BAKI ŞƏHƏRİ ƏHALİSİNİN MƏŞĞULLUQ STRUKTURU: DİNAMİKASI VƏ İNKİŞAF MEYİLLƏRİ
Z.A.Mirzəyeva
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,
akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
AZ 1143, Bakı ş., H.Cavid pr. 115
DOI: 10.59423/gnr.2023.17.43.012
X ü l a s ə
Sosial-iqtisadi və demoqrafik proseslər əhalinin məşğulluq strukturunun formalaşmasına birbaşa təsir göstərən amillərdəndir. Bakının paytaxt mövqeyi, sosial-iqtisadi və demoqrafik inkişafı şəhərdə məşğulluq səviyyəsinin yüksək olması və ölkənin əsas əmək miqrasiyası regionuna çevrilməsi ilə nəticələnir. Tədqiqat aparılan 2009-2021-ci illər ərzində Bakı şəhəri məşğulluq səviyyəsinə, məşğulluq strukturunun keyfiyyət xüsusiyyətlərinə, iqtisadi fəal və məşğul əhalinin artım sürətinə görə ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.
Məqalədə müasir dövrdə Bakı şəhərində əhalinin məşğulluq strukturunda baş verən dəyişikliklər öyrənilmiş, onlara təsir edən sosial-iqtisadi və demoqrafik amillər təhlil olunmuşdur. Həmçinin, iqtisadi fəal, məşğul və işsiz əhalinin sayı, açılan yeni iş yerləri haqqında məlumatlar verilmişdir. Bakı şəhərində əhalinin məşğulluq strukturunda mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması istiqamətində təkliflər verilmişdir.
Açar sözlər: Bakı şəhəri, məşğulluq strukturu, məşğul əhali, işsiz əhali, yeni iş yerləri.
ƏDƏBİYYAT
- Azərbaycanın demoqrafik göstəriciləri. Bakı, DSK, 2022, 560 s.
- Azərbaycanın regionları. Bakı, DSK, 2022, 828 s.
- Azərbaycan Respublikası əhalinin siyahıyaalınması 2009-cu il. X cild. Məşğul və işləməyən iqtisadi fəal əhalinin cinsə, yaş tərkibinə və nikah vəziyyətinə görə bölgüsü. Bakı: 2010. 522 s.
- Azərbaycan Respublikası əhalinin siyahıyaalınması 2009-cu il. XIII cild. Məşğul əhalinin iqtisadiyyatın sahələri üzrə bölgüsü. Bakı: 2010. 725 s.
- Azərbaycan Respublikası əhalinin siyahıyaalınması 2009-cu il. XIV cild. İşləyən əhalinin məşğulluq statusu. Bakı: 2010. 729 s.
- Azərbaycan Respublikasının coğrafiyası. “Regional coğrafiya” III cild. AMEA, akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. Bakı, 2015, 40 s.
- Bədəlov E.S. Abşeron iqtisadi-coğrafi rayonunda sosial-demoqrafik problemlər və məskunlaşma məsələləri. Bakı, 2016, 200 s.
- Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı, “Çıraq”, 2005, 560 s.
- Eminov Z.N., Rzayeva S.İ. Azərbaycan Respublikasında əhalinin həyat keyfiyyətinin müasir vəziyyəti. Bakı, “Region Press” MMC, 2022, 240 s.
- Əmək Bazarı. Bakı, DSK, 2022, 187 s.
- United Nations: International Standard Industrial Classification of all Economic Activities, Series M, No. 4, Rev. 3, New York, 1989, pp 25-32.
- Сарычева Т.В. Cтатистическое исследование занятости населения: комплексный подход. Современные проблемы науки и образования, № 5, 2013, c. 83-88.
Çapa qəbul olunub: 18 may 2023
Məqaləni yüklə
Mirzəyeva Z.A. Bakı şəhəri əhalisinin məşğulluq strukturu: dinamikası və inkişaf meyilləri. Coğrafiya və təbii resurslar, №1 (19), 2023, səh. 85-92.