QARABAĞIN COĞRAFİ TƏDQİQİ TARİXİNDƏN
T.H.İsmayılova
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. AZ 1143, Bakı ş., H.Cavid pr. 115
DOI: 10.59423/gnr.2024.77.74.015
X ü l a s ə
Məqalədə, Azərbaycan xalqının soykökü, yurdumuzun tarixi-coğrafi mövqeyini və burada ta qədim dövrdən yaşayan türk xalqının yaratdığı tarixi abidələr öyrənilərək, tədqiq edilmişdir. Aparılan tədqiqatlar bir daha təsdiqləyir ki, bu Azərbaycan ərazisində yaşayan əhalinin əsas hissəsini türk dilli tayfalar təşkil etmişdir. Ərazinin coğrafi faktlar, elmi dəlillərlə qədim türk yurdu Qarabağın tarixi- coğrafiyasını tədqiq etməklə tarixi abidələrin coğrafi mövqeyi və coğrafi cəhətdən öyrənilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.
Tarixi-coğrafi məlumatlar göstərir ki, müxtəlif dövrlərdə bu və ya digər əsassız səbəblərdən Qarabağ regionunun XII—XIII əsrlərə kimi müxtəlif coğrafi adlar daşımışdır. Lakin bu adların bəziləri müvəqqəti mövcud olsa da, Qarabağın ayrı-ayrı əyalətlərini əhatə etmişdir. Son antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi coğrafi Qarqarlar ölkəsi kimi adlanmışdır. İndiki Qarqar çayı hövzəsində vaxtilə yaşamış qarqar tayfası qədim müəlliflərin verdiyi məlumata görə, Alban tayfası ittifaqına daxil olmuşdur.
Açar sözlər: Azərbaycan, Qarabağ, coğrafi tədqiqlar, tarixi-coğrafiya, tarixi abidələr.
ƏDƏBİYYAT
- Azərbaycan tarixi, II c. Bakı. Elm, 1998.
- Coğrafiya elmi 50 ildə // Coğrafiya elmi 50 ildə. Bakı: “Elm”, 1996, 230 s.
- Eminov Z.N. Azərbaycanın əhalisi. Bakı: Çıraq, 2005. 645 s.
- Eminov Z.N. Coğrafiya (Ali məktəb üçün dərslik). Bakı: “Çıraq” nəşriyyatı, 2005. s. 606.
- Göyüşov R. Qarabağın keçmişinə səyahət. Bakı: Azərnəşr, 1993. 232 s.
- Haqverdiyev A.T. Azərbaycan coğrafiyası: formalaşma mərhələləri, inkişafının prioritet istiqamətləri. Bakı: “Avropa” nəşriyyatı, 2020. 424 s.
- Mahmudlu Y.M. Səyyahlar, kəşflər, Azərbaycan. Bakı: 2012. 187 s.
- Teymurov M.Ə. Çaylarda intensiv suvarma dövrü axımının qiymətləndirilməsi (Kiçik Qafqaz daxilində), Azərbaycan Coğrafiya Cəmiyyəti qurultayının materialları, IX cild, 2004, s. 400-403.
- Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası. Universitetlərin coğrafiya fakültəsi üçün dərslik. Bakı: “Maarif”, 1998, 400 s. / s. 49.
- Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı. Elm, 1993. 426 s.
- Yüzbaşov R. Dağlıq Qarabağ Muxtar Vilayətinin toponimikası. Azərbaycan SSR EA xəbərləri. Yer haqqında elmlər seriyası. 1969. №2, s. 86-92.
Çapa qəbul olunub: 15 mart 2024
Məqaləni yüklə
T.H.İsmayılova – Qarabağın coğrafi tədqiqi tarixindən. Coğrafiya və təbii resurslar, №1 (21), 2024, səh. 111-116.