AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNDƏ MƏHƏLLİN OROQRAFİK ŞƏRAİTİNİN VƏ HAVANIN SİRKULYASİYANIN SELƏMƏLƏGƏLMƏDƏ ROLU
H.L.Nəbiyev, U.R.Tağıyeva, Q.B.Əhmədova
Elm və Təhsil nazirliyi, akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutu
DOI: 10.59423/gnr.2023.29.72.003
Xülasə. Məqalədə Azərbaycan Respublikası ərazisində oroqrafiyanın bol yağıntılara və sel hadisələrinə gətirib çıxaran sinoptik proseslərin inkişafına təsiri tədqiq edilmişdir. Təhlillərlə müəyyən edilmişdir ki, tədqiqat ərazisində dağ silsilələri təbii maneə kimi müdaxilə edən hava kütlələrinin istiqamət və xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir, intensiv yağıntılar və sellər əsasən meridional sirkulyasiya prosesləri zamanı müşahidə edilir. Məqalədə hava kütlələrinin hakim istiqamətinə perpendikulyar olan dağ silsilələrinin yamaclarına xüsusi diqqəti verilmiş, soyuq müdaxilədən əvvəl ön cəbhədəki isti hava kütləsinin xarakteri və rolu müəyyən edilmişdir. Araşdırmalar göstərdi ki, selyaranma proseslərində troposferin bütün təbəqələrində, xüsusilə də 500, 400 və 300hPa izobarik səthlərində xüsusi və nisbi rütubətin kəmiyyəti xeyli artır. Müəyyən olundu ki, son 10 illiklərdə iqlimin qlobal istiləşməsi nəticəsində dağətəyi və alçaqdağlıq ərazilərdə intensiv konvektiv proseslərin baş verməsi, havanın şaquli hərəkət sürətinin artması, topa -yağış buludlarının və leysanların yaranması üçün əlverişli şərait yaradan dayanıqsız stratifikasiyanın əmələ gəlməsi müşahidə edilir. Təklif edilmişdir ki, bütün sel təhlükəli rayonlarda, həmçinin cənub-qərb istiqamətli müdaxilələrin hərəkət trayektoriyası boyu aeroloji stansiyalar şəbəkəsinin genişləndirmək çox zəruridir. Yuxarıda dediklərimizlə yanaşı Bakı aqlomerasiyası timsalında şəhər «relyef»inin atmosfer yağıntılarının miqdarına təsiri ideyası da irəli sürülmüşdür.
Açar sözlər: oroqrafiya, sellər, bol yağıntılar, meridional və zonal proseslər, frontogenez, frontoliz və s.
Ədəbiyyat
- Mahmudov R.N. Azərbaycanda regional iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr. Bakı, 2022, 208 s.
- Nəbiyev H.L. Makrosirkulyasiya prosesləri və Azərbaycanda seləmələgəlmə. AMEA Xəbərləri, Yer Elmləri, 4, 2003, s. 35-38.
- Вангенгейм Г.Я. Опыт применения синоптических методов к изучению и характеристики климата. М. Гидрометеоиздат, 1935, 109 с.
- Гахраманов Г.А. О вертикальном распределении атмосферных осадков в Закавказье. – Метеорология и гидрология, 1967, 7, с. 42-49
- Гуния С.У. Переваливание воздушных потоков через горные хребты. Метеорология и гидрология, 1958, 10, с. 3-8
- Дзердзеевский Б.Л. Общая циркуляция и климат. Избранные труды. Москва, 1975, 288с.
- Исмайлов А.И. Условия формирования значительных осадков над центрально -степной зоной Азербайджанской ССР, изд-во «ЭЛМ», Баку, 1969, 123 с.
- Климат Азербайджана. Изд-во АН Азерб.ССР, Баку, 1968, 344 с.
- Мадатзаде А.А. Типы погоды и климат Апшерона. Изд.АН Азерб.ССР. 1960, 295 с.
- Набиев Г.Л. Неустойчивость и удельная влажность воздушных масс в период селеобразования на территории Азербайджанской ССР. Изв.АН Азерб.ССР, серия наук о Земле, 3, 1989, с. 69-74
- Набиев Г.Л. Макроциркуляционные процессы над Европой в связи селеобразованием в Восточном Закавказье. Проблемы противоселевых мероприятий. Материалы совмест. засед. научно-технич. сов. Госстроя СССР и мингео СССР по проблеме опыт разраб. И осуществления схем инж. Защиты от опас. Геологических процессов в предгорьях и горных районах Казахстана и Киргизии, Алма-Ата, 1990, с. 200-206
- Орлова Е.М. Краткосрочный прогноз атмосферных осадков. Л., Гидрометеоиздат, 1979. 168 с.
- Папинашвили К.И. Атмосферные процессы в Закавказье и их связь с макроциркуляционными процессами над Евразией Л., Гидрометеоиздат, 1963.- 184с.
- Папинашвили К.И. Обильные осадки в Восточной Грузии аэросиноптические условия их возникновения. –Труды Тбил. НИГМИ, 1962, вып. 10, с. 101-112.
Çapa qəbul olunub: 18 may 2023
Məqaləni yüklə
Nəbiyev H.L., Tağıyeva U.R., Əhmədova Q.B. Azərbaycan Respublikası ərazisində məhəllin oroqrafik şəraitinin və havanın sirkulyasiyanın seləmələgəlmədə rolu. Coğrafiya və təbii resurslar, №1 (19), 2023, səh. 17-24.