LƏNKƏRAN-ASTARA İQTİSADİ RAYONUNUN KƏND TƏSƏRRÜFATININ ƏRAZİ TƏŞKİLİNİN MÜASİR PROBLEMLƏRİ
N.Ə.Paşayev, H.Ə.Yunuszadə
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. AZ 1143, Bakı ş., H.Cavid pr. 115
DOI: 10.59423/gnr.2023.55.91.011
X ü l a s ə
Məqalə Lənkəran-Astara iqtisadi rayonunun kənd təsərrüfatının ərazi təşkilinin müasir problemlərinin tədqiqinə həsr edilmişdir. İqtisadi rayonda kənd təsərrüfatının ərazi təşkilinin metodoloji əsasları araşdırılmış, statistik materiallar əsasında müvafiq cədvəllər və xəritə hazırlanmışdır. Regionda kənd təsərrüfatının səmərəli ərazi təşkilinin inkişafına təsir göstərən təbii-coğrafi şərait və iqtisadi amillər təhlil olunmuşdur. Dövlət proqramlarında (2014-2018 və 2019-2023-cü illər) regionda aqrar sektorun əsas inkişaf meylləri və bu sahədə aqroparkların və müasir iri fermer təsərrüfatlarının yaradılmasının üstünlüklərinin mühüm əhəmiyyət kəsb etməsi əksini tapmışdır. Tədqiqat ərazisində kənd təsərrüfatının müasir vəziyyəti və perspektivləri təhlil edilməklə, qarşıya qoyulan əsas məqsəd və vəzifələrin yerinə yetirilməsinə nail olunmuşdur. Regionun kənd təsərrüfatında və onun emal müəssisələrdə qarşıya çıxan problemlərin düzgün həll edilməsi üçün statistik, sistemli yanaşma, riyazi analiz, kartoqrafik və digər metodlardan istifadə edilməklə, müvafiq tövsiyələr hazırlanmışdır.
Açar sözlər: kənd təsərrüfatı, ərazi təşkili, təbii və iqtisadi amillər, məşğul əhali, bitkiçilik, heyvandarlıq, aqrar sektor.
ƏDƏBİYYAT
- Azərbaycan Respublikası Aqroiqlim atlası. Bakı. 1993, 104 səh.
- Azərbaycanda ətraf mühit. Statistik məcmuə. Bakı-2021, 140 səh.
- Azərbaycanın demoqrafik göstəriciləri ARDSK-nin materialları. Bakı-2021, 560 səh.
- Azərbaycanın kənd təsərrüfatı. ARDSK-nin materialları. Bakı-2021, 774 səh.
- Azərbaycanın regionları. ARDSK-nin materialları. Bakı-2021, 844 səh.
- Azərbaycan Respublikasının Coğrafiyası “Regional coğrafiya” III cild. Monoqrafiya. Bakı, 2015. 400 səh.
- Иманов Ф.А. Водные ресурсы и их использование в трансграничном бассейне р. Куры / Ф.А.Иманов. – С.Петербург, 2016, 163 с..
- Məmmədov Q.Ş. Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları. Bakı-“Elm” nəşriyyatı, 2007. 856 s.
- Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. Bakı: Maarif, 1998, 400 səh.
- Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s.
- “Regionların sosial-iqtisadi inkişafı” (2014-2018). Statistik məcmuə. Bakı-2019, 676 səh.
- “Regionların sosial-iqtisadi inkişafı” (2019-2023). Statistik məcmuə. Bakı-2021, 728 səh
- Azərbaycan Respublikasının Prezidentinin rəsmi veb səhifəsi. (01.05.2023), mənbə: https://president.az/az/articles/view/25100.
Çapa qəbul olunub: 18 may 2023
Məqaləni yüklə
Paşayev N.Ə., Yunuszadə H.Ə. Lənkəran-Astara iqtisadi rayonunun kənd təsərrüfatının ərazi təşkilinin müasir problemləri. Coğrafiya və təbii resurslar, №1 (19), 2023, səh. 75-84.