KÜR ÇAYININ AŞAĞI AXARINDA SƏVİYYƏ REJİMİNİN TƏNZİMLƏNMƏSİ
Ə.Ş.Məmmədov*, E.B.Cavadzadə, A.Ə.Bayramov, Ü.X.Şahməmmədov, D.Ə.Həsənli
“HİDROLOQ” Məhdud Məsuliyyətli Cəmiyyəti
Az 1102, Bakı şəhəri, Tbilisi pr.
[email protected]
Xülasə
Məqalədə qlobal iqlim dəyişiklikləri və Kür çayından götürülən su həcminin artması fonunda, çayın Yevlax-Neftçala hissəsində yerləşən yaşayış məntəqələrinin və sənaye sahələrinin su təminatında yaranmış problemler araşdırılmışdır. Dünyada baş verən qlobal iqlim dəyişikliyi Azərbaycan ərazisində də ciddi şəkildə hiss olunur. Qonşu ölkələrdə suya olan tələbatın artmasını nəzərə alınmaqla yaxın zamanlarda Kür və Araz çayları vasitəsilə respublika ərazisinə daxil olan su ehtiyatının da kəskin azalacağı gözlənilir. Son zamanlar baş verən uzun müddətli quraqlıq və suvarmaya tələbatın artması nəticəsində Kür çayının aşağı axarına buraxılan ekoloji axımın da qiyməti kəskin azalmışdır. Bütün bu fəsadların nəticəsi olaraq 2019–2021-ci illərin yay aylarında dəniz suyunun çayın məcrasına daxil olaraq Salyana qədər irəliləməsi baş vermişdir.
Kür çayının məcrasında yaranmış bu hidroloji fəlakət ətraf kəndlərin və əkin sahələrinin su təminatında ciddi problemlər yaratmışdır. Məqalədə Kür çayının aşağı axarında baş verən hidroloji proseslər və çaydan tələb olunan həcmdə suyun götürülməsini təmin edə biləcək mühəndisi tədbirlər araşdırılmışdır.
Açar sözlər: su təminatı, çay, su ehtiyatları, su anbarı, şlüz, məcra, iqlim.
ƏDƏBİYYAT
1. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Kon-vensiyasına AR-nın ikinci milli məlumatı. Bakı, 2010, 68 səh.
2. Qarayev N.Ə., Rəcəbov R.F., Abbasov S.A. Kür çayının axımı və Mingəçevir su anbarının nizam-lama qabiliyyəti. Jurnal-Su problemləri: Elm və tex-nologiyalar №1(15), 2020. səh. 60–79. 3. Гидрология устьевой области Куры. Л.: Гидрометеоиздат. 1971, 323 с.
4. Ибадзаде Ю.А. Наносный режим рек. М. Стройиздат, 1989, 323 с.
5. Ибадзаде Ю.А. Опыт борьбы с навод-нениями. Баку, Изд-во Академии сельско-хозяйственных наук, 1960, 208 с.
6. Рустамов С.Г., Кашкай Р.М. Водные ресурсы Азербайджана. Баку: Элм, 1989, 184 с.
7. СНиП 2.06.03-85 Госстрой России. М.: ГУП ЦПП, 2015, 60 c.
8. Угинчус А.А. Каналы и сооружения на их. Москва 1953, 392 с
9. Фатуллаев Г.Ю. Современные изменения водных ресурсов и водного режима рек Южного Кавказа (в пределах Каспийского бассейна). Баку: 2002, 167 с.
Çapa qəbul olunub: 20 may 2022
Məqaləni yüklə