İQLİM DƏYİŞMƏLƏRİ FONUNDA XƏZƏR DƏNİZİNİN SƏVİYYƏ TƏRƏDDÜDLƏRİ VƏ BUNUN SAHİL ZONASINA TƏSİRİ
R.H.Qardaşov
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. AZ 1143, Bakı ş., H.Cavid pr. 115
DOI: 10.59423/gnr.2024.38.96.015
X ü l a s ə
Xəzər dənizinin səviyyə dəyışmələrinin yetərincə dəqiq uzunmüddətli proqnozunun verilməsinin mümkünsüzlüyü sahil zonasının infrastruktur planlaşmasında səviyyə tərəddüdlərinə adaptasiyanın yeganə ağlabatan strategiya olduğu qənaətinə gətirir, belə ki, sürüşdürülə, endirilib-qaldırıla bilən yüngül konstruksiyalı estetik inşaat texnologiyaların tətbiqi zərurətini yaradır. İnstrumental ölçmələrinin başlandığı 1837-ci ildən 2023-cü ilədək müşahidə olunan səviyyə dəyişmələri trendə görə 7 mərhələyə bölünür və dəyişmələrin xarakteri analiz edilir. Səviyyə dəyişmələri sahil xəttinin dinamikasında özünü göstərir və yüksək ayırdetməli peyk görüntülərindən “referans sahil xətti”nin coğrafi koordinatlarının dəqiq təyini elmi-praktik əhəmiyyət kəsb edir. “Xəzər dənizinin hüquqi statusu haqqında” konvensiyada sahil xətti “normal çıxış xətti” termini olaraq mühüm yer alır və buna istinadən ölkənin ərazi suları, balıqçılıq zonası müəyyən edilir. Burada xəzəryanı ölkələrin “referans sahil xətti” və Azərbaycan ərazisində sahil xəttinin 1985-2020-ci illərdə yerdəyişmələrinin təyini ArcGİS alətləri və digər proqram təminatlarının tətbiqi ilə həyata keçirilir. Müşahidə olunan səviyyə dəyişmələrinin spektral analizi aparılır və səviyyə dəyişmələrinin əsas xüsusiyyətlərini göstərən önəmli 10 harmonika aşkar edilir. Bu harmonikaların geoloji dövrlərlə və astronomik amillərlə əlaqəsi qeyd edilir.
Açar sözlər: Xəzər dənizi, səviyyə tərədddləri, sahil xətti, spektral analiz, geoloji dövrlər.
ƏDƏBİYYAT
- А.С.Алиев, Р.Г.Гардашов, Д.Г.Сулейман-лы. Особенности колебания уровня каспийского моря в послед-ние 180 лет, География и природные ресурсы, 2022.
- R.H.Gardashov, T.T.Mamishova Study of the dynamics of the coastal zone of the caspian sea based on satellite image processing. XI Все-российская конференция с международным участием Совре-менные проблемы оптики ес-тественных вод» (ONW’2021) Санкт-Петер-бург. 2021, c 187-193
- Кукал З. Скорость геологических процессов, МИР, Москва, 1987 г., 246 стр.
- Yang, Y., Song, X. Multidecadal variation of the Earth’s inner-core rotation. Nat. Geosci.16, pp. 182–187 (2023). https://doi.org/10.1038/s41561-022-01112-z.
Çapa qəbul olunub: 15 noyabr 2024
Məqaləni yüklə
R.H.Qardaşov – İqlim dəyişmələri fonunda Xəzər dənizinin səviyyə tərəddüdləri və bunun sahil zonasına təsiri. Coğrafiya və təbii resurslar. №2 (22), 2024, səh. 96-103.