Coğrafiya və təbii resurslar

MEŞƏ YANĞINLARININ TƏBİİ FORMALAŞMA XÜSUSİYYƏTLƏRİ

Ə.A.Əliyev

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. AZ 1143, Bakı ş., H.Cavid pr. 115 

[email protected]

DOI: 10.59423/gnr.2024.63.69.013

X ü l a s ə

Me­şə­lər bə­şə­riy­yə­tin hə­yat var­lı­ğı­nın əsas sə­bəb­lə­rin­dən bi­ri­dir. İn­sa­nın ya­şam tər­zi­nin əsas mən­bə­lə­rin­dən olan me­şə­lə­ri­miz dai­mi ola­raq fo­to­sin­tez pro­se­si va­si­tə­si ilə hə­ya­tı­mız üçün va­cib olan ok­si­gen is­teh­sal edir. Ona gö­rə də, me­şə­lər həm də pla­ne­ti­mi­zin ağ ci­yə­ri sa­yı­lır. Tə­əs­süf ki, hə­ya­tı­mız üçün bu cür əvəz­siz olan bu tə­bii sər­və­tin sa­hə­lə­ri dur­ma­dan aza­lır. Dün­ya­nın baş­qa sa­hə­lə­rin­də ol­du­ğu ki­mi res­pub­li­ka­mız­da da uzun ta­ri­xi dövr ər­zin­də me­şə­lə­rin sa­hə­si müx­tə­lif sə­bəb­lər üzün­dən azal­mış­dır. Apa­rıl­mış araş­dır­ma­lar nə­ti­cə­sin­də mə­lum ol­muş­dur ki, son 3 min il ər­zin­də Azər­bay­can­da dağ me­şə­lə­ri­nin sa­hə­si 5 də­fə, dü­zən­lik və tu­qay me­şə­lə­ri­nin sa­hə­si isə 13 də­fə azal­mış­dır. Bu­nun da əsas sə­bə­bi əkin sa­hə­lə­ri­nin ge­niş­lən­di­ril­mə­si və ya­na­caq əl­də et­mək məq­sə­di­lə bə­ra­bər müx­tə­lif dövr­lər­də əra­zi­miz­də ge­dən mü­ha­ri­bə­lər nə­ti­cə­sin­də tə­bii və in­san əmə­yi ilə yan­dı­rıl­mış, məhv edil­miş me­şə­lə­ri­miz ol­muş­dur. Təq­dim olu­nan mə­qa­lə res­pub­li­ka­mı­zın ən sıx me­şə­lə­ri­nin möv­cud ol­du­ğu Bö­yük Qaf­qa­zın cə­nub ya­ma­cı­nın şı­mal-qərb his­sə­si­nin me­şə­lə­rin­də baş ve­rən yan­ğın­la­rın tə­bii ya­ran­ma və ant­ro­po­gen şə­rai­ti­nin xü­su­siy­yət­lə­ri, növ­lə­ri və on­la­ra qar­şı mü­ba­ri­zə təd­bir­lə­ri­nin el­mi araş­dır­ma­sı­na həsr edil­miş­dir.

Açar sözlər: antropogen amillər, meşə döşənəyi, meşə töküntüsü, mikroorqanizmlər, bakteriyalar.

ƏDƏBIYYAT

  1. Azərbaycan Respublikasının coğrafiyası. I cild Bakı: 2014. s. 446-451,
  2. Hacıyev Q.Ə., Rəhimov V.Ə. Azərbaycan SSR inzibati rayonlarının iqlim səciyyəsi. Bakı: 1977.
  3. Xəlilov Ş.B. Azərbaycanın ekocoğrafi problemləri. Bakı: 2006.
  4. Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. Bakı: Maarif, 1998. 400 s.
  5. Prilipko M.İ. Azərbaycanın bitki örtüyü Bakı: 1970.
  6. Саламов Г.А. Лесные почвы Южного склона Большого Кавказа Азербайджанской ССР. Баку: Елм, 1978.
  7. Mustafa A., Korkmaz M. Türkiye’de orman yangını sorunu: Güncel bazı konular üzerine değerlendirmeler. Turkish Journal of Forestry. – 2021. V. 22. №. 3.pp. 229-240.
  8. Blagodatskaya E., Kuzyakov Y. Active microorganisms in soil: critical review of estimation criteria and approaches. Soil Biology and Biochemistry. 2013. 67. pp. 192-211.
  9. FHN Mətbuat xidmətinin məlumatı. Elektron resurs (01.20.2024). Mənbə: https://www.fhn.gov.az/?aze/news/xronika/2022/9/6/45359

 

Çapa qəbul olunub: 15 mart 2024

Məqaləni yüklə

Ə.A.Əliyev – Meşə yanğınlarının təbii formalaşma xüsusiyyətləri. Coğrafiya və təbii resurslar, №1 (21), 2024, səh. 98-103.