Coğrafiya və təbii resurslar

NAXÇIVAN MR-DƏ BOZ TORPAQLARIN COĞRAFİ YAYILMA XÜSUSİYYƏTLƏRİ VƏ EKOLOJİ PROBLEMLƏRİNİN TƏDQİQİ

Ü.N.İsgəndərova

Naxçıvan Dövlət Universiteti

Naxçıvan ş., Universitet şəhərciyi, AZ7012

[email protected]

 

X ü l a s ə

Məqalədə Naxçıvan Muxtar Respublikasında boz torpaqların yayıldığı ərazilər və onların ekoloji problemləri haqqında məlumat verilir. Muxtar res­publikanın relyef şəraitinin dağlıq ərazi olduğundan torpaq-bitki örtüyü örtüyü müxtəlifliyi ilə seçilir. Eyni zamanda ərazinin kontinental iqlim şəraiti zəif bitki örtüyü ilə səciyyələnir. Muxtar respublikada torpaq ehtiyatının 70 faiz­dən çoxu düzənlik və dağətəyi zonada yayılmaqla, ərazidə boz torpaqlar (tip, yarımtip və s.) geniş sahə tutur. Ərazidə yayılan boz torpaqların açıq-boz, adi-boz, ibtidai boz və qədimdən suvarılan  tiplərini göstərmək olar.  Məqalənin əsas hissəsində boz torpaqların ərazidə formalaşması və münbitliyini pozan deqradasiya prosesləri (şoranlaşma, eroziya, bataqlaşma, antropogen və s.) haqqında nəzəri məsələlər öz əksini tapmışdır. Nəticədə muxtar respublikanın düzənlik və dağətəyi zonalarında yayılan boz torpaqların ekoloji problemləri araşdırılmış və torpaq münbitliyinin ar­tı­rılması üçün bir neçə təklif və tövsiyyələr verilmişdir.

Açar sözlər: deqradasiya, torpaq, eroziya, şoranlaşma, bataqlaşma, irriqasiya

 

ƏDƏBİYYAT

  1. Babayev S.Y. Naxçıvan Muxtar Respub­lika­sının coğrafiyası. Bakı: Elm, 1999, 298 səh.
  2. Həsənov Ə.M. Naxçıvan Muxtar Respubli­ka­sının təbii sərvətləri və onlardan istifadə. Bakı: Araz nəşriyyatı, 2001, 246 səh.
  3. Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikası torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı: MBM, 2010, 296 səh.
  4. Quliyev Ə.G. Naxçıvan Muxtar Respub­lika­sında suvarılan torpaqların ekomeliorativ qiymətlən­di­rilməsi. Naxçıvan: “Əcəmi” Nəşriyyat-Poliqrafiya Bir­liyi, 2014, 168 səh.
  5. Quliyev İ.Ə. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı, 2014, 240 səh.
  6. Məmmədov Q.Ş. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı: Elm, 2007, 664 səh.
  7. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. I cild, Naxçıvan: “Əcəmi” Nəşriyyat-Poliаqrafiya Birliyi, 2017, 456 səh.
  8. Алиев Г.А., Зейналов А.К. Почвы Нахиче­ванской АССР. Баку: Азернешр, 1988, 238 с.
  9. Мамедов Р.Г. Агрофизическая характе­рис­тика почв Нахичеванской АССР. Баку, 1963, 254 с.

 

Çapa qəbul olunub: 28 oktyabr 2022

Məqaləni yüklə