KƏLBƏCƏR RAYONUNUN BƏZİ TOPONİMLƏRİNİN TARİXİ-COĞRAFİ MƏNŞƏYİ HAQQINDA
M.O.Təhməzov
X ü l a s ə
Milli və mənəvi sərvətlərimiz olan toponimlərin toplanması və mənşəyinin öyrənilməsi tarixi, ictimai və siyasi baxımdan olduqca aktualdır. Təəssüf ki, uzun illər işğal altında qalan torpaqlarımızın yeraltı və yerüstü sərvətləri düşmən tərəfindən talan olunmuş, yer adları dəyişdirilərək erməniləşdirilmişdir. Toponimlərin mənşəyinin saflığını qorumaq, tarixi-milli dəyərini gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur. Məqalə Kəlbəcər rayonunun toponimiyasında əhəmiyyət kəsb edən və xüsusi yer tutan oronimlərə həsr olunmuşdur. Oronimlər Kəlbəcər rayonunun işğalı dövründə Azərbaycanın müxtəlif şəhər və rayonlarında məskunlaşmış kəlbəcərlilərdən sorğu vasitəsilə toplanmışdır. Məqalədə ilk dəfə elmi ədəbiyyata daxil olmayan bir çox oronimlər – dağ, dərə, təpə, qaya adları və onların mənşəyi haqqında məlumatlar verilir.
Açar sözlər: Kəlbəcər, relyef, oronim, mənşə, toponim.
ƏDƏBİYYAT
- Təhməzov M.O. “Kəlbəcər. Ensiklopedik məlumatlar. Toponimlər, fotoşəkillər, xəritələr”. Monoqrafiya. Bakı, 2008, 2011.
- Təhməzov M.O. “Kəlbəcər. Ensiklopedik məlumatlar”. Monoqrafiya. Bakı, 2013.
Çapa qəbul olunub: 18 dekabr 2022
Məqaləni yüklə