Coğrafiya və təbii resurslar

QUBA-XAÇMAZ İQTİSADİ RAYONUNDA MİQRASİYANIN TƏSƏRRÜFATIN İNKİŞAF İNDEKSİNƏ VƏ ƏRAZİNİN CƏLBEDİCİLİYİNƏ GÖRƏ QİYMƏTLƏNDİRİLMƏSİ

Z.N.Eminov, T.Ş.Bayramov

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu

AZ 1143, Bakı, H.Cavid pr., 115

[email protected]

[email protected]

 

X ü l a s ə

Məqalədə, Quba-Xaçmaz iqtisadi rayonunda 2003-2020-ci illər ər­zində şəhər və kənd məntəqələri üzrə ərazinin təsərrüfat indeksi hesab­lan­mışdır. Eləcə də, 2009-cu ilin əhalinin siyahıyaalma məlumatlarından və cəl­bedicilik düsturundan istifadə olunmaqla Azərbaycan Respublikasında və Quba-Xaç­maz iqtisadi-coğrafi rayonunda əhalinin məskunlaşması üçün daha əlverişli ərazilər müəyyən edilmişdir.

Quba-Xaçmaz iqtisadi rayonu sosial-iqtisadi inkişaf səviyyəsinə, əlverişli təbii-coğrafi şəraitinə, əmək ehtiyatlarına, turizm və rekreasiya im­kan­larına görə fərqlənir. Təqdim edilən məqalədə, iqtisadi-coğrafi rayona daxil olan Qu­sar, Xaçmaz, Quba, Şabran və Siyəzən inzibati rayonların miq­rasiya cəlb­ediciliyi təsərrüfatın iqtisadi inkişaf indeksi əsasında müqayisə olunur. He­sablama aparılaraq müəyyən edilmişdir ki, hansı inzibati rayonda təsərrüfat indeks əmsalı yüksəkdirsə həmin ərazi əmək qabiliyyətli miqrantlar üçün cəlbedici hesab olunur. Həmçinin, iqtisadi-coğrafi rayonda təsərrüfatın inki­şafına hərtərəfli dəstək artırılarsa, əhalinin sosial-iqtisadi şəraitinə və hə­yat səviyyəsinə müsbət təsir göstərməklə əmək ehtiyatlarının miqrasiyasının qar­şısını almış olacaqdır.

Açar sözlər: miqrasiya, cəlbedicilik, təsərrüfat indeksi, yaşayış məntəqələri, Quba-Xaçmaz

 

ƏDƏBİYYAT

  1. Azərbaycan Respublikasının coğrafiyası. III cild. Regional coğrafiya. Bakı. 2015. səh. 131-132, 399 s.
  2. Azərbaycan Respublikasının Statistik Gös­təri­ciləri. DSK, Bakı 2021, səh. 123-127, 752 s.
  3. Azərbaycanın demoqrafik göstəriciləri. Bakı 2021, DSK, səh. 124-206. 560 s.
  4. Azərbaycan Respublikasının iqtisadi və inzibati şəhər və rayonları üzrə təbii artım, doğulanlar və ölənlər (2021, 16 dekabr). Mənbə: https://www.stat.gov.az/source/demoqraphy/
  5. Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı: Çıraq. 2005. səh. 50-85. 560 s.
  6. Eminov Z.N., Paşayev N.Ə., Əyyubov N.H. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq. 2010. səh. 416 s.
  7. Eminov Z.N., Abbasova V.Z. Müstəqillik illə­rində Azərbaycan Respublikasında miqrasiya prosesləri. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, Coğrafiya və Təbii Resurslar jurnalı, Nº2, 2015, səh. 91-94.
  8. Eminov Z.N., Məmmədov İ.B., Əliyeva L.İ., Hü­seynova E.H. Azərbaycan Respublikasında miqra­si­ya­nın əsas istiqamətləri. “Azərbaycanda miqrasiya siya­səti: naliyyətlər və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfransın materialları. Bakı: Xəzər Universiteti Nəşriyyatı, 2017, səh. 166-170.
  9. Eminov Z.N. Əhalinin mexaniki hərəkatı. Lən­kə­ran-Astara iqtisadi-coğrafi rayonunda demoqrafik in­kişaf problemləri və əhalinin məskunlaşması. Bakı, 2019, səh. 128-135.
  10. Mehrəliyev E.Q, Əyyubov N.H. Sadıqov M.O. Azərbaycan SSR-də əhalinin məskunlaşması məsələləri. Bakı. 1988. səh. 125-129, 192 s.
  11. Лопатников Д. Л., Эстеров А.И. Возможности использования индекса хозяйственного развития территории в сравнительном географическом Изв. РАН. Сер. Географ. Nº3, 1997, c. 85–88.
  12. Василенко. П.В. Методика оценки мигра­ци­онной привлекательности территории. Геогра­фи­ческий вестник, Социальная и экономическая гео­графия Nº1, 2014. с. 38-46.

 

Çapa qəbul olunub: 28 oktyabr 2022

Məqaləni yüklə