Coğrafiya və təbii resurslar

GƏDƏBƏY RAYONUNUN TƏSƏRRÜFAT STRUKTURU VƏ ONUN ƏHALİ MƏŞĞULLUĞUNA TƏSİRİ

A.M.Əliyev

AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu
AZ 1143, Bakı, H.Cavid pr. 115
[email protected]

 

Xülasə
Məqalədə Gədəbəy rayonunun təsərrüfat strukturu və onun əhalinin məş-ğulluğuna təsiri təhlil edilmişdir. Azərbaycan Republikasının qərb zonasında yerləşən Gədəbəy rayonunda əlverişli torpaq-iqlim şəraiti, zəngin təbii ehtiyat və turizm potensialının olması əhalinin məşğulluğunda ciddi rol oynayır. Rayonun təbii ehtiyatlarından səmərəli istifadə üçün təsərrüfatın strukturunun yenidən qurulması və mövcud əmək ehtiyatlarından düzgün istifadə davamlı inkişaf üçün olduqca vacib məsələdir. Mövcud ehtiyatlardan yetərli səviyyədə istifadə edilməməsi əhalinin məşğulluğunda bəzi problemlərin yaranmasına səbəb olmuşdur. Təbii şərait və təbii ehtiyatlardan səmərəli istifadə, sənayenin inkişafı, həmçinin emal müəssisələrinin yaradılması ilə birlikdə xidmət sahə-lərinin inkişafının təmin edilməsi ilə burada təsərrüfat sahələrinin diversi-fikasiyasına səbəb olacaq. Əsasən ixrac olunan müxtəlif növ xam məhsulların emalı üçün emal müəssisələrinin tikilməsi və istifadəyə verilməsi gələcəkdə rayonda sənayenin daha da inkişaf etdirilməsinə imkan yaradacaqdır. İnzibati rayonun əhalisinin məşğulluğunda mühüm rol oynayan kənd təsərrüfatı əsasən ekstensiv formada inkişaf etmişdir.
Məqalədə rayonun təsərrüfat strukturunun ərazi təşkili və əmək ehtiyat-larından səmərəli istifadə problemləri araşdırılmış və bu problemlərin aradan qaldırılması üçün təkliflər verilmişdir.

Açar sözlər: Gədəbəy rayonu, təbii şərait, təbii ehtiyatlar, təsərrüfat strukturu, əhalinin məşğulluğu

 

ƏDƏBİYYAT
1. Azərbaycan Respublikası əhalisinin 2009-cu ilin siyahıyaalma materialları. Məşğul əhalinin iqtisadiyyat sahələri üzrə bölgüsü. XIII cild. Bакı: DSK, 2010, 820 s.
2. Azərbaycan Respublikasının coğrafiyası. II cild. İqtisadi, sosial və siyasi coğrafiya. Bakı, 2015, 327 s.
3. Azərbaycan Respublikasının coğrafiyası. III cild. Regional coğrafiya. Bakı, 2015, 400 s.
4. Azərbaycanın milli hesabları 2020. Bakı DSK, 2021, 139 s.
5. Azərbaycanın regionları 2019 Bakı: DSK 2020, 828 s.
6. Azərbaycanın sənayesi 2020. Bаkı, DSК, 2021, 242 s.
7. Azərbaycanin kənd təsərrüfatı 2020. Bakı DSK, 2021, 772 s.
8. Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı: “Çıraq”, 2005, 560 s.
9. İmrani Z.T., Zeynalova K.Z. Azərbaycanda təsərrüfatın ərazi təşkilinin iqtisadi-coğrafi xüsusi-yyətləri. Bakı, “Nafta-Press”, 2014, 232 s.
10. Paşayev N.Ə. Azərbaycan Respublikasında təbii fəlakətlərin təsərrüfata təsirinin iqtisadi-coğrafi qiymət-ləndirilməsi. Bakı, “Avropa” nəşriyyatı, 2018, 372 s.
11. Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı, “Çıraq”, 2010, 416 s.
12. Ekologiya və Təbii sərvətlər nazirliyi (2022, 23 fevral) http://eco.gov.az/az/tebii-servetlerimiz/mineral-sular.
13. Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası (2022, 23 fevral) http://www.e-qanun.az/framework/4797.

 

Çapa qəbul olunub: 20 may 2022

Məqaləni yüklə