GƏNCƏ-QAZAX DÜZÜ VƏ ƏTRAF ƏRAZİ LANDŞAFTLARININ SRTUKTUR-FUNKSİONAL VƏ GENETİK XÜSUSİYYƏTLƏRİ
T.G.Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Ü.Hacıbəyli, 68, Bakı, Səbail, AZ1000
DOI: 10.59423/gnr.2023.64.59.007
X ü l a s ə
Qədim yaşayış məntəqələrinin geniş yayıldığı Gəncə-Qazax düzü və ətraf ərazi geosistemləri təbii, həmçinin antropogen amillərin təsiri ilə dəyişərək, ərazidə yeni strukturlu landşaftların yaranmasına səbəb olmuşdur. Bu səbəbdən Gəncə-Qazax düzü landşaftlarının struktur-funksional və genetik xüsusiyyətlərinin tədqiqi, ərazinin landşaftlarına antropogen amillərin təsir xüsusiyyətlərinin öyrənilməsi qarşıya məqsəd qoyulmuşdur.
Məqalədə Gəncə-Qazax düzü və ətraf ərazi geosistemlərinin landşaftlarının struktur-funksional, o cümlədən genetik xüsusiyyətləri çöl ekspedisiya müşahidələri və kompleks landşaft xəritələşdirilməsi, kosmik şəkillərin deşifrələnməsi, eyni zamanda müasir coğrafi informasiya (CİS) texnologiyaları əsasında tədqiq edilmişdir. Alınmış elmi nəticələrin təhlilindən müəyyən olunmuşdur ki, tədqiqat ərazisində 5 landşaft tipi, 7 landşaft yarımtipi, 55 landşaft növü formalaşmışdır. Landşaft növlərinin yayıldığı ərazilər, relyefin meylliyinə görə növlərin sahə strukturu müəyyənləşdirilmişdir. Müxtəlif struktur-funksional xüsusiyyətlərə malik landşaftların ayrı-ayrı komponentləri dinamiki cəhətdən təhlil edilmişdir. Ümumi sahəsi 5497,4 km2 olan tədqiqat ərazisinin 24,8%-i (1361,5 km2) ekzodinamiki baxımdan yüksək həssaslığa malik gilli və gilli-əhəngdaşlı süxurların üstünlük təşkil etdiyi alçaqdağlığın arid-denudasion landşaftlarından ibarətdir. Məqalədə verilmiş meyllik xəritəsinə əsasən tədqiatat ərazinin geniş hissəsinin 0-50 meylliyə malik sahələrdən ibarət olduğunu görmək mümkündür.
Açar sözlər: landşaft, növ, relyefin meyilliyi, struktur-funksional xüsusiyyət, genetik xüsusiyyətlər.
ƏDƏBİYYAT
- Əhmədova C.N. Müasir iqlim dəyişmələri fonunda Azərbaycanın Ağstafa rayonunda havanın temperaturunun çoxillik dinamikası və gözlənilən trend dəyişmələri, Coğrafiya və Təbii resurslar, № 2(12) 2020.
- Əlizadə E.K., Mikayılov A.A., İsmayılov M.C. və b. Azərbaycan Respublikasının landşaft xəritəsi (1:600000). Bakı Kartoqrafiya fabriki, Bakı, 2017, 1 s.
- Hacıyeva G.A. “Kiçik Qafqazın şimal-şərq yamacının landşaft-zonal rayonlaşdırılması”, Bakı, 1965, 106 s.
- Xəlilov S.H., Səfərov S.H., “Azərbaycan Respublikasında havanın temperaturunun və atmosfer yağıntılarının aylıq və illik normaları (1961-1990-cı illər).
- İsmayılov M.C., “Şərqi Qafqaz landşaftlarının geofiziki xüsusiyyətləri” II-Bakı, Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. Xəzər dənizi və ətraf regionların ekosistemləri: Təhlükə və risklər- 2010, XV cild, səh.74-80.
- İsmayılov M.C., Yunusov M.İ., Məmmədbəyov E.Ş., “Kiçik Qafqazın şimal-şərq hissəsi landşaftlarının antropogen transformasiyasının ərazi ekoloji potensialına təsirinin qiymətləndirilməsi” II-Bakı, Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. Dağlıq ərazilərin tarazlı inkişaf problemləri.-2006, X cild, səh.81-85
- Qəribov Y.Ə. “Azərbaycan Respublikasının müasir landşaftlarının transformasiyası və onların optimallaşması yolları” Bakı, 2013
- Müseyibov M.A. “Azərbaycanın fiziki coğrafiyası” Bakı, 1998, 399 s.
- Süleymanov M.Ə. “Azərbaycanın təbii və antropogen landşaftlarının coğrafi qanunauyğunluqları” Bakı, 2005, 247 s.
- Будагов Б.А. “Современные естественние ландшафты Азербайджанской ССР” Баку, 1988, 135 s.
- Салаев М.Э. «Почвы Малого Кавказа», Баку 1966, 327 s.
Çapa qəbul olunub: 20 dekabr 2023
Məqaləni yüklə
T.G.Məmmədova Gəncə-Qazax düzü və ətraf ərazi landşaftlarinin srtuktur-funksional və genetik xüsusiyyətləri. Coğrafiya və təbii resurslar, №2 (20), 2023, səh. 46-55.