Coğrafiya və təbii resurslar

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YAYILAN ƏKİNALTI TORPAQLARIN DEQRADASİYA PROSESLƏRİNİN TƏDQİQİ

L.P.İbrahimova

Naxçıvan Dövlət Universiteti

[email protected]

Xülasə. Məqalədə Naxçıvan Muxtar Respublikasının ümumi torpaq fondu (550275 ha), bunun təsərrü­fatayararlı (479477 hektarı), o cümlədən 162391 ha əkinəyararlı, 18409 hektarı həyətyanı, meşə, park və kolluqlar, 70798 hektarı isə çılpaq qayalıqlar, daşlı-çınqıllı sahələr və şoranlıqlar haqqında məlumat verilir. Sonuncu, demək olar ki, kənd təsərrüfatında istifadə olunmur. Əkinəyararlı torpaq sahələrindən cəmi 60019,5 ha əkin və çoxillik əkmələr altında, qalan 102371,5 ha isə biçənək və örüş otlaq kimi istifadə olunur. Rəqəmlərdən göründüyü kimi, muxtar respublika dağlıq region ol­duğundan əkinəyararlı torpaq sahələri azlıq təşkil edir. Məhz bu baxımdan muxtar respublikanın ərazisində yararlı torpaq fondunun az olmasını nəzərə alaraq, bu istiqamətdə tədqiqatların aparılması aktuallıq kəsb edir.

Naxçıvan Muxtar Respublikasında torpaq fondunun az olmasını nəzərə alaraq yayılan torpaq­lar­dan əkin altında səmərəli istifadə etmək məqsədi ilə ərazidə torpaq  deqradasiya proseslərinin tədqiqi (şorlaşma, erroziya, bataqlıqlaşma, daşlılıq, kol-kos basmış sahələr və s.) və onların qarşısını almaq üçün tədbirlər müəyyənləşdirilir. Eyni zamanda, ərazidə torpaqlarda deqradasiya proseslərini ya­ra­dan səbəblər araşdırılmış və onlar bir qrupda birləşdirilərək istiqamətləri göstərilmişdir.

Nəticədə Naxçıvan Muxtar Respublikasında yayılan torpaqların deqradasiya proseslərinin qarşı­sını almaq üçün tədbirlər müəyyənləşdirilmiş, mədəni bitkilər altında səmərəli istifadə etmək üçün bir neçə təklif və tövsiyə verilmişdir.

ƏDƏBIYYAT

  1. Azərbaycan Respublikasının ətraf mühitə dair qa­nunvericilik toplusu. Azərbaycan Respublikası Ekologi­ya və Təbii Sərvətlər Nazirliyi, Bakı: El-Aliance, 2002, 1-ci cild, 406 s, 2-ci cild, 426 s.
  2. Azərbaycan Respublikasının ekoloji cəhətdən da­yanıqlı sosial-iqtisadi inkişafına dair Milli Proqram. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli 1152 nömrəli Sərancamı ilə nəşr edilmiş­dir. Bakı: 51 s.
  3. Babayev M.P., Qurbanov E.A. Səhralaşma-torpaq qradasiyasının tədqiqi. Bakı: Elm, 2008, 47 s.
  4. Babayev M.P., Həsənov V.H. və b. Torpaq deqra­dasiyası. Bakı: Elm, 2003, 48 s.
  5. Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikası tor­paqlarının ekocoğrafi şəraiti. Bakı: MBM, 2009, 108 s.
  6. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya, ətraf mühit və insan. Bakı: Elm, 2006. 608 s.
  7. Məmmədov Q.Ş. Torpaqşünaslıq və torpaq coğ­ra­fiyasının əsasları. Bakı: Elm, 2007, 664 s.
  8. Məmmədov Q.Ş. Torpaq islahatları regionların sosial-iqtisadi inkişafının əsasıdır. Bakı: Elm, 2008, 232 s.
  9. Mustafayev X.M. Torpaq eroziyası və ona qarşı mübarizə tədbirləri. Bakı: Azərnəşr, 1974, 128 s.

 

Məqaləni yüklə