KİÇİK QAFQAZIN QƏDİM ÇAY DƏRƏLƏRİNİN DÖVRÜ TƏKAMÜLÜ VƏ ONLARIN TƏTBİQİ ƏHƏMİYYƏTİ (Azərbaycan timsalında)
R.S.Abdullayev, M.F.Umudova
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Kiçik Qafqazın müasir çay-dərə sistemi iki böyük geoloji planasiya dövrünü (Yura-Eosen, Oliqosen-Pleystosen) yaşamış, Neotektonik mərhələdə dörd əsas epoxa üzrə inkişaf edərək (Maykop, Sarmat, Balaxanı əsrləri və müasir planı) endogen və ekzogen proseslərin birgə, qarşılıqlı və dövrü fəaliyyətinin məhsulu kimi formalaşmış, müasir planını uzun geoxronoloji dövr ərzində almışdır. Bütünlükdə Kiçik Qafqaz meqaantiklinoiumunun müxtəlif hissələrində butun inkişafı tam müəyyən edilməmiş, amma nişanələri aydın görünən çoxsaylı paleo çay-dərə sisteminin qalıqları mövcuddur.Məqalədə bu qeosistemin təkamülü dövrü inkişaf tarıxindən, geosistemdə müxtəlif mərhələlər üzrə dəyişilməyə məruz qalan relyefi formalaşdıran qədim çay şəbəkəsinin fəaliyyətindən, inkişafından, onun miqrasiyasından və bunların öyrənilməsinin səpinti faydalı qazıntıların (yataq, təzahür, nisanə və s.) axtarışı tədbirlərinin planlaşdırılması zamanı tətbiqi əhəmiyyətindən bəhs edilir.
Açar sözlər: Geoxronoloji dövrlər, Neotektonik mərhələ, çay dərəsi, geomorfologiya, Kiçik Qafqaz
ƏDƏBİYYAT
- Абдуллаев Р.С. Морфоструктурные условия развития речных долин Мaлого Кавказа / Баку, Элм, Матер. У съезда Геогр. Общ. Азерб.ССР, 1985
- Антонов Б.А. Основные этапы истории развития рельефа юго-восточного Закавказья (в пределах Азербаджана)./ Труды Азерб. Геогр. Общ., Баку, 1960
- Гаджиев В.Д. Перспективные участки россыпиобразования и характеристика рыхлых отложений междуречья Тертерчая и Каркарчая. / Мат. У съезда Геогр.Общ. Азерб. Баку, «Элм», 1985. с. 55-57
- Кулузаде В.А., Абдуллаев Р.С. Морфоструктуры северо-восточной части Малого Кавказа и их классификация (междуречье Дзегамчай и Кюракчай). // Изв. АНАз ССР, Сер. Наук о Земле, 1983, № 3, с. 52-57
- Танрывердиев Х.К. «Геоморфология бассейна р.Акера» Автореф. канд. дисс. Баку, 1986.
- Халилов Г.А. О связи гидрографической сети с разрывной тектоникой и использование ее при поисках местораждений полезных ископаемых (на примере междуречья Таузчая и Храми северо-восточного склона Малого Кавказа) // Cер.Наук о Земле, Баку, 1975, № 5 с. 31-35
- Халилов Г.А. Морфоструктурный и палеогеоморфологический анализ и поисковое значение изучения рельефа на примере восточной части Малого Кавказа. Автореф. докт. дис. Баку, 2004
- Ширинов Н.Ш., Кулиев Р.Я., Танрывердиев Х.К. «Геоморфология долины р.Акера (Малый Кавказ)» / Уч.зап. АГУ, сер.геолого географических наук, № 5, 1967, с.48-54
- Шихалибейли Э.Ш. Геологическое строение и история тектонического развития восточной части Малово Кавказа. (Тектоническая структура и магматизм). Том П, изд. АН Азерб.ССР, Баку, 1966
Çapa qəbul olunub: 01 mart 2021
Məqaləni yüklə