İRAN İSLAM RESPUBLİKASI ƏRDƏBİL OSTANININ RÜTUBƏTLƏNMƏ ŞƏRAİTİNİN TƏDQİQİ
B.M.Bahari
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr., 115
X ü l a s ə
Ərdəbil ostanında ən mühüm iqlim göstəricisi olan və ostanın iqtisadi inkişafında mühüm rol oynayan amillərdən biri yağıntı rejimidir. Çünki yağıntının kənd təsərrüfatı istehsalı üçün ən əsas su qaynağı olduğunu nəzərə alsaq, onun xüsusiyyətlərini və əsas göstəricilərini öyrənmək vacib şərtlərdən biridir. Məqalədə biz yağıntının üç əsas xüsusiyyəti: yağıntının miqdarını, təkrarlanma dərəcəsini və intensivliyini tədqiq etmişik. Bununla yanaşı, Ərdəbil ostanında kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar tərtib olunan proqramlarda da əsas və vacib faktorlardan biri sayılan bu xüsusiyyətlərin kəmiyyəti zaman və məkandan asılı olaraq dəyişikliyə məruz qalmışdır. Məhz bu baxımdan, biz Ərdəbil ostanında yağıntı rejimi ilə bağlı olaraq ostanın rütubətlənmə şəraitini tədqiq etmişik.
Açar sözlər: Ərdəbil ostanı, iqlim, yağıntı, rütubətlənmə, sinoptik stansiya.
ƏDƏBİYYAT
- Azərbaycan bölgəsinin ərazi aidiyyəti / İranın milli fiziki planının öyrənilməsi, № 401. Tehran: 1994, s. 110-140 (fars).
- Boroumand S. Meşkin şəhərinin quraqlığı üzrə statistik və sinoptik təhlil // Ərdəbil ostanının milli konfransında təqdim edilən məqalələr məcmuəsi. Ərdəbil: 2005, 80-105 (fars).
- Hounam C.E. Meteorological factors affecting comfort with special reference to Alice Springs, Australia, 1967, International journal of, biometeorology, vol., 11, n.2, http://dictionary.reference.com/browse/geography/
- Mahdavi M. Coğrafiya elmində statistika və analiz metodları və datanın təyin edilməsi. Tehran: 1998, s. 220-222 (fars).
- Meteoroloji statistika, Ərdəbil ostanının meteoroloji təşkilatı (Muğan bölgəsi), Parsabad şəhərinin sinoptik stansiyasında qeyd edilən statistika (1984-2000). Tehran: 2006, 135-140 (fars)
- Milli meteoroloji təşkilatı, Kuanta. İranın 15 tarla bitkisi üzərində aqro-iqlim araşdırmalar, milli meteoroloji nəşriyyatı. Tehran: 1975, s. 90-98 (fars).
- Nasiri V. Ərdəbil ostanında atmosferik vəziyyətlərin sinoptik təhlili, 2004-cü il. Tabriz: 2005, s. 124-128 (fars).
Çapa qəbul olunub: 05 oktyabr 2021
Məqaləni yüklə