AZƏRBAYCANDA ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ VƏ BUNUNLA BAĞLI ÖLÜMLƏRİN CİNS-YAŞ VƏ REGİONAL FƏRQLƏRİ
A.R.Məmmədova
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Məqalədə Azərbaycanda ürək-damar xəstəliklərinin geniş yayılması və son zamanlar insanlar arasında ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayının xeyli artması, xəstəliyin nəinki yaşlılar, eyni zamanda cavanlar arasında müşahidə olunmasının artması haqqında məlumatlar yer alır. Respublika ərazisində ürək-damar xəstəliklərinin əhalinin cins-yaş tərkibinə görə yayılma tendensiyasının öyrənilməsi və əhali arasında xəstəliyin lokalizasiyasına görə qiymətləndirilməsi şərh olunur. Qadın və kişilər arasında xəstəliyin yayılmasının həm genetik, həm də sosial problemlərin təsirinin böyük olması, qadınlara nisbətən kişilər arasında ölüm hallarının çox olması haqqında məlumatlar və son 13 ildə 14-29 yaş arasında gənclərdə xəstələnmələrin təqribən 2 dəfə artmasının, əhalinin yaş qrupları və cins tərkibinə görə bu xəstəliyə bağlı ölümlərin dinamikası tərtib olunmuşdur. Xəstəliklə bağlı ölümlərdə əksər yaş qruplarında kişilər, 50-65 yaş qrupunda isə qadınların üstünlük təşkil etməsi haqqında məlumatlar yer alır. 2019-2020-ci illərdə pandemiya ilə əlaqədar hər iki cinsin nümayəndələri arasında ölüm halları, ürək-damar xəstəliklərinin müxtəlif lokalizasiyasına görə kişilər və qadınlar arasında miokard infarktının üstünlük təşkil etməsi haqqında geniş məlumatlar ön plana çəkilmişdir.
Açar sözlər: Ürək-damar, cins-yaş, lokalizasiya, yaş qrupları, kardiologiya, ölüm halları.
Ədəbiyyat
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı, 2020. 532 s.
- Baxşıyev M.M. Ürəyin ritm pozulmalarında elektrokardiostimulyasiya [Mətn]: dərs vəsaiti / Bakı: Təknur, 2008. 320 s.
- Eminov Z.N. Əhalinin həyat səviyyəsi və demoqrafik vəziyyəti / Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XI cild. Bakı, 2007. s. 265-274.
- Əlizadə İ.Q. Ürək-damar xəstəliklərinin propedevtikası: Tədris nəşri. 2002. 104 səh.
- Əyyubov Ə.C. Bakı və Abşeron yarımadasının iqlimi və insan səhhəti. 1997. Bakı.
- İbrahimli F.İ. “Xroniki qeyri-infeksion xəstəliklərin müalicəsinə naturopatik yanaşma. Bakı. 2021.
- Məmmədova A.R. Azərbaycanda ətraf mühitin ürək-damar xəstəliklərinə təsirinin tibbi və coğrafi əsasları Təbiət və elm. Beynəlxalq elmi jurnal.”Təbiət elmlərinin əsasları” mövzusunda I Respublika Elmi Konfransının materialları. 24 iyun 2020. Bakı. səh. 81-85.
- Məmmədova A.R. Azərbaycanda təbii-coğrafi və ekoloji şəraitin ürək-damar xəstəliklərinə təsirinin tibbi-coğrafi əsasları Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, Coğrafiya və təbii resurslar, №1(13), 2021, səh.108-113.
- Mahmudova İ.M., Mahmudov M.M. Regionların sosoial-iqtisadi inkisafının tənzimlənməsi. Bakı. 2011.
- Rzayeva S.İ., Məmmədova A.R.. Abşeron iqtisadi rayonunun təbii-coğrafi və ekoloji şəraitinin ürək-damar xəstəliklərinə təsirinin tibbi-coğrafi qiymətləndirilməsi. Bakı Universitetinin xəbərləri, Təbiət elmləri seriyası № 4, Bakı, 2021, səh. 82-92.
- Wold health statistics 2021 (2022 01 yanvar) mənbə: http://www.who.int/news-room/fact-sheets/detail/the-top-10-causes-of-death
- Wold health statistics 2021 (2022 01 yanvar) mənbə: https://www.who.int/news-room/fact-sheets/detail/noncommunicable-diseases
Çapa qəbul olunub: 18 dekabr 2022
Məqaləni yüklə