GƏNCƏ FİZİKİ-COĞRAFİ RAYONUNUN BİTKİ ÖRTÜYÜNÜN DİNAMİKASININ NDVI ƏSASINDA TƏHLİLİ
T.V.Qasımova
Bakı Dövlət Universiteti, AZ 1148, Bakı ş., Akad. Z.Xəlilov küç. 33
DOI: 10.59423/gnr.2023.18.22.009
X ü l a s ə
Məqalədə Gəncə fiziki-coğrafi rayonunun bitki ilə örtülmə dərəcəsi təhlil edilmişdir. Tədqiqatda ərazi landşaftlarının peyk (Landsat 5, Landsat 8) məlumatları və coğrafi informasiya texnologiyaları (CİS) əsasında xəritələri tərtib edilmiş, NDVI (Normallaşdırılmış Diferensial Vegetasiya İndeksi) dəyərlərinin dinamikası müxtəlif dövrlər (2000, 2020-ci illər) üzrə izlənilmişdir. Müəyyən edilmişdir ki, təbii və antropogen təsirlər nəticəsində bitki örtüyünün fizioqnomik növləri (ağac, kol və ot bitkiləri) arasında müxtəlif dərəcədə dəyişikliklər baş vermiş, törəmə senozların sahəsi artmışdır.Tərtib edilmiş xəritələrin göstəricilərinin müqayisəli təhlili göstərir ki, 2000-ci ilə nisbətən 2020-ci ildə ot bitkilərinin, ot və kolluqların, seyrək ağac və kolluqların sahəsi artmış, meşələrin sahəsində azalma müşahidə edilmişdir. Çox sıx meşələr isə tamamilə məhv olmuşdur.
Tədqiqatda yüksəklik qurşaqları üzrə landşaft komplekslərinə uyğun gələn NDVI dəyərləri də araşdırılmış, müəyyən edilmişdir ki, 0,1-0,2 NDVI dəyərləri alçaq, orta və qismən yüksək dağlığın, 0,2-0,3, 0,3-0,4, 0,4-0,5 dəyərləri alçaq və orta dağlığın, 0,5-0,6, 0,6-0,7 və 0,7-0,8 dəyərləri orta və qismən yüksək dağlığın landşaftları üçün xarakterikdir.
Açar sözlər: Gəncə, peyk şəkilləri, NDVI, bitki örtüyü, antropogen transformasiya, təkrar törəmə landşaftlar.
ƏDƏBİYYAT
- Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya, I c. Bakı, “Avropa”, 529 s.
- Azərbaycan Respublikası. Landşaft xəritəsi. Miqyas: 1:600000. Bakı, Kartoqrafiya Fabriki,
- Azərbaycanın demoqrafik göstəriciləri. Azərbaycan Respublikasının iqtisadi rayonları və inzibati ərazi vahidləri üzrə əhalinin sayının dəyişməsi. (2000-2020-ci illər). DSK. Mənbə: https://www.stat.gov.az/source/demoqraphy/
- Azərbaycanın kənd təsərrüfatı göstəriciləri. (2000-2020-ci illər). DSK. Mənbə: https://www.stat.gov.az/source/agriculture/
- Babayev E.B. Daşkəsən-Gədəbəy texnogen geosistemlərinin ekoloji vəziyyəti. Pontokaspi və Qafqaz Bölgəsi: ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində dəyişikliklər, canlıların filogenezi, geologiya, ekologiya və coğrafiyası Multidisiplinar Beynəlxalq Konfransın materialları. Bakı, 2020, s. 263-264.
- Əskərova H.H. Landşaftların səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi. Elm və təhsil. Bakı 2012. 182 s.
- Qurbanov E.M., Məmmədova S.Ç. Azərbaycanın qərb zonasında relikt və endemik bitkilərin yayıldığı fitosenozların xarakteristikası. Bakı Universitetinin xəbərləri. Təbiət elmləri seriyası 2010, №2, s. 34-39.
- Süleymanov M.Ə. Azərbaycanın təbii və antropogen landşaftlarının coğrafi qanunauyğunluqları. Bakı, 2005, 247 s.
- Ахундов II.Г. Географические закономерности развития лесов Азербайджанской Республики и их оптимизация. Афто- реф. докт. дисс. Баку, 1992, 56 с.
- Братков В.В., Атаев З.В. Вегетационные индексы и их использование для картографирования горных ландшафтов Российского Кавказа. Электронный научный журнал «Apriori. Cерия: естественные и технические науки». 2017, №1. 21 c.
- Huang Sh., Tang L., Hupy J.P., Wang Ya., Shao G. A commentary review on the use of normalized difference vegetation index (NDVI) in the era of popular remote sensing. 2021. V.32. №1. – pp. 1-6.
Çapa qəbul olunub: 18 may 2023
Məqaləni yüklə
Qasımova T.V. Gəncə fiziki-coğrafi rayonunun bitki örtüyünün dinamikasının NDVI əsasında təhlili. Coğrafiya və təbii resurslar, №1 (19), 2023, səh. 61-66.