Füzuli rayonu əkinə yararlı torpaqlarının aqrokimyəvi xüsusiyyətlərinin öyrənilməsi

FÜZULİ RAYONU ƏKİNƏ YARARLI TORPAQLARININ AQROKİMYƏVİ XÜSUSİYYƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ

Yeganə Manafova1*, Səbinə Rəhimova1, İlahə Məmmədova1, Elnarə Abasova1

1Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Coğrafiya İnstitutu

*Məsul müəllif: yegana.manafova@geo.edu.az

DOI: https://doi.org/10.5281/zenodo.24434445

PDF yüklə

Xülasə

Bu məqalədə Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonunun Kənd Horadiz ərazisində geniş yayılmış dağ boz-qəhvəyi torpaqların aqrokimyəvi və diaqnostik göstəriciləri elmi əsaslarla təhlil olunmuşdur. Tədqiqatın əsas məqsədi Horadiz torpaqlarının mövcud aqrokimyəvi vəziyyətini müəyyənləşdirmək, onların münbitlik səviyyəsini qiymətləndirmək və kənd təsərrüfatında səmərəli istifadə imkanlarını araşdırmaqdan ibarətdir.

Məqalədə torpaqların fiziki-kimyəvi xüsusiyyətləri, mühit reaksiyası (pH), humusun və azotun miqdarı, karbonatlıq, udma tutumu, qranulometrik tərkib, sıxlıq və makroelementlər (azot, fosfor, kalium) müəyyən edilmişdir. Bu göstəricilərin təhlili əsasında torpaqların kənd təsərrüfatı üçün yararlılıq dərəcəsi müəyyən edilmiş, məhsuldarlığı məhdudlaşdıran əsas amillər aşkara çıxarılmışdır.

Diaqnostik qiymətləndirmə nəticəsində Horadiz torpaqlarının ümumilikdə orta və yüksək münbitlik potensialına malik olduğu, lakin intensiv əkinçilik şəraitində əlavə aqrotexniki tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulduğu müəyyən edilmişdir. Məqalədə həmçinin torpaq münbitliyinin qorunması və artırılması məqsədilə gübrələmə sisteminin təkmilləşdirilməsi, üzvi maddə ehtiyatının artırılması və torpaq analizlərinin mütəmadi aparılmasının vacibliyi vurğulanmışdır.

Tədqiqatın nəticələri Kənd Horadiz ərazisində kənd təsərrüfatının bərpası və inkişafı baxımından praktiki əhəmiyyət daşıyır və bu torpaqların gələcəkdə dayanıqlı aqrar istehsalata cəlb olunması üçün elmi əsaslar yaradır.

Açar sözlər

Qarabağ iqtisadi rayonu, aqrokimyəvi göstəricilər, Füzuli rayonu, torpaq diaqnostikası, torpaq münbitliyi, kənd təsərrüfatı, aqrotexniki tədbirlər, aqrar fəaliyyət, eroziya, deqradasiya


Məqalə haqqında

Jurnal: Coğrafiya və Təbii Resurslar
Bölmə: Aqrar elmlər
Cild: 12
Nömrə: 1
İl: 2026
Səhifələr: 131–137
Nəşr tarixi:
Lisenziya: CC BY 4.0


Ədəbiyyat siyahısı

Allahverdiyev, F. N. (2006). Qarabağ dağətəyi zonasında işğaldan azad olunan torpaqların çirklənməsi, pozulması və deqradasiyası (hərbi eroziya).

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. (2021). İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı.

Babayev, M. P., & Həsənov, V. H. (2006). Azərbaycan torpaqlarının müasir təsnifatı. Elm.

Babayev, M. P., Həsənov, V. H., & Babayev, İ. M. (2002). Azərbaycan Respublikasının torpaq örtüyünün deqradasiyası. Azərbaycan Respublikasında torpaq islahatlarının elmi təminatı. Elm.

Sublaik, R., Prajapat, S., Varghese, S., Sharma, V., & Jafarov, S. (2024). Marketing innovations and their impact on financial performance: Perspectives from management experts. Educational Administration: Theory and Practice, 30(5), 9286–9292. https://kuey.net/index.php/kuey/article/view/3504

FAO. (2020). Post-conflict land and soil assessment guidelines.

Jafarov, S., & Imrani, Z. (2021). Comparison of the Azerbaijani education system with the US education system (XX–XXI centuries (1960–2015)). In World Science: Problems and Innovations: The XVI International Scientific Symposium, East Lansing, Michigan, USA. https://doi.org/10.5281/zenodo.5895028

Jafarov, S., Imrani, Z., & Eminov, Z. (2024). The current state of foreign trade relations of the Republic of Azerbaijan. South Florida Journal of Development, 5(7), e4194. https://doi.org/10.46932/sfjdv5n7-034

Jafarov, S. (2024). Education, research and globalization. South Florida Journal of Development, 5(10), e4485. https://doi.org/10.46932/sfjdv5n10-012

Jafarov, S., & Aliyev, Y. (2022). Education policy and leadership. International Journal of Innovation and Economic Development, 7(6), 14–23. https://doi.org/10.18775/ijied.1849-7551-7020.2015.76.2002

Jafarov, S. (2024). Accreditation and quality assurance in world-leading universities. International Journal of Current Science Research and Review, 7(12). https://doi.org/10.47191/ijcsrr/v7-i12-77

Zeynalova, X. Ə. (2010). Böyük Qafqazın cənub yamacının dağ əkinçilik zonasında eroziya prosesinin torpaqların münbitlik parametrlərinə və ekoloji şəraitinə təsiri.


Məqaləyə istinad (APA 7)

Manafova, Y., Rəhimova, S., Məmmədova, İ., & Abasova, E. (2026). Füzuli rayonu əkinə yararlı torpaqlarının aqrokimyəvi xüsusiyyətlərinin öyrənilməsi. Coğrafiya və Təbii Resurslar, 12(1), 131–137. https://doi.org/10.5281/zenodo.24434445