География и природные ресурсы

GƏNCƏ FİZİKİ-COĞRAFİ RAYONUNUN BİTKİ ÖRTÜYÜNÜN DİNAMİKASININ NDVI ƏSASINDA TƏHLİLİ

 

T.V.Qasımova

Bakı Dövlət Universiteti, AZ 1148, Bakı ş., Akad. Z.Xəlilov küç. 33

[email protected]

DOI: 10.59423/gnr.2023.18.22.009

X ü l a s ə

Mə­qa­lə­də Gən­cə fi­zi­ki-coğ­ra­fi ra­yo­nu­nun bit­ki ilə ör­tül­mə də­rə­cə­si təh­lil edil­miş­dir. Təd­qi­qat­da əra­zi land­şaft­la­rı­nın peyk (Land­sat 5, Land­sat 8) mə­lu­mat­la­rı və coğ­ra­fi in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı (CİS) əsa­sın­da xə­ri­tə­lə­ri tər­tib edil­miş, NDVI (Nor­mal­laş­dı­rıl­mış Di­fe­ren­si­al Ve­ge­ta­si­ya İn­dek­si) də­yər­lə­ri­nin di­na­mi­ka­sı müx­tə­lif dövr­lər (2000, 2020-ci il­lər) üz­rə iz­lə­nil­miş­dir. Mü­əy­yən edil­miş­dir ki, tə­bii və ant­ro­po­gen tə­sir­lər nə­ti­cə­sin­də bit­ki ör­tü­yü­nün fi­zi­oq­no­mik növ­lə­ri (ağac, kol və ot bit­ki­lə­ri) ara­sın­da müx­tə­lif də­rə­cə­də də­yi­şik­lik­lər baş ver­miş, tö­rə­mə se­noz­la­rın sa­hə­si art­mış­dır.Tər­tib edil­miş xə­ri­tə­lə­rin gös­tə­ri­ci­lə­ri­nin mü­qa­yi­sə­li təh­li­li gös­tə­rir ki, 2000-ci ilə nis­bə­tən 2020-ci il­də ot bit­ki­lə­ri­nin,  ot və kol­luq­la­rın, sey­rək ağac və kol­luq­la­rın sa­hə­si art­mış, me­şə­lə­rin sa­hə­sin­də azal­ma mü­şa­hi­də edil­miş­dir. Çox sıx me­şə­lər isə ta­ma­mi­lə məhv  ol­muş­dur.

Təd­qi­qat­da yük­sək­lik qur­şaq­la­rı üz­rə land­şaft komp­leks­lə­ri­nə uy­ğun gə­lən NDVI də­yər­lə­ri də araş­dı­rıl­mış, mü­əy­yən edil­miş­dir ki, 0,1-0,2 NDVI də­yər­lə­ri  al­çaq, or­ta və qis­mən yük­sək dağ­lı­ğın, 0,2-0,3, 0,3-0,4, 0,4-0,5 də­yər­lə­ri al­çaq və or­ta dağ­lı­ğın, 0,5-0,6,  0,6-0,7 və 0,7-0,8 də­yər­lə­ri or­ta və qis­mən yük­sək dağ­lı­ğın land­şaft­la­rı üçün xa­rak­te­rik­dir.

Açar sözlər: Gəncə, peyk şəkilləri, NDVI, bitki örtüyü, antropogen transformasiya, təkrar törəmə landşaftlar.

 

ƏDƏ­BİY­YAT

  1. Azər­bay­can Res­pub­li­ka­sı­nın coğ­ra­fi­ya­sı. Fi­zi­ki coğ­ra­fi­ya, I c. Ba­kı, “Av­ro­pa”, 529 s.
  2. Azər­bay­can Res­pub­li­ka­sı. Land­şaft xə­ri­tə­si. Miq­yas: 1:600000. Ba­kı, Kar­toq­ra­fi­ya Fab­ri­ki,
  3. Azər­bay­ca­nın de­moq­ra­fik gös­tə­ri­ci­lə­ri. Azər­bay­can Res­pub­li­ka­sı­nın iq­ti­sa­di ra­yon­la­rı və in­zi­ba­ti əra­zi va­hid­lə­ri üz­rə əha­li­nin sa­yı­nın də­yiş­mə­si. (2000-2020-ci illər). DSK. Mən­bə: https://www.stat.gov.az/so­ur­ce/de­moq­raphy/
  1. Azər­bay­ca­nın kənd tə­sər­rü­fa­tı gös­tə­ri­ci­lə­ri. (2000-2020-ci il­lər). DSK. Mən­bə: https://www.stat.gov.az/so­ur­ce/ag­ri­cul­tu­re/
  2. Ba­ba­yev E.B. Daş­kə­sən-Gə­də­bəy tex­no­gen geo­sis­tem­lə­ri­nin eko­lo­ji və­ziy­yə­ti. Pon­to­kas­pi və Qaf­qaz Böl­gə­si: eko­sis­tem­lə­rin bir­ləş­mə­si və izol­ya­si­ya­sı şə­rai­tin­də də­yi­şik­lik­lər, can­lı­la­rın fi­lo­ge­ne­zi, geo­lo­gi­ya, eko­lo­gi­ya və coğ­ra­fi­ya­sı Mul­ti­di­sip­li­nar Bey­nəl­xalq Konf­ransın materialları. Bakı, 2020, s. 263-264.
  3. Əskərova H.H. Landşaftların səhra­laş­ma­sının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi. Elm və təhsil. Bakı 2012. 182 s.
  4. Qurbanov E.M., Məmmədova S.Ç. Azər­bay­ca­nın qərb zonasında relikt və endemik bit­ki­lərin yayıldığı fitosenozların xarakteristikası. Bakı Uni­ver­sitetinin xəbərləri. Təbiət elmləri seriyası 2010, №2, s. 34-39.
  5. Süleymanov M.Ə. Azərbaycanın təbii və an­tropogen landşaftlarının coğrafi qanuna­uyğun­luqları. Bakı, 2005, 247 s.
  6. Ахундов II.Г. Географические законо­мер­ности развития лесов Азербайджанской Рес­публики и их оптимизация. Афто- реф. докт. дисс. Баку, 1992, 56 с.
  7. Братков В.В., Атаев З.В. Вегетационные индексы и их использование для картогра­фи­ро­вания горных ландшафтов Российского Кав­ка­за. Элек­тронный научный журнал «Apriori. Cе­рия: естес­твенные и технические науки». 2017, №1. 21 c.
  8. Huang Sh., Tang L., Hupy J.P., Wang Ya., Shao G. A commentary review on the use of normalized difference vegetation index (NDVI) in the era of popular remote sensing. 2021. V.32. №1. – pp. 1-6.

 

Çapa qəbul olunub: 18 may 2023

Məqaləni yüklə

 

Qasımova T.V. Gəncə fiziki-coğrafi rayonunun bitki örtüyünün dinamikasının NDVI əsasında təhlili. Coğrafiya və təbii resurslar, №1 (19), 2023, səh. 61-66.