MUĞAN-SALYAN DÜZÜ PAMBIĞAYARARLI TORPAQLARIN FİZİKİ-KİMYƏVİ GÖSTƏRİCİLƏRİNİN MÖVCUD VƏZİYYƏTİ
M.M.Əsgərova
Azərbaycan Dövlət Pedaqoji Universiteti, AZ1000, Bakı, Ü.Hacıbəyli küç, 68
X ü l a s ə. Məqalədə Muğan-Salyan düzünün suvarılan pambığayararlı torpaqlarının müasir vəziyyəti təhlil olunmuşdur. Bu məqsədlə Biləsuvar rayonu Xırmandalı kəndi əraz isində xarakter nöqtələrdə kəsimlər qoyulmuş, onların coğrafi koordinatları müəyyən edilmiş, ərazinin çöl təsviri aparılmış, pambıq bitkisinin məhsuldarlığı barədə son illərin məlumatları götürülmüşdür. Ərazidə əsasən çəmən-boz, bataqlı çəmən və şoran torpaqlar yayılmışdır. Bunlardan pambıq əkinləri altında istifadə olunan əsas torpaq tipi suvarılan çəmən-boz torpaqlar, onun yarımtipləri və növmüxtəliflikləridir.
Uzun müddətli becərmələrin – gübrələmə, intensiv suvarma, aqrotexniki və aqromeliorativ tədbirlər və s. tətbiqi torpaqların profilində fiziki-kimyəvi dəyişikliklərin əmələ gəlməsinə səbəb olmuşdur. Yerinə yetirilən analizlərin nəticələrinin təhlilindən məlum olmuşdur ki, torpaqlar zəif və orta dərəcədə minerallaşmışdır (0,138-0,604%), əsas torpaq göstəricilərindən CaCO3 – 3,10-4,30%, pH – 7-8, udulmuş Ca+2 – 20,0-31,0 mq/ekv, Mg+2 – 10,0-16,5 mq/ekv, hiqroskopik nəmlik – 6,30-7,15% arasında tərəddüd edir.
Açar sözlər: pambığayararlı torpaqlar, suvarılan çəmən-boz torpaqlar, minerallaşma, intensiv becərmə, fiziki-kimyəvi tərkib, GPS
ƏDƏBİYYAT
- Asgarova M.M. The analysis of the regularities of crop formation and environmental assessment of soils in Kur-Araz lowland of the Azerbaijan. 10th International Soil Science Congress on “Environment and Soil Resources Conservation” 17–19 October, 2018. Almaty.103.
- Аскерова М.М. Агроэкологическая характеристика и модели плодородия почв хлопчатника в пределах Карабахской степи Азербайджанской Республики. LAP Lambert Academic Publishing, 2019, 186 стр.
- Аскерова М.М. Экономическая оценка почв Кура-Араксинской низменности, пригодных для хлопчатника. Бюллетень науки и практики. Сельскохозяйственные науки / Bulletin of Science and Practice Agricultural Sciences 2019. Т. 5. №5,стр.136-144.
- Babayev M.P., Cəfərova Ç.M., Həsənov V.H. Azərbaycan torpaqlarının müasir təsnifatı. Bakı, Elm, 2006, səh. 400-401.
- Бабаев М.П., Рамазанова Ф.М., Наджафова С.И. Почвы Азербайджанской Республики Орошаемые почвы Кура-Араксинской низменности и их производительная способность. LAP Lambert Academic Publishing, 2019, 284 стр.
- Бабаев М.П. и др. Влияние промежуточных посевов на микроагрегатный состав почв сухостепной и полупустынной зон Азербайджана/ журн.: Изв.Выс.Уч.Зав.. Северо-Кавказский Регион. Серия: Естественные Науки. № 2, 2018 г. Стр.: 45-58
- Волобуев В.Р. Мугань и Сальянская степь. Баку, 1951, 132 стр.
- Мамедов Г.Ш., Аскерова М.М. Принципы составления почвенных, экологических и других картографических материалов Азербайджана на основе ГИС. Евразийский Союз Ученых (ЕСУ), Ежемесячный научный журнал № 6 (63) / 2019, стр.17-27.
- Məmmədov Q.Ş. Həşimov A.C. və b. Meliorasiya: şorlaşmış torpaqların diaqnostikası və təsnifatı. Bakı, 2017, 308 səh.
- Мустафаев М. Г. Развитие почвенной деградации Мугано-Сальянского массива. Научный журнал Российского НИИ проблем мелиорации, № 3 (19), 2015 г., стр.51–63.
- Нуриева К. Г. Современное состояние орошаемых земель кура-араксинской низменности Азербайджана. Вестник Курганской ГСХА № 3, 2017, стр.42-44.
- Салаев М.Э. Диагностика и классификация почв Азербайджана, Баку: Элм. 1991, 240 ст.