Coğrafiya və təbii resurslar

KƏND TƏSƏRRÜFATINDA İSTİFADƏ EDİLƏN DAĞ-QARA TORPAQLARININ FİZİKİ-KİMYƏVİ TƏDQİQİ

M.N.Sadiq

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AZ1073, Bakı, M.Rahim k. 5.

[email protected]

X ü l a s ə

Tədqiqat işində dağ-qara torpaqların əsas fiziki-kimyəvi göstəriciləri (üzvi karbon, ümumi azot, pH, qranulometrik tərkib və mənimsənilən Ca, Mg, K və Fe) müxtəlif təsərrüfat yerləri (kartof, buğda, kələm, çuğundur və yerkökü) üzrə müqayisəli təhlil olunmuşdur. Tədqiq olunan torpaqlarda üzvi karbonun miqdarı təbii biçənək sahələrlə müqayisədə müxtəlif bitkilərin becərilməsi ilə əlaqədər olaraq iki dəfə azalmışdır. Analoji hal ümumi azotun miqdarıına da özünü aşkar göstərmişdir. Təsərrüfat yerindən asılı olmayaraq həm əkin qatında (0-20 sm), həm də əkinaltı qatda (20-40 sm) baxılan qida ele­ment­lə­rinin konsentrasiyası Ca>Mg>K>Fe ardıcıllığı ilə paylanmaşdır. Lakin, bu qi­da elementlərinin ən yüksək konsentrasiyası təbii biçənək sahələrdə müşahidə olunmuşdur və baxılan bitkilər altında isə nəzərəçarpacaq dərəcədə azalsa da orta dərəcədə təmin olunmuşdur. Kələm bitkisi altında əkin qatında K-un miqdarı uyğun əkinaltı qatdan təxminən 8 dəfə az olması aşkar edilmişdir. Müxtəlif bitkilərin monokulturası altında torpaqda təkcə qida elementlərinin azalması yox, eyni zamanda qranulometrik tərkibində də fərqlər aşkar edil­mişdir. Belə ki, becərilən torpaqların əkin qatında gil fraksiyasının miqdarının əkialtı qatla və eyni zamanda təbii biçənək sahələrlə müqayisədə az olması müəyyən edilmişdir. Uyğun olaraq, qum fraksiyasının qismən yüksək olması aşkar edilmişdir.

Açar sözlər:

üzvi karbon, reqressiya, qida elementləri, pH, qranulometrik tərkib, statistik analiz.

 

ƏDƏBİYYAT

  1. Aslanov H.Ə., Hacıyeva G.İ. Dağ-qara tor­paq­larda gübrələrin kələm məhsulu ilə torpaqdan qida mad­dələrinin aparılmasına təsiri. Azərbaycan Torpaq­şü­nas­lar Cəmiyyətinin Əsərlər Toplusu, Cild XV, 2019, səh. 437-440.
  2. Babayev M.P., Həsənov V.H və b. Torpaq deq­radasiyası (metodik tövsiyyə), “Elm”, Bakı, 2003, 44 s.
  3. Bağırova B.C., Bağırov H.C. Kartof bitkisi al­tında yuyulmuş dağ-qara torpaqlarda mineral və üzvi gübrələrin qida maddələrinin dinamikasına təsiri. Azər­baycan Torpaqşünaslar Cəmiyyətinin Əsərlər Toplusu, Cild XV, 2019, səh. 516-519
  4. Chatterjee R., Jana J.C., Paul P.K. Enhan­ce­ment of head yield and quality of cabbage (Bras­si­caoleracea) by combining different sources of nutrients. Indian Journal of Agricultural Sciences, 82(4), 2012, p. 323-327.
  5. Ələkbərov K.Ə. Azərbaycanda torpaq ero­ziya­sı və onunla mübarizə. “Azərb.SSR EA Nəşriyyatı”, Ba­kı, 1961, 218 s.
  6. Hazelton P.A., Murphy B.W. Interpreting soil test results: what do all the numbers mean?. “CSIRO Publishing”, Melbourne, 2007, 169 p.
  7. Xəlilov T. A. Zəyəmçay hövzəsində dağ-boz­qır və kserofil meşə torpaqlarında bioloji dövran və kim­yəvi elementlərin miqrasiyası. k.t.e.n. dissert. Avto­refe­ratı, Bakı, 1970, 24 s.
  8. Malecka I., Blecharczyk A., Sawinska Z., Dob­rzeniecki T. The effect of various long-term tillage sys­tems on soil properties and spring barley yield. Turkish Journal of Agriculture, 36, 2012, p. 217-226.
  9. McKenzie N.J., Jacquier D.J., Isbell R.F., Brown K.L. Australian soils and landscapes: an illu­stra­ted compendium. “CSIRO Publishing”, Collingwood, Victoria, 2004, 432 p.
  10. Mehlich, A. Mehlich 3 soil test extractant: A modification of Mehlich 2 extractant. Communications in Soil Science and Plant Analysis, 15, 1984, p. 1409–1416.
  11. Məmmədov E.E. Müxtəlif təsərrüfat sahələri üzrə torpaq fiziki-kimyəvi göstəricilərinin müasir sta­tis­tik təhlili (Kiçik Qafqazın ortadağlıq timsalında). Azər­baycan Torpaqşünaslar Cəmiyyətinin Əsərlər Toplusu, Cild XV, 2019, səh. 100-105.
  12. Məmmədov E.E., Qələndərov Ç.S. Kiçik Qaf­qaz torpaqlarında torpağın mühit reaksiyasını su və duz məh­lullarında əlaqələndirən model. Bakı Döv.Uni. “Xə­bərlər”, Cild XVI, 2019, səh. 86-91.
  13. Nelson D.W., Sommers L.E. Total carbon, or­ganic carbon, and organic matter. In: C.A. Black, editor, Methods of soil analysis. Part 3. Chemical methods. “ASA and SSSA”, Madison, WI, 1996, p. 961–1010.
  14. Neugschwandtner R.W., Liebhard P., Kaul H.P., Wagentrist H. Soil chemical properties as affected by tillage and crop rotation in a long-term field ex­pe­ri­ments. Plant and Soil Environment, 60(2), 2014, p. 57–62.
  15. Ramos M.E., Robles A.B., Sanchez-Navarro A., Gonzalez-Rebollar J.L. Soil responses to different management practices in rainfed orchards in semiarid environments. Soil and Tillage Research, 112(1), 2011, p. 85–91.
  16. Sadiq M.N., Məmmədov E.E. Dağlıq zona kənd təsərrüfatı istifadəsində olan torpaqların fiziki-kimyəvi və münbitlik göstəriciləri arasındakı əlaqələrin xarakteristikası. Torpaqşünaslıq və Aqrokimya, 23(1-2), 2018, səh.130-136.
  17. Salayev M.E., Babayev M.P., Cəfərova Ç.M., Həsənov V.H. Azərbaycan torpaqlarının morfo-genetik profili (azərb. və rus dillərində). “Elm”, Bakı, 2004, 202 s.
  18. Салаев М.Э. Почвы Малого Кавказа. “Изд. АН Азербайджанской ССР”, Баку, 1966, 326 с.

 

Çapa qəbul olunub: 05 oktyabr 2021

Məqaləni yüklə