Geography and Natural Resources

MUĞAN DÜZÜNDƏ AQROLANDŞAFTLARIN FORMALAŞMASI VƏ STRUKTUR FUNKSİONAL XÜSUSİYYƏTLƏRİ

 

L.M.Məhərrəmli 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu

[email protected]

DOI: 10.59423/gnr.2023.50.48.008

X ü l a s ə

Mə­qa­lə­də Azər­bay­ca­nın mü­hüm kənd tə­sər­rü­fa­tı əra­zi­si olan Mu­ğan dü­zün­də aq­ro­land­şaft­la­rın əmə­lə gəl­mə­si­nin tə­bii və so­si­al-iq­ti­sa­di po­ten­sia­lı, ta­ri­xi-ge­ne­tik xü­su­si­yət­lə­ri fond mte­ri­al­la­rı, çöl təd­qi­qat­la­rı və Arc­GIS tex­no­lo­gi­ya­la­rı ilə təd­qiq edil­miş­dir. Əra­zi­də in­ten­siv­lə­şən in­san fəa­liy­yə­ti­nin tə­bii sis­tem­lə­rə tə­si­ri ilə bə­zi land­şaft­lar­da tor­pa­ğın şo­ran­laş­ma­sı və şo­ra­kət­ləş­mə­si, ero­zi­ya­sı, səh­ra­laş­ma­sı, ba­taq­laş­ma­sı, tor­paq­da məh­sul­dar­lı­ğın aşa­ğı düş­mə­si və mik­rof­lo­ra­nın yox ol­ma­sı pro­se­si baş ve­rir. Mu­ğan dü­zü er­kən sü­ni su­var­ma sis­te­mi­nin ya­ran­dı­ğı böl­gə­lər­dən bi­ri ol­du­ğu üçün hə­lə e.ə.III-II mi­nil­lik­lər­də bu­ra­da aq­ro­land­şaft­lar for­ma­laş­mış və on­la­rın in­san­lar tə­rə­fin­dən ida­rə olu­nan struk­tur funk­sio­nal xü­su­siy­yət­lə­ri ya­ran­ma­ğa baş­la­mış­dır. Elə bu sə­bəb­dən də mə­qa­lə Mu­ğan dü­zün­də aq­ro­land­şaft­la­rın təd­qi­qi­nə həsr olun­muş­dur. Təd­qi­qat müx­tə­lif el­mi mən­bə­lər­dən top­lan­mış mə­lu­mat­la­rın ümu­mi­ləş­di­ril­mə­si ilə ya­na­şı, peyk təs­vir­lə­ri­nin ana­li­zi­nin nə­ti­cə­lə­ri­nin əra­zi­nin fak­ti­ki və­ziy­yə­ti ilə mü­qa­yi­sə­si is­ti­qa­mə­tin­də apa­rıl­mış­dır. Təh­li­lin nə­ti­cə­sin­də ay­dın ol­muş­dur ki, əra­zi­nin 46,94%-i yə­ni 2326,25 km2-i dəniz sə­viy­yə­sindən -20 m hündürlüyə qədər olan sahələrdir. Həm­çi­nin əkin sa­hə­lə­ri­nin 44,72%-i, ya­şa­yış mən­tə­qə­lə­ri­nin isə 46,92 %-i bu yük­sək­lik­lər­də yer­lə­şir. Əkin və ya­şa­yış mən­tə­qə­lə­ri­nin ən az sıx­lıq təş­kil et­di­yi əra­zi­lə­rə isə təd­qi­qat əra­zi­si­nin  20 – 100 m yük­sək­lik­lə­rin­də tə­sa­düf edi­lir.

Açar sözlər: ekosistem, aqrolandşaftlar, antropogen fəaliyyət, əkin sahələri, texnogenez.

ƏDƏBİYYAT

  1. Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya I cild. Bakı-2015. 530 səh.
  2. Məmmədov Q.Ş., Xəlilov M.Y. Məmmə­dova S.Z. Aqroekologiya. Bakı, 2010, 551 səh.
  3. Yaqubov Q.Ş. Azərbaycan Respub­lika­sı­nın texnologen-pozulmuş torpaqlarının tədqiqi, ge­netik xüsusiyyətləri və onların rekultivasiya yol­la­rı. Bakı, 2003, 203 səh.
  4. Мусеибов М.А. Ландшафты Азер­бай­джанской Республики. Баку, БГУ, 2013, 137 c.
  5. Muğanımız – tariximiz, sərvətimiz, Azər­baycan Mətbuat Şurasının, Saatlı Rayon İcra Haki­miyyəti (2022, 24 may). Mənbə: https://www.aznews.az/news/cemiyyet/110542.html

 

Çapa qəbul olunub: 18 may 2023

Məqaləni yüklə

 

Məhərrəmli  L.M. Muğan düzündə aqrolandşaftların formalaşması və struktur funksional xüsusiyyətləri. Coğrafiya və təbii resurslar, №1 (19), 2023, səh. 56-60.