XƏZƏR DƏNİZİNİN AZƏRBAYCAN SEKTORUNUN SAHİL ZONASININ KÜLƏK GÜCÜ TƏSNİFATI
V.M.Rəsulzadə
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. AZ 1143, Bakı ş., H.Cavid pr. 115
[email protected]
DOI: 10.59423/gnr.2024.21.28.016
X ü l a s ə
Planetimizdə qlobal iqlim dəyişmələrinin təzahürü olan orta temperaturun artma prosesini yavaşlatmaq və məhdudlaşdırmaq atmosferə atılan karbon qazının miqdarının önəmli dərəcədə azaldılmasını zəruri edir. Bunun üçün ənənəvi enerji mənbələrindən ekoloji təmiz bərpa olunan enerji növlərinə dünya boyunca sürətlə keçid tələb olunur. Azərbaycan Respublikası da dünya ölkələrinin əksəriyyətinin qoşulduğu Paris İqlim Sazişini imzalamışdır və ölkənin malik olduğu günəş və külək enerjisi resurslarından tam və səmərəli istifadəni hədəfləmişdir.
Ölkəmizdə külək enerjisi baxımından böyük potensiala malik ərazilər Abşeron yarımadası başda olmaqla, Xəzər dənizinin sahil zonası, Naxçıvan MR və Gəncə-Daşkəsəndir. Məqalədə Xəzər dənizinin Azərbaycan sektorunun sahil zonası üçün qəbul edilmiş beynəlxalq meyara görə küləyin sürət və güc təsnifatı təqdim olunub. Çoxillik peyk məlumatlarından istifadə edərək aparılan bu bölgü əsasında tədqiqat ərazisi üçün mövcud külək enerji potensialı qiymətləndirilmişdir.
Açar sözlər: Külək gücü, külək sürəti, külək enerjisi, Xəzər dənizi
ƏDƏBİYYAT
- Alexander Kalmikov-Wind power fundamentals/Massachusetts Institute of Technology, USA.
- Alireza Khalig, Omer C.Onar- Energy Harvesting, USA 2010, p 105.
- Azərbaycan Respublikasının prezidenti yanında strateji araşdırmalar mərkəzi/Yaşıl inkişaf: Enerji səmərəliliyi və alternativ mənbələr Bakı 2014, s. 51-52.
- Əmirov S.Q.Külək və günəş enerjisindən istifadə ilə təbii ehtiyyatlara qənaət, Bakı 2016, s.9.
- F.Cəlilov-Alternativ regenerativ enerji sistemləri, Bakı 2009, s 214.
- Y.Yürüşen.,Julio.J.Melero – Probability density function selection based on the characteristics of wind speed data/Journal of Physics: Conference Series 753 (2016) 032067 doi:10.1088/1742-6596/753/3/032067
- Zahid Hussain Hulio-Assessment of Wind Characteristics and Wind Power Potential of Gharo, Pakistan / Journal of Renewable Energy Vol 2021,17 pages.
- NASA Prediction Of Worldwide Energy Resources (POWER) | Data Access Viewer (DAV). Source: https://power.larc.nasa.gov/data-access-viewer/
Çapa qəbul olunub: 15 noyabr 2024
Məqaləni yüklə
V.M.Rəsulzadə – Xəzər dənizinin Azərbaycan sektorunun sahil zonasının külək gücü təsnifatı. Coğrafiya və təbii resurslar, №2 (22), 2024, səh. 104-108.