İRAN İSLAM RESPUBLİKASI ƏRDƏBİL OSTANLIĞININ TƏHLÜKƏLİ ATMOSFER HADİSƏLƏRİ
B.M.Bahari
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Bitkilərin inkişafına və həyat fəaliyyətinə təsir göstərən iqlim amillərinin toplusu kimi aqroiqlim ehtiyatlarını qiymətləndirərkən bu bitkilərin təhlükəli atmosfer hadisələri, rütubət və digər amillərin öyrənilməsinin kəmiyyət göstəricilərinin təyin edilməsi olduqca zəruri məsələlərdəndir. İstər bitkilərin aqroiqlim ehtiyatlarına olan təlabatı, istərsə də bütövlükdə hər hansı bir coğrafi ərazinin aqroiqlim ehtiyatlarının qiymətləndirilməsi aqroiqlimşünaslıq elminin əsas tədqiqat istiqamətlərindən biridir. Məqalədə Ərdəbil ostanlığının təhlükəli atmosfer hadisələrinin təhlili və kənd təsərrüfatı sahələri üçün əlverişli göstəricilər araşdırılmışdır. Xüsusi olaraq aqroiqlim rayonlaşdırılması aparılarkən dolu, şaxta, ildırım və qasırğalı günlərin cəmindən əsas göstərici kimi istifadə olunmuşdur. Məqalədə ən önəmli atmosfer parametrlərinin təsirləri praktik olaraq araşdırılmış və bölgə əkinçiliyinin istəklərini qarşılayacaq elmi metodlar tətbiq olunmuşdur. Belə ki, mövcud meteoroloji stansiyaların məlumatları əsasında ərazidə əsas təhlükəli hadisələr – quraqlıq, ağ yel, dolu, güclü küləklərin təkrarlanması və paylanması tədqiq edilib və onların mənfi təsirini yumşaltmaq üçün təkliflər verilmişdir.
Açar sözlər: Ərdəbil ostanı, təhlükəli atmosfer hadisələri, aqroiqlim ehtiyatları, dolu, şaxta, ildırım, qasırğa.
ƏDƏBİYYAT
1 Azərbaycan bölgəsinin ərazi aidiyyəti / İranın milli fiziki planının öyrənilməsi, № 401. Tehran: 1994, s. 110-140 (fars)
2 Boroumand S. Meşkin şəhərinin quraqlığı üzrə statistik və sinoptik təhlil // Ərdəbil ostanının milli konfransında təqdim edilən məqalələr məcmuəsi. Ərdəbil: 2005, s. 80-105 (fars)
3 Mahdavi M. Coğrafiya elmində statistika və analiz metodları və datanın təyin edilməsi. Tehran: 1998, s. 220-222 (fars)
4 Meteoroloji statistika, Ərdəbil ostanının meteoroloji təşkilatı (Muğan bölgəsi), Parsabad şəhərinin sinoptik stansiyasında qeyd edilən statistika (1984-2000). Tehran: 2006, s. 135-140 (fars)
5 Milli meteoroloji təşkilatı, Kuanta, 1975. İranın 15 tarla bitkisi üzərində aqro-iqlim araşdırmalar, Milli Meteoroloji Nəşriyyatı. Tehran: s. 90-98 (fars)
6 Nasiri V. Ərdəbil ostanında atmosferik vəziyyətlərin sinoptik təhlili, 2004-cü il. Tabriz: 2005, s. 124-128 (fars)
7 Sobhani B. GIS mühitində peyk şəkillərindən istifadə edərək Ərdəbil ostanının aqro-klimatoloji rayonlaşdırması. Təbriz: 2005, 160 s.
Çapa qəbul olunub: 30 avqust 2020
Məqaləni yüklə