İŞĞALDAN AZAD OLUNMUŞ QARABAĞIN EKOSİSTEMLƏRİ VƏ COĞRAFİ ADLARININ TƏHLİLİ
Ş.K.Əzizov
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Məqalə işğaldan azad olunmuş Qarabağın ekosistemlərinin və toponimlərinin öyrənilməsinə həsr olunmuşdur. Azərbaycan xalqı əldə olunmuş zəfərlə Qarabağ bölgəsində öz tarixi hüquqlarını, ədaləti və beynəlxalq qanunları bərpa etdi. XVIII əsrin əvvəlindən başlayaraq azərbaycan türklərinə qarşı yönəlmiş millətçilik siyasətinin təşkilatçıları ermənilərdən istifadə edərək həm gizli, həm açıq formalarda təcavüzkar siyasəti həyata keçirmişdilər.
İşğal olunmuş ərazilərdə erməni qəsbkarları ətraf mühitə, bioloji və landşaft müxtəlifliyinə vurduqları yaralar o dərəcədə şiddətli və dərindir ki, onların sağalması hələ uzun illər davam edəcəkdir. Ermənilər işğal olunmuş ərazilərdə ekoloji terror (ekosid) apararaq qoruqları, yasaqlıqları, fauna və floranı talan ediblər, endemik, relikt və nəsli kəsilməkdə olan növləri məhv etməyə çalışıblar.
İşğal dövründə Qarabağ və ətraf rayonlarda azərbaycan-türk mənşəli tarixi-coğrafi adlar (toponimlər) üçün təhlükəli risklər yaranmışdır. XX əsrin 30-cu illərindən başlayaraq erməni millətçiləri tarixi Azərbaycan torpaqlarında (Qərbi Azərbaycan, Qarabağ və s.) türk-azərbaycan coğrafi adları kütləvi şəkildə dəyişdirməyə başladılar və nəticədə 15 mindən çox türk etimologiyasına aid coğrafi adlar (makro, mezo və mikrotoponimlər) toponimik soyqırıma məruz qaldılar.
Açar sözlər: təcavüzkar siyasət, deportasiya, soyqırım, etnik təmizləmə, ekoloji terror (ekosid), kartoqrafik-toponimiya təcavüzü, coğrafi adların erməniləşdirilməsi
ƏDƏBİYYAT
- Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi (Azərbaycan Dövlət Tarix Arxivinin sənədləri). Bakı, 2012. Sənəd №4, 7, 8, 18, 20, 21.
- Əzizov Ş.K. Azərbaycana qarşı kartoqrafik-toponimiya müharibəsinin tarixi-coğrafi aspektləri. // “Elm”q., №04 (1266), 29.01.2021, s.5.
- İslam Sadiq. Armenierin in Deutshland. Baku, 2009 (alman dilində).
- Азизов Ш.К., Шукюров К.К., Аббасова М.А. О топонимических и картографических аспектах переселения армян на Кавказ.// Вестник НАНА, том 2, №1, Март 2015. С.35-42.
- Алиев Д.А., Будагов Б.А. Турки, азербайджанцы, армяне: геноцид исторической правды. Баку: Изд-во «Азербайджан», 2003. 72 с.
- Аракелян Б.Н., Агаян Ц.П., Парсамян В.А. История армянского народа. Ереван, 1988.
- Армяно-русские отношения в первой трети XVIII века. Т.2, часть 1. Ереван, 1964.
- Атлас Нагорно-Карабахской республики, 2009. https://www.ebay.com/itm/Nagorno-Karabakh-Artsakh-Atlas-/363195185025.
- Будагов Б.А., Аббасова М.А., Азизов Ш.К. и др. О картографической агрессии на азербайджанские топонимы в Армении. // Известия НАНА, сер. Науки о Земле, №2, 2006. С.95-99.
- Вердиева Х., Гусейн-заде Р. «Родословная» армян и их миграция на Кавказ с Балкан. Баку: Елм, 2003, 168 с.
- Глинка С. Описание переселения армян Азербайджанских в пределы России. М., 1831.
- Грибоедов А.С. Записка о переселении армян из Персии в наши области. Соч. в 2 т., т.2. М.: Правда, 1971, с.339-341.
- Ислам Садыг, Периназ Садыглы. Возрождение идеи и создание армянского государства. // Ж. «Литературный Азербайджан», №11, 2020. С. 9-18.
- Мамедов Р.М., Азизов Ш.К. Топонимическая агрессия армян и как она разоблачается старинными картами. // “Coğrafiya və təbii resurslar”, Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri, №1 (13), 2021. С. 3-10.
- Свод статистических данных о населении Закавказского края, извлеченных из поименных списков. 1866 г. Тифлис, 1893.
- Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. СПб., 1911 (репринт. изд.). Баку, 1990.
- Шопен И. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Русской империи. СПб., 1852.
Çapa qəbul olunub: 15 dekabr 2021
Məqaləni yüklə