LƏNKƏRAN TƏBİİ VİLAYƏTİNİN SU EHTİYATLARINDAN SƏMƏRƏLİ İSTİFADƏ MƏQSƏDİLƏ TƏKLİF OLUNAN LAYİHƏ VƏ PERSPEKTİVLƏR
Ə.Ş.Məmmədov, C.H.Hüseynov
“HİDROLOQ” MMC, AZ1102, Bakı ş., Tbilisi pr.
[email protected]
DOI: 10.59423/gnr.2024.45.53.003
X ü l a s ə
Məqalədə, Lənkəran təbii vilayətinin su ehtiyatlarından istifadənin mövcud vəziyyəti araşdırılmış və səmərəli istifadə məqsədilə təklif olunan layihə və mümkün həll variantları verilmişdir. Respublikamızın su ehtiyatlarının digər ölkələrlə müqayisədə az olması və müasir iqlim dəyişmələri təsirlərinin getdikcə artması su çatışmazlığı problemini hiss etdirməklə yanaşı, mövcud su ehtiyatlarımızdan inteqrasiyalı istifadəni və uyğunlaşma tədbirlərinin görülməsi zərurətini yaratmışdır. Lənkəran zonası çaylarının 75% təminatlı orta illik axım həcmi, təxminən 633.21 mln.m3 təşkil edir ki, bunun da 65%-i (400 mln. m3) ilin soyuq dövründə, suvarma suyuna ehtiyac olmadığı aylarda (noyabr ÷ mart) formalaşır. Bəzi çayların axımı dənizə gedib çatmır və nəticədə Xəzər dənizinin sahilyanı ərazilərində bataqlıqlar və laqunların yaranmasına səbəb olur. Ərazidə yerləşən çayların su ehtiyatlarını tənzimləməklə 60 min hektara qədər ərazini suvarma suyu və 1.2 milyon nəfərə qədər əhalini isə daimi içməli su ilə təmin etmək mümkündür. Çayların su ehtiyatlarının tənzimlənməsi, əhalinin su təchizatı, suvarma, balıqçılıq, turizmin inkişafı və digər kompleks məqsədlər üçün müvafiq yerlərdə su anbarlarının tikilməsi və yerli axımdan səmərəli istifadə edilməsi təklif olunmuşdur.
Açar sözlər: çay şəbəkəsi, su ehtiyatları, su təminatı, su anbarı, məcra, bənd, suvarma suyu.
ƏDƏBİYYAT
- Əhmədzadə Ə.C., Həşimov A.C. Ensiklope-diya Meliorasiya və su təsərrüfatı, Bakı. 2016, səh.632.
- İmanov F.Ə., Ələkbərov A.B. Azərbaycanın su ehtiyatlarının müasir dəyişmələri və inteqrasiyalı idarə edilməsi. Bakı. 2017, Mütərcim. 352s.
- İmanov F.Ə., Verdiyev R.H., Ağayev Z.B., Hümbətova Ş.Y. Şərqi Azərbaycan çaylarının su eh-tiyatları. Bakı. 2012. 184 s.
- Məmmədov M.Ə. Azərbaycanın hidroqrafi-yası. Bakı, “Nafta-Press” 2002. 266 s.
- Xалилов Щ.Б. Водохранилища Азербай-джана и их геологические проблемы. Баку, БГУ. 2003. 310с.
- Ресурсы поверхностных вод СССР, Выпуск 4, Восточное За-гафгазье, Ленинград. 1971, стр. 227.
- Рустамов С.Г., Кащгай Р.М. Водные ресур-сы Азербайджанской ССР. Баку, Элм. 1989, 188 с.
- Рустамов С.Г., Кащгай Р.М. Водный баланс Азербайджана. Баку, Элм. 1978. 110 с.
Çapa qəbul olunub: 15 noyabr 2024
Məqaləni yüklə
Ə.Ş.Məmmədov, C.H.Hüseynov – Lənkəran təbii vilayətinin su ehtiyatlarından səmərəli istifadə məqsədilə təklif olunan layihə və perspektivlər. Coğrafiya və təbii resurslar, №2 (22), 2024, səh. 14-21.