LANDŞAFTLARIN EKOLOJİ POTENSİALININ QİYMƏTLƏNDİRİLMƏSİ (LƏNGƏBİZ SİLSİLƏSİ VƏ ƏTRAF ƏRAZİLƏR TİMSALINDA)
H.A.Xəlilov, G.Ə.İmanova
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Ləngəbiz silsiləsi və ətraf ərazilərin landşaft komplekslərinin ekoloji potensialının qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqatların nəticəsində müəyyən edilmişdir ki, burada geokomplekslərlə insanların təsərrüfat və həyat fəaliyyəti arasındakı münasibət və onların qarşılıqlı təsiri xeyli mürəkkəbliyi ilə səciyyələnir. Landşaftların hər hansı bir komponentinə göstərilən antropogen təsir nəticəsində onun strukturu və funksional fəaliyyəti dəyişikliyə məruz qalır. Bununla yanaşı landşaftda baş verən dəyişikliklər öz növbəsində cəmiyyətin fəaliyyətinin xarakterinə, insanların həyat tərzinə və psixoloji durumuna müəyyən təsir göstərir. Bu baxımdan ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadənin tərkib hissəsi kimi landşaft komplekslərinin ekoloji-coğrafi tədqiqi mühüm elmi və praktiki əhəmiyyət kəsb edir. Aparılmış tədqiqatlar nəticəsində, ilk dəfə olaraq, ərazidəki texnogen (yaşayış məntəqələri, kommunikasiya sistemləri və s.) və aqrolandşaftlar (əkin, örüş və biçənək və s.) sahələrinin təshih əmsallarının tətbiqi əsasında landşaft komplekslərinin 100 ballıq şkala üzrə ekoloji potensialı qiymətləndirilmişdir.
Açar sözlər:
Landşaft, ekoloji potensial, təshih əmsalı, qiymət meyarları, deqradasiya.
ƏDƏBİYYAT
- Budaqov B.Ə. Relyef. Azərbaycan Milli Ensiklopediyası “Azərbaycan” cildi: Bakı, 2007, s.14-25.
- Budaqov B.Ə. Fiziki-coğrafi rayonlaşdırma. Yenə orada, 2007, s.48-55.
- Daşdıyev R.H. Landşaftın ekologiyası. Bakı: MBM, 2010, 140 s.
- İsmayılov M.C. Azərbaycanda iri relyef formalarının keçid sahələri landşaftlarının ekoloji xüsusiyyətləri// Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, XI cild, 2007, s.30-36.
- İsmayılova A.A. Cənub-Şərqi Qafqazın cənub yamacının müasir landşaftlarının rekreasiya potensialının qiymətləndirilməsi // BDU Xəbərləri, №4. Bakı, 2009, 161-166.
- Qəribov Y.Ə. Azərbaycan Respublikasının müasir landşaftlarının antropogen transformasiyası. Bakı: Mars Print, 2011, 300 s.
- Məmmədov Q.Ş. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı: Elm, 1998, 282 s.
- Məmmədov R.M. Landşaftların optimallaşdırılması:mahiyyəti və tətbiq sahələri// Azərbaycan landşaftlarının optimallaşdırılması, səmərəli təşkili və davamlı inkişafın müasir problemləri. Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, XVI cild, 2011, s.8-11.
- Məmmədov R.M., Landşaft planlaşdırılması; mahiyyəti və tətbiqi.Bakı, 2016, 292 səh.
- Будагов Б.А. Основные географические проблемы экологически сбалансированного развития Азербайджанской Республики// Известия Бакинского университета. №1, 1999, с.164-183.
- Kулиева Е.Н. Экологическая оценка техногенно-нарушенных почв Абшерона. Автореф. дис… канд. биол. Наук. Баку, 2006, 20 с.
- Исаченко А.Г. Оптимизация природной среды. Москва: Мысль, 1980, 264 с.
- Исаченко А.Г. Экологический потенциал ландшафта // Изв. ВГО, т. 123, вып. 4. 1991,С. 305-316.
Çapa qəbul olunub: 15 dekabr 2021
Məqaləni yüklə