KÜRMÜKÇAY VƏ ŞİNÇAYIN SU EHTİYATLARINDAN SƏMƏRƏLİ İSTİFADƏNİN OPTİMAL VARİANTLARI
E.B.Cavadzadə, A.Ə.Bayaramov, S.A.Vəliyeva
“HİDROLOQ” MMC, AZ1102, Bakı ş., Tbilisi pr. Azərbaycan Memarlıq və İnşaat Universiteti
[email protected]
DOI: 10.59423/gnr.2024.57.75.004
X ü l a s ə
Məqalədə Kürmük və Şin çaylarının su ehtiyatlarından səmərəli istifadə ilə bağlı həll variantı haqqında məlumat verilmişdir. Bu çayların hazırda istifadə olunmayan Yaşıl enerji potensialından və su ehtiyatlatının tənzimlənərək komples şəkildə istifadə olunmasına kəskin ehtiyac vardır. Hazırda bu çayların su ehtiyatlarından pərəkəndə şəkildə suvarmada istifadə olunur. Ümumən çayların payız-qış axımlarından istifadə olunmur. Bu çayların hövzələrində su ehtiyatlarından istifadənin mövcud vəziyyəti araşdırılmış, hidroloji müşahidə məlumatları əsasında hidroenerji potensialından səmərəli istifadə, suvarma və digər kompleks məqsədlər üçün istifadə ilə bağlı mühəndisi qurğuların və məcradan kənar su anbarının tikilməsi təklif olinmuşdur. Yeni yaradılacaq su anbarı hazırda əsasən lillənərək öz funksiyasını yerinə yetirə bilməyən “Əyriçay”su anbarının suvarma ərazisinə özüaxar rejimdə suvarma suyunun verilməsini təmin edə biləcəkdir. Qeyd etmək lazımdır ki, 1987-ci ildə istifadəyə verilən və 22800 hektar əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan “Əyriçay” su anbarı artıq lillənmişdir. İlkin hesablamalara görə Kürmükçay və Şinçayın su ehtiyatlarının bir hissəsindən istifadə etməklə ümumi həcmi 90.0 mln.m3 olan məcradankənar su anbarının (şərti adı “Baqqal”) yaradılması mümkündür. Yeni su anbarını qidalandıracaq su kəmərləri üzərində isə ümumi gücü 25.2 MVt olacaq 3 ədəd su elektrik stansiyasının tikilməsi də mümkündür.
Açar sözlər: suvarma suyu, çay, su ehtiyatları, çoxillik su sərfi, axım həcmi, ildaxili paylanma, derevasiya borusu.
ƏDƏBİYYAT
- Müseyibov M.A. “Azərbaycanın fiziki coğra-fiyası”. Bakı, 1998.
- Məmmədov M.Ə. “Azərbaycanın hidroqrafi-yası”. Bakı, 2002.
- Rüstəmov S.Q., Kaşkay R.M. Azərbaycan SSR-in su ehtiyatları. Bakı, 1989.
- Əhmədzadə Ə.C., Həşimov A.C. Ensik-lopediya Meliorasiya və su təsərrüfatı. Bakı 2016.
- İmanov F.Ə., Ələkbərov A.B. Azərbaycanın su ehtiyatlarının müasir dəyişmələri və inteqrasiyalı idarə edilməsi, Bakı, 2017, 352 s.
Çapa qəbul olunub: 15 noyabr 2024
Məqaləni yüklə
E.B.Cavadzadə, A.Ə.Bayaramov, S.A.Vəliyeva – Kürmükçay və Şinçayın su ehtiyatlarından səmərəli istifadənin optimal variantları. Coğrafiya və təbii resurslar, №2 (22), 2024, səh. 22-27.