LƏNKƏRAN OVALIĞI MEŞƏLƏRİNİN MÜASİR VƏZİYYƏTİ VƏ ANTROPOGEN TRANSFORMASİYASI
M.Y.Xəlilov
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu, AZ 1143, Bakı, H.Cavid pr., 115
Xülasə. Vaxtilə Lənkəran ovalığı başdan-başa hirkan tipli meşələrlə örtülü olmuşdur. Antropogen təsirlər nəticəsində bu meşələr məhv edilərək seliteb və aqrolandşaftlarla (çay plantasiyaları, naringi bağları və kənd təsərrüfatı sahələri) əvəz olunmuşdur. Hirkan Milli Pakrı istisna olmaqla ovalıqda meşə ekosistemləri qalıqları tək-tək və ya qrup halında pozulmuş vəziyyətdə qalmış şabalıdyarpaq palıd, qafqaz vələsi, qismən dəmirağacdan ibarətdir. Meşənin nisbətən az pozulmuş halda qalıqları türbələrdə, qəbirsanlıqlarda da qalmışdır. Buradakı ağaclıqlar əsasən çoxyaşlı və yüksək gövdəli azatağac və şabalıdyarpaq palıddan təşkil olunmuşdur. Tək-tək və qrup şəklində həmişəyaşıl hirkan şümşadı kollarına rast gəlinir. Məqalədə Lənkəran ovalığında meşə ekosistemlərinin müasir vəziyyəti, antropogen transformasiyasının səbəbləri və əsas istiqamətləri (pozulması, dəyişilməsi, məhv edilməsi) təhlil edilir. Türbələrdə, qəbristanlıqlarda, Hirkan Milli Parkında mövcud olan ağaclıqların, ovalığın ayrı-ayrı sahələrində pozulmuş halda olan meşə qalıqlarının və meşə əkinlərinin xarakteristikası verilir.
Açar sözlər: meşə, ağaclıq, doluluq, deqradasiya, dəmirağac, şabalıdyarpaq palıd, azatağac
ƏDƏBİYYAT
- Yusifov E.F., Hacıyev V.C. Hirkan biosfer rezervatı. El-Alliance. Bakı, 2004, 168 s.
- Xəlilov M.Y. Lənkəran təbii vilayətinin bitki örtüyü. Azərbaycan Respublikasının coğrafiyası. III cild. Regional coğrafiya. Bakı, 2015, s.308-315.
- Гроссгейм А.А. Флора Талыша. Изд. Аз.ССР. 1926, 273 с.
- Прилипко Л.И. Лесная растительность Азербайджана. Изд. АН. Азерб. ССР. Баку, 1954, 485 с.
- Сафаров И.С. Важнейшие древесные реликты Азербайджана. Баку, 1962, 312 с.
Çapa qəbul olunub: 27 yanvar 2020