Geography and Natural Resources

“COĞRAFİYA VƏ TƏBİİ RESURSLAR” JURNALININ REDAKSİYA HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

2019-ci il noyabrın 29-da akademik Ramiz Məmmədovun rəhbərliyi ilə “Coğrafiya və təbii resurslar” jurnalı redaksiya heyətinin toplantısı baş tutmudur. İclasda rəyasət heyətinin üzvləri jurnalın növbəti nömrəsi üçün hazırlanan məqalələri müzakirə etmişlər. Çapa təqdim olunan 30 məqalədən 10-u yenidən işlənilməsi üçün müəlliflərə qaytarılmış, 5-i üçün ikinci rəyçi təyin edilmiş, 15 məqalə isə cari il üçün jurnalın 2-ci nömrəsində dərc edilməsi qərara alınmışdır.