HƏKƏRİ ÇAYININ SU EHTİYATINDAN KOMPLEKS İSTİFADƏ
Ə.Ş.Məmmədov, E.B.Cavadzadə, A.Ə.Bayramov, N.İ.Əliyeva
«HIDROLOQ» Məhdud Məsuliyyətli Cəmiyyəti
AZ 1102, Bakı ş., Tbilisi pr.
[email protected], [email protected]
X ü l a s ə
Məqalədə Həkəri çayının su ehtiyatından respublika əhalisinin su təchizatında istifadə olunması ilə bağlı geniş araşdırmalar aparılmışdır. Çayın respublika ərazisində formalaşan hissəsində yaranan yüksək keyfiyyətli su ehtiyatından əhalinin su təchizatında istifadə olunması ilə bağlı həll variantları təklif edilmişdir. Aparılmış hidroloji hesabatlar çayın Şəlvə və Hoçazsu qollarının birləşdiyi yerdə, 950.0 m mütləq hündürlükdə, həcmi 70.0 mln. kub metrə qədər olacaq “Həkəri” su anbarının tikilməsinin məqsədəuyğun olduğunu göstərir. Bu səviyyədə tikiləcək su anbarından götürüləcək su ilə respublikanın 4.0 mln nəfərdən çox əhalisini daimi olaraq yüksək keyfiyyətli içməli su ilə təmin etmək mümkün olacaqdır.
Hazırlanmış hidravliki sxemə əsasən anbardan götürüləcək suyu, özüaxımlı — təzyiqli sistem yaratmaqla Bakı şəhəri də daxil olmaqla, Qubadlı, Zəngilan, Cəbrayıl, Fizuli, Ağdam, Ağcabədi, Beyləqan, İmişli və Kür-Araz ovalığında yerləşən digər yaşayış məntəqələrində yaşayan əhalinin içməli su təchizatında istifadə etmək olar. Əhalinin qış və yay fəsillərində içməli suya tələbatında yaranan fərqləri nəzərə alaraq çayın su ehtiyatının bir hissəsinin Füzuli şəhəri yaxınlığında tikiləcəyi nəzərdə tutulan, həcmi 40.0 mln. kub metr olacaq “Cuvarlı” su anbarında toplanması nəzərdə tutulmuşdur.
Açar sözlər: su təminatı, çay, su ehtiyatları, su anbarı, məcra
ƏDƏBİYYAT
- Qarabağ və Şərqi Zəngəzurun coğrafiyası: Təbii-coğrafi şərait və sosial -iqtisadi inkişaf potensialı.//Azərbaycan Milli Elmlər Akademiyası, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. Bakı, 2021, 536 s.
- Həsənov M., Zamanov X. “Azərbaycanın çayları, gölləri və su anbarları”. Bakı, 1973.
- Mahmudov R.N. Azərbaycanın hidrometeoroloji şəraitinə qlobal iqlim dəyişmələrinin təsiri. // Müasir iqlim dəyişmələri və Azərbaycan. Bakı, 2009, s. 11-19.
- Mədətzadə A.A., Şıxlınski E.M. “Azərbaycanın iqlimi”. Bakı, 1968.
- Məmmədov M.Ə. “Azərbaycanın hidroqrafiyası”. Bakı, 2002.
- Рустамов С.Г., Кашкай Р.М. Водные ресурсы Aзербайджанской ССР. Баку, 1989. 184 с.
- “Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında təbii-təsərrüfat sistemlərinin təşkili və idarə edilməsi” mövzusunda elmi-praktiki konfransın Materialları. // Azərbaycan Milli Elmlər Akademiyası, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti. Bakı, 2022.
Çapa qəbul olunub: 18 dekabr 2022
Məqaləni yüklə