AZƏRBAYCANIN DÜZƏN ƏRAZİLƏRİNDƏ KƏND TƏSƏRRÜFATININ ƏSAS İSTİQAMƏTLƏRİ VƏ İNKİŞAF PROBLEMLƏRİ
L.İ.Əliyeva
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. AZ 1143, Bakı ş., H.Cavid pr. 115
[email protected]
DOI: 10.59423/gnr.2024.23.34.011
X ü l a s ə
Təsərrüfat sahələrinin səmərəli təşkili və idarə edilməsi baxımından kənd təsərrüfatının öyrənilməsi və inkişaf etdirilməsi xüsusilə aktualdır. Məqalədə kənd təsərrüfatı fəaliyyətinə görə əhəmiyyətli dərəcədə seçilən Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarını və Mingəçevir şəhərini əhatə edən Mərkəzi Aran iqtisadi rayonu tədqiq edilmişdir. Yarımsəhra və quru çöl iqlimi ilə səciyyələnən regionun ümumi sahəsi 6,69 min km² və əhalisi 716,2 min nəfərdir.
Tədqiqatın məqsədi sorğu və yerli fermerlərlə müsahibələrdən əldə edilən ilkin məlumatları, həmçinin statistik hesabatları və ədəbiyyat məlumatlarını təhlil etməklə Mərkəzi Aran iqtisadi rayonunda kənd təsərrüfatının əsas istiqamətlərinin və problemlərinin müəyyənləşdirilməsidir.
Nəticələr göstərir ki, ümumi torpaq fondundan kənd təsərrüfatı üçün geniş istifadə olunmasına baxmayaraq, son 5 ildə əkin sahələrində 4,6% azalma müşahidə edilməkdədir. Regionun kənd təsərrüfatı torpaqları əsasən dənli və paxlalı bitkilərin becərilməsi üçün istifadə olunur (75%). Ərazi üçün digər əhəmiyyətli kənd təsərrüfatı bitkisi nar hesab edilir ki, bu da ölkənin nar istehsalının 43%-ni təşkil edir. Tədqiqatın sonunda regionda kənd təsərrüfatı məhsuldarlığını və davamlılığı artırmaq baxımından mövcud problemlər müəyyənləşdirilmiş və dayanıqlı inkişaf istiqamətləri göstərilmişdir.
Açar sözlər: iqtisadi rayon, kənd təsərrüfatı, əkinçilik, heyvandarlıq, statistik göstəricilər.
ƏDƏBİYYAT
- Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proq-ramı. Bakı, 2019. 352 s.
- Azərbaycan Respublikasının Prezidentinin rəsmi veb səhifəsi. (01.07.2024), Mənbə: https://president.az/az/articles/view/65513
- Azərbaycanın demoqrafik göstəriciləri. Azər-baycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı, 2023, 593 s.
- Azərbaycanın kənd təsərrüfatı. Statistik məc-muə. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı, 2023. 709 s.
- Azәrbaycanın regionları. Statistik məcmuə. Azərbaycan Respublikasının Dövlət Statistika Komi-təsi. Bakı, 2023. 865 s.
- Eminov Z.N. Azərbaycanda əhalinin məşğul-luq problemləri. AMEA xəbərləri, “Yer elmləri” se-riyası, №4, Bakı, 2006. səh. 81-86.
- Eminov Z.N., Hüseynova T.M. Böyük Qafqaz vilayəti əhalisinin yaşayış keyfiyyətinin yaxşılaşdırıl-masında məşğulluq probleminin həlli. Coğrafiya və tə-bii resurslar, №1 (19), 2023, səh. 67-74.
- İmrani Z.T. Zeynalova K.Z. Azərbaycanda tə-sərrüfatın ərazi təşkilinin iqtisadi-coğrafi xüsusiyyət-ləri. Bakı, “Nafta-Press”, 2014, 232 s.
- Paşayev N.Ə., Əyyubov N.H., Eminov Z.N. Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Bakı: Çıraq, 2010, 416 s.
Çapa qəbul olunub: 15 noyabr 2024
Məqaləni yüklə
L.İ.Əliyeva – Azərbaycanın düzən ərazilərində kənd təsərrüfatının əsas istiqamətləri və inkişaf problemləri. Coğrafiya və təbii resurslar, №2 (22), 2024, səh. 65-71.