Coğrafiya və təbii resurslar

KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACI MÜASİR LANDŞAFTLARININ TƏBİİ STRUKTURUNUN FORMALAŞMA XÜSUSİYYƏTLƏRİ

F.Z.Zamanov

 

Xülasə. Məqalədə Kiçik Qafqazın şimal-şərq yama­cının dağ və düzənliklərinin müasir landşaftlarının strukturunun formalaşmasından bəhs edilir. Tədqiqatlar zamanı məlum olmuşdur ki, dağlıq ərazi relyefinin tə­kamülü zamanı çay dərələrinin, denudasiya və akku­mul­yasiya sahələrinin yenidən qurulması ən yeni tektonik hərəkətlərin təsiri ilə idarə olunmuşdur. Əlverişli relyef şəraitinə malik olan çayarası hamar suayrıcılarda in­san­ların çoxəsrlik təsərrüfat fəaliyyətinin təsiri nəticəsində alçaq, orta və yüksək dağlığın meşə landşaftlarının məhv edilməsi açıq sahələrdə yüksək dağlığın çə­mən­liklərinin orta dağlığın çəmən çölləri və aşağı dağlığın çölləri ilə birbaşa təmasına və burada spesifik torpaq-bitki örtüyünün yaranmasına səbəb olmuşdur. Ayrı-ayrı ərazilərdə təcrid olunmuş şəkildə meşə komplekslərinə daha dik yamaclarda, həmçinin keçilməz çay dərələ­rin­də rast gəlinir. İnsanların təsərrüfat fəaliyyətinin təsiri ilə meşənin yuxarı sərhədi əhəmiyyətli dərəcədə aşağı düşmüş və ya landşaft ayrıcı funksiyasını itirmişdir. Kiçik Qafqazın şimal-şərq yamacında alçaq dağlığın meşələri tamamilə məhv edilmiş və bu səbəbdən də bir çox ərazilərdə on­ların qurşaq əmələgətirmə xüsusiyyəti pozulmuşdur. Hətta iqlimdə baş verən quraqlaşmanın təsiri ilə çay də­rə­ləri boyunca arid-denudasiya prosesləri sərhədini al­çaq dağlığa doğru xeyli irəlilətmiş, eroziyanın intensiv artması və geniş ərazidə tədricən əraziyə xas olmayan  bedlend landşaftların inkişafına səbəb olduğu müəyyən edilmişdir.

Açar sözlər: landşaft, strukturlar, alp çə­mən­likləri, çöllər, meşədənsonrakı landşaftlar.

 

ƏDƏBİYYAT

  1. İsmayılov M.C. Landşaftların fəaliyyət intensiv­li­yinin onun məhsuldarlığına təsirinin öyrənilməsi (Kiçik Qafqazın şimal-şərq yamacı timsalında). Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri VII cild, Dağlıq öl­kə­lərinin müasir ekoloji-coğrafi problemləri, Bakı, 2001, s. 27-33.
  2. Будагов Б.А. Современные естественные ланд­шафты Азербайджанской ССР, Баку «Элм», 1988, 135 с.
  3. Будагов Б.А., Гарибов Е.А. Основные за­дачи конструктивного ландшафтоведения. В кн. Опти­ми­зация, прогноз и охрана природной среды. Москва, 1986, с. 96-98.
  4. Исмаилов М.Дж. Геоэкологическое состояние ландшафтов межгорных котлован в условиях регио­нальных климатических изменений. Глобальные климатические изменения: региональные эффекты, модели, прогнозы. Материалы международной на­учно-практической конференции, том 2, Воронеж, 2019, с. 76-79
  5. Микаилов М.А. Формирование и развитие ландшафтов в связи с новейшей тектоникой (на при­мере Восточного Закавказья). Материалы V съезда, геогр. об-ва Азербайджанской ССР, Баку «Элм, 1986».

 

Çapa qəbul olunub: 15 dekabr 2021

Məqaləni yüklə