsusiyyətlərinin qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqatların nəticəsində müəyyən edilmişdir ki, burada geokomplekslərlə insanların təsərrüfat və həyat fəaliyyəti arasındakı münasibət və onların qarşılıqlı təsiri xeyli mürəkkəbliyi ilə səciyyələnməsi şərh olunmuşdur. Heyvanların sayının ilbəil artması, otlaqlardan sistemsiz istifadə olunması, son illər iqlimin quru və isti keçməsi, otlaqlarda yaxşılaşdırma tədbirlərinin aparılmaması və sairə amillər heyvandarlığın, xüsusən qoyunçuluğun inkişafı üçün mühüm rol oynayan yay və qış otlaqlarının eroziyaya və səhralaşmaya uğramasına səbəb olması haqqında məlumatlar geniş yer alır. Landşaftların transformasiyasına daha çox təsir göstərən başlıca amil tədqiqat ərazisində maldarlığın inkişafı ilə bağlı yeni istehsal iqtisadiyyatına keçildiyi dövrdə insanların təbiətə təsirinin güclənməsi və yeni təbii-antropogen landşaftların formalaşması, maldarlığın inkişafı istiqamətində yeni otlaq sahələri üçün meşələrin qırılması və məhv edilməsi, bunun da yaşıllığın, oksigen təbəqəsinin azalmasına gətirib çıxarması təhlil olunur. Ərazidə dağ-çəmən zonasında mal-qaranın nizamsız, normadan artıq və qeyri fəsli otarılması həmin zonada torpaqların eroziyaya uğramasına səbəb olması, bitki örtüyünün sıxlığının itirilməsi haqqında, torpaqəmələgəlmə prosesində, torpaq çürüntüsünün formalaşmasında və torpaqların eroziyadan mühafizə olunmasında çəmən bitkilərinin çox böyük rolu olduğu şərh edilir.
Açar sözlər: Kiçik Qafqaz, maldarlıq, landşaftlar, transformasiya, örüş, biçənək, antropogen təsir.
ƏDƏBIYYAT
- Abbasova S.M. “Kiçik Qafqazın şimal-şərq yamacının yüksək dağ meşə və dağ-çəmən landşaftlarının kosmolandşaft üsullarla təhlili” Təbiət və elm Beynəlxalq Elmi jurnal. 1.524 Yüksək impakt Faktorlu 2021.Cild 3. Sayı 5. ISSN: 2707-1146. səh.45.
- Abbasova S.M. “Kiçik Qafqazın şimal-şərq yamacı landşaftların ekoloji potensialının qiymətləndirilməsi” Coğrafiyanın müasir problemləri: Elm və Təhsilin inteqrasiyası, Beynəlxalq elmi-praktiki konfransının materialları ⅠⅠ cild 29-30 noyabr 2022, Bakı, Azərbaycan. səh 165-169.
- Abbasova S.M. “Kiçik Qafqazın şimal-şərq yamacı landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri və optimallaşdırılması” AR ETN H.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti Naib Şirinovun 100 illik yubileyinə həsr olunmuş “İnsan və relyef təbii təkamülün əsas hissəsi kimi” mövzusunda elmi-praktik konfransın materialları. Bakı-2022. səh 133-144.
- Budaqov B.Ə., Qəribov Y.Ə. Təbii landşaftların antropogenləşməsinin əsas istiqamətləri. AR-nın konstruktiv coğrafiyası. Bakı: Elm, 2000, s. 159-165.
- Bünyadov T.Ə. Azərbaycanda maldarlığın inkişaf tarixinə dair. Bakı: Elm, 1969, 184 s.
- Qəribov Y.Ə. Azərbaycan Respublikasının təbii landşaftlarının optimallaşdırılması. Bakı: AzTU, 2012, 216 s.
- Qəribov Y.Ə. Azərbaycan respublikasının müasir landşaftlarının antropogen transformasiyası. Bakı: 2011, 299 s.
- Hacıyeva G.A. Kiçik Qafqazın şimal-şərq yamaclarının kənd təsərrüfatı məqsədi ilə landşaft, zonal rayonlaşdırılması. Bakı: 1965, s. 95.
Çapa qəbul olunub: 20 dekabr 2023
Məqaləni yüklə
S.M.Abbasova Kiçik Qafqazin şimal — şərq yamaci landşaftlarinin transformasiyasina maldarliğin təsiri. Coğrafiya və təbii resurslar, №2 (20), 2023, səh. 56-61.