Coğrafiya və təbii resurslar

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏHƏRLƏRİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFINDA DÖVLƏT PROQRAMLARININ ROLU

T.Ə.Əliyeva

Naxçıvan Universiteti, Naxçıvan MR, Babək məhəlləsi 1

[email protected]

X ü l a s ə

Naxçıvan Muxtar Respublikasında Azərbaycanın digər rayonlarına nis­bə­tən iqtisadi isla­hat­ların daha genişmiqyaslı aparılması, təbii ehtiyatların təsər­rüfat dövriyyəsinə geniş cəlb olunması iqtisadiyyatın dayanıqlı inkişafına tə­kan vermişdir. Blo­kada və­ziyyətində olan Naxçıvan Muxtar Respublikası üçün iqtisadi inkişafın pers­pektiv istiqamətlərinin öyrənilməsi və qiymət­lən­di­rilməsi xüsusi əhə­miy­yət kəsb edir. Ümumi daxili məhsulun artırılması, so­sial infrastrukturun müasir tələblərə uyğun qurulması və göstərilən xid­mət­lərin yaxşılaşdırılması, əhalinin iş yer­ləri ilə tə­min olunması məqsədilə Nax­çıvan MR-də iqtisadi islahatlar davam etdirilir. Bu islahatlar MR-in kənardan gətirilən məhsullardan asılılığının azal­dılmasın­a, ixrac yönümlü və rəqabətə davamlı məhsul istehsalının ar­tı­rıl­ma­sına xid­mət etməlidir. İqtisadi islahat­la­rın aparılmasında qəbul edilmiş Dövlət Proq­ramlarının xüsusi əhəmiyyəti olmuşdur.

İqtisadi potensialın cəmləndiyi şəhərlər ətraf ərazilərin də iqtisadi inki­şa­fında istiqamətverici rol oynayır. Naxçıvan Muxtar Respublikası uzun müddət blokada şəraitində qaldığına görə təsərrüfatın inkişafı üçün yerli xammal və demoqrafik potensialdan zəif istifadə edilmişdir. İqtisadi islahatlar dövr­ündə sənayenin inkişafı üçün həyata keçirilən tədbirlər, onun ərazi və sahə quru­lu­şunda baş verən dəyişikliklər daxili tələbatı ödəyən məhsullar isteh­sa­lının genişlənməsinə, yeni iş yerlərinin açılmasına, kənd təsərrüfatı məhsulla­rının emalının təşkilinə imkan vermişdir.

Açar sözlər:

şəhər məntəqələri, iqtisadi inkişaf, regionların inkişafı, iqtisadi islahatlar, əhali və əmək ehtiyatları, sənaye sahələri, iqtisadi rayon

 

ƏDƏBİYYAT

  1. Azərbaycanın regionları. Yeni inkişaf dövrü. III cild Bakı-2014.
  2. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. İqtisadi və sosial coğrafiya. II Cild. Naxçıvan “Əcəmi” Nəşriyyat-Poliqrafiya birliyi, 2018, səh 384.
  3. Mahmudov Ə.Ə, Nadirov A.A. Naxçıvan MSSR iqtisadiyyatının inkişafı (Naxçıvan MSSR-50. Elm nəşriyyatı Bakı 1975.s.357
  4. Məmmədov S.M. ”Naxçıvan Muxtar Respub­likasında yüngül sənayenin mövcud vəziyyəti və inkişaf perspektivləri”.”Aqrar sahənin inkişaf istiqamətləri” mövzusunda respublika elmi konfransının materialları. 8 aprel 2019-cu il.
  5. Naxçıvan statistika güzgüsündə-75 il. Nax­çı­van. Bakı, 1999 138 s.
  6. Paşayev N.Ə., Əyyubov, N.H., Eminov Z.N. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı-2010. 416 s
  7. Regionların sosial-iqtisad inkişafı (2014-2018-ci illər). Bakı: DSK, 2015, 681 s
  8. Naxçıvan Muxtar Respublikası. DSK. “Nax­çı­van Muxtar Respublikası üzrə yeni açılmış iş yerləri“. http//statistika .nmr.az//.az. 29 dekabr. 2019-cu il.
  9. 2018-ci ildə Naxçıvan MR-in sosial-iqtisadi in­kişafı. 25 s. Naxçıvan Muxtar Respublikası Dövlət Sta­tistika Komitəsi. (2020. 19 yanvar). http//www.statistika.nmr.az//az
  10. 2019-ci ildə Naxçıvan MR-in sosial-iqtisadi in­kişafı. Naxçıvan Muxtar Respublikası Dövlət statistika komitəsi. (2020 19 yanvar) http//www.statistika.nmr.az//az/

 

Çapa qəbul olunub: 15 dekabr 2021

Məqaləni yüklə