Müəlliflər üçün

“Coğrafiya və Təbii Resurslar” jurnalı coğrafiya və aqrar elmlərin geniş spektrini əhatə edən, multidissiplinar elmi tədqiqatların dərc olunduğu, açıq girişli (Open Access)ikiqat anonim rəyçilik (double-blind peer review) prinsipləri əsasında fəaliyyət göstərən elmi nəşrdir.

Jurnal coğrafiya, ətraf mühit və aqrar sahələr üzrə aparılan müasir elmi tədqiqatların nəşrini dəstəkləyir.


Jurnalın elmi istiqamətləri

Jurnal coğrafiya və aqrar elmlərin müxtəlif sahələrini əhatə edən tədqiqatları qəbul edir. Əsas istiqamətlər aşağıdakılardır:

  • Təbii sistemlər, landşaftlar və geomorfoloji proseslər
  • İqlim, meteorologiya və hidrologiya üzrə tədqiqatlar
  • Ekocoğrafiya, ətraf mühit və torpaq ekologiyası
  • Torpaqşünaslıq, torpaqdan istifadə və aqrar sistemlər
  • Regional inkişaf, iqtisadi və sosial coğrafiya
  • Turizm, rekreasiya və davamlı inkişaf
  • Geoməkan texnologiyaları, kartoqrafiya və məkan analitikası
  • Xəzər regionu və digər regional coğrafi problemlər
  • Coğrafiya təhsili, metodika və elmi innovasiyalar

Jurnal multidissiplinar yanaşmaları dəstəkləyir və yuxarıda sadalanan istiqamətlərlə məhdudlaşmayan, coğrafiya, təbii resurslar, ətraf mühit və aqrar elmlərlə əlaqəli digər elmi tədqiqatları da nəzərdən keçirir.


Məqalə növləri

  • Orijinal elmi tədqiqat məqalələri
  • İcmal (review) məqalələri
  • Qısa elmi məlumatlar (short communications)
  • Elmi xəbərlər və xronikalar

Nəşr siyasəti

  • Bütün məqalələr ikiqat anonim rəyçilik prosesindən keçirilir.
  • Jurnal açıq giriş modelini dəstəkləyir.
  • Məqalələrin dərc olunması üçün ödəniş (APC) tələb olunmur.
  • Nəşr etikası beynəlxalq elmi standartlara uyğun şəkildə həyata keçirilir.

Məqalə təqdimatı

Məqalələrin hazırlanması və təqdim olunması ilə bağlı ətraflı məlumat üçün aşağıdakı bölmələrə keçid edin:


Əlaqə

Email: info@journal.geonatres.az

Website: https://journal.geonatres.az