Coğrafiya və təbii resurslar

İQLİM DƏYİŞMƏLƏRİNİN ABŞERON YARIMADASININ YAĞINTI REJİMİNƏ TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

C.S.Hüseynov

“Azərbaycan Hava Yolları” QSC, Azəraeronaviqasiya HHİ

AZ-1044, Bakı şəh., Zabrat qəs. Zabrat hava limanı

[email protected]

X ü l a s ə

Regional iqlim dəyişmələri Yer kürəsinin bütün regionları kimi Cənubi Qafqazda da öz təsirini göstərməkdədir. Azərbaycan Respublikası regionun mürəkkəb relyefə malik bölgələrindəndir. Buna görə də, iqlim dəyişmələrinin tədqiqini ayrı-ayrı regionlar üzrə aparılması labüddür. Tədqiqat işində Ab­şeron yarımadası və ətrafında olan adalarda iqlim dəyişmələrinin temperatur və yağıntı rejiminə təsiri araşdırılmışdır. Təhlillərdə 1991-2020-ci illərin tem­peratur və yağıntı müşahidə məlumatlarından istifadə edilmişdir. Riyazi-sta­tistik təhlilərin nəticələri, 1961-1990-cı illərin eyniadlı göstəriciləri ilə mü­qayisə edilmişdir. Tədqiqat 1961-1990-cı illərlə müqayisədə, 1991-2020-ci il­lərdə yarımadanın orta illik temperatur rejimində 0.70C artım olduğunu mü­əyyən etmişdir. Bu göstərici 1991-2005, 2006-2020-ci illərdə bir-birindən fərqlən­mişdir. Həmçinin bölgədə yağıntı miqdarının aylıq, fəsillik və illik gös­tə­ricilərində nəzərə çarpacaq dəyişiklər olmuşdur. Bu dövr ərzində ya­rı­ma­dada yağıntının miqdarı artmış, onun arxipelağında azalmışdır. Qışın əvvəl­ləri, ya­zın sonu və payızın əvvəllərində yağıntı artımı, yazın əvvəli, yay və payızın sonlarında azalma mövcüd olmuşdur.

Açar sözlər:Qlobal iqlim dəyişmələri, tendensiya, orta illik temperatur, yağıntı miqdarı,  mitiqasiya, arxipelaq, tendensiya

 

ƏDƏBİYYAT

  1. Abdullayev V.R. Azərbaycanın Xəzəryanı əra­zi­lərində atmosfer yağıntılarının paylanması. Azər­baycan coğrafiya cəmiyyətinin əsərləri, c. XVII. Bakı, 2015, s. 311-317.
  2. Allahverdiyev Z.S. Xəzər dənizinin Azər­bay­can akvatoriyasında havanın çoxillik temperatur də­yişkənliyi. Coğrafiya və təbii resurslar, №2. 2016 (4). s. 99-102.
  3. Hüseynov N.Ş., Hacıyev A.X. Abşeron yarım­adasında hava temperaturunun müasir dinamikasının qiymətləndirilməsi. Qlobal iqtisadi şərait və Azər­bay­canın iqtisadi-coğrafi mövqeyi mövzusunda Respublika elmi-praktiki konfransının materialları. Bakı, BDU 2017. səh. 285-290.
  4. Xəlilov S.H., Səfərov S.H. Azərbaycan Res­publikasında havanın temperaturunun və atmosfer ya­ğıntılarının aylıq və illik normaları (1691-1990-cı illər). Bakı, 2001. 229 s.
  5. İmanov F.Ə. Hidrometeorologiyada statisik metodlar. Bakı, 2011, 272 s.
  6. Mahmudov R.N. Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr. Bakı, 2018. 232 s.
  7. Məmmədov R.M. Xəzər dənizinin hidro­me­teorologiyası. Bakı, Avropa, 2013. 176 s.
  8. Səfərov S.H., Hüseynov C.S., İbrahimova İ.V. Azərbaycan Respublikasının Xəzər sahili ərazilərində uzunmüddətli temperatur dəyişmələrinin xüsu­siyyət­lərinin təhlili. MAA-nın Elmi Əsərləri, №1. Bakı, 2018. s. 101-108.
  9. Sultanov V.Z., Hüseynov N.Ş., Səfərov S.H., Quliyev Z.G. 2015-ci il 3-4 dekabrda Xəzər dənizində baş vermiş fəlakətli qasırğa hadisəsinin kompleks təh­lili. Milli Aviasiya Akademiyası elmi əsərləri. №2, Bakı, 2016. s. 46-51.
  10. Будыко М.И. Изменение климата. Гидро­ме­теорологическое издательство. Ленинград, 280 c.
  11. Гусейнов Д. С. Особенности распределения многолетнего температурного режима  на террито­рии Азербайджана. Гидрометеорологические исследования и прогнозы. 2020. №4. с. 110-116. DOI:10.37162/2618-9631-2020-4-110-116.
  12. Budyko M. I. Brower D.R. Global Climate Warming and its Consequence. Blue Planet Prize 1998 Commemorative Lectures. Ecology Symphony. 2002. 30 p.

 

Çapa qəbul olunub: 28 oktyabr 2022

Məqaləni yüklə