NAXÇIVAN MR-DƏ BOZ TORPAQLARIN COĞRAFİ YAYILMA XÜSUSİYYƏTLƏRİ VƏ EKOLOJİ PROBLEMLƏRİNİN TƏDQİQİ
Ü.N.İsgəndərova
Naxçıvan Dövlət Universiteti
Naxçıvan ş., Universitet şəhərciyi, AZ7012
X ü l a s ə
Məqalədə Naxçıvan Muxtar Respublikasında boz torpaqların yayıldığı ərazilər və onların ekoloji problemləri haqqında məlumat verilir. Muxtar respublikanın relyef şəraitinin dağlıq ərazi olduğundan torpaq-bitki örtüyü örtüyü müxtəlifliyi ilə seçilir. Eyni zamanda ərazinin kontinental iqlim şəraiti zəif bitki örtüyü ilə səciyyələnir. Muxtar respublikada torpaq ehtiyatının 70 faizdən çoxu düzənlik və dağətəyi zonada yayılmaqla, ərazidə boz torpaqlar (tip, yarımtip və s.) geniş sahə tutur. Ərazidə yayılan boz torpaqların açıq-boz, adi-boz, ibtidai boz və qədimdən suvarılan tiplərini göstərmək olar. Məqalənin əsas hissəsində boz torpaqların ərazidə formalaşması və münbitliyini pozan deqradasiya prosesləri (şoranlaşma, eroziya, bataqlaşma, antropogen və s.) haqqında nəzəri məsələlər öz əksini tapmışdır. Nəticədə muxtar respublikanın düzənlik və dağətəyi zonalarında yayılan boz torpaqların ekoloji problemləri araşdırılmış və torpaq münbitliyinin artırılması üçün bir neçə təklif və tövsiyyələr verilmişdir.
Açar sözlər: deqradasiya, torpaq, eroziya, şoranlaşma, bataqlaşma, irriqasiya
ƏDƏBİYYAT
- Babayev S.Y. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı: Elm, 1999, 298 səh.
- Həsənov Ə.M. Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri və onlardan istifadə. Bakı: Araz nəşriyyatı, 2001, 246 səh.
- Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikası torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı: MBM, 2010, 296 səh.
- Quliyev Ə.G. Naxçıvan Muxtar Respublikasında suvarılan torpaqların ekomeliorativ qiymətləndirilməsi. Naxçıvan: “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2014, 168 səh.
- Quliyev İ.Ə. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı, 2014, 240 səh.
- Məmmədov Q.Ş. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı: Elm, 2007, 664 səh.
- Naxçıvan Muxtar Respublikasının coğrafiyası. I cild, Naxçıvan: “Əcəmi” Nəşriyyat-Poliаqrafiya Birliyi, 2017, 456 səh.
- Алиев Г.А., Зейналов А.К. Почвы Нахичеванской АССР. Баку: Азернешр, 1988, 238 с.
- Мамедов Р.Г. Агрофизическая характеристика почв Нахичеванской АССР. Баку, 1963, 254 с.
Çapa qəbul olunub: 28 oktyabr 2022
Məqaləni yüklə