Coğrafiya və təbii resurslar

GƏNCƏ-QAZAX İQTİSADİ-COĞRAFİ RAYONUNDA TAXILÇILIĞIN YÜKSƏKLİK QURŞAQLARI ÜZRƏ TƏŞKİLİ VƏ MÜASİR VƏZİYYƏTİ

 

N.Ə.Paşayev, A.A.Abbasova

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu

AZ 1143, Bakı, H.Cavid pr., 115

X ü l a s ə

Məqalədə Gəncə-Qazax iqtisadi-coğrafi rayonunda taxıl əkinlərinin yük­sək­lik qurşaqları üzrə yerləşməsi, müasir vəziyyəti, taxılçılıq sahəsində olan problemlər və onların həlli yolları müəyyənləşdirilmişdir. Gəncə-Qazax iq­ti­sadi-coğrafi rayonu taxıl istehsalına görə respublikada 4-cü yeri tutmaqla, ölkə üzrə istehsal olunan taxılın 11,1 %-i və taxıl əkinlərinin isə 10,0%-ə qədəri onun payına düşür. Taxıl əkinləri region ərazisində təbii şə­raitdən və iqtisadi amillərdən asılı olaraq qeyri-bərabər yerləşmişdir. Hündür­lük qurşaqları üzrə taxıl ən çox 201-500 m arasında becərilir. Bu qurşaq daxilində regionun taxıl əkinlərinin 50,7%-i yerləşmişdir.

Taxılçılığın ərazidə araşdırılmasında mühüm məsələlərdən biri də bitki­çi­lik sahəsinin yerli tələbatın ödənilməsini qarşılayacaq səviyyədə inkişaf et­dirilməsidir. Taxılçılığın yüksəklik qurşaqları üzrə yerləşməsinə nəzər sal­dıq­da təbii şəraitinin olduqca əlverişli olduğu görünür. Lakin taxılçılığın inkişaf etdirilməsində, məhsuldarlığının yüksəldilməsində yalnız təbii resurslar ki­fa­yət etmir. Bu sahədə qarşıya qoyulmuş məqsədə çatmaq üçün, taxılçılıqda məhsuldarlığın yüksəldilməsinə, keyfiyyətli məhsul istehsalının əldə edil­mə­sində mütərəqqi aqrotexniki üsullardan istifadə mühüm əhəmiyyət kəsb edir.

Açar sözlər: iqtisadi-coğrafi rayon, kənd təsərrüfatı, kənd əhalisi, aqropark, taxılçılıq, yüksəklik qurşaqları

 

ƏDƏBİYYAT

  1. Abbasova A.A. Gəncə-Qazax iqtisadi ra­yo­nunda kənd təsərrüfatının əhalinin məşğulluğunda rolu // “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, 2019, s. 234-237
  2. Azərbaycan Respublikasında Kənd Təsərrüfatı İnkişafının Qiymətləndirilməsi və Təkliflər Üzrə Kon­sepsiya Layihəsi. İqtisadi və Sosial İnkişaf Mərkəzi, Bakı, 2010, 25 s.
  3. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi. Bakı, 2016, 177 səh.
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Ko­mitəsi, Azərbaycanın kənd təsərrüfatı. (2021, 30 yan­var). Mənbə: https://www.stat.gov.az/source/agriculture/
  5. Azərbaycanın kənd təsərrüfatı 2019. Bakı DSK 2019, 644 s.
  6. Gəncə-Qazax iqtisadi rayonunun pasportu. Bakı, 2012, 55 s
  7. Goranboy rayon İcra Hakimiyyətinin veb saytı. (2021, 30 yanvar). Mənbə: http://www.goranboy-ih.gov.az/news/288.html
  8. Qurbanzadə A.A. Azərbaycanın kənd təsərrüfatı coğrafiyası. Bakı, 2011, 256 səh.
  9. Məmmədov R., Eminov Z., Əyyubov N. Əhali coğrafiyasınn reallıqları: inkişaf dinamikası, məs­kunlaş­ma, resurslar və perspektivlər // Müstəqillik yollarında 25. Bakı, “Şərq-Qərb” nəşriyyatı 2016. səh. 382-486.
  10. Regionların sosial-iqtisadi inkişafı. (2014-2018). Statistik məcmuə. Bakı, 2019. 676 səh
  11. Zeynallı Ə.T. Azərbaycan kənd təsərrüfatı coğrafiyasının müasir problemləri. Bakı, “Elm”, 2005, 392 səh.

 

Çapa qəbul olunub: 01 mart 2021

Məqaləni yüklə