AZƏRBAYCANDA REGİONAL İQLİM DƏYİŞMƏLƏRİNİN VƏ ÇAY AXIMLARININ TƏHLİLİ
R.N. Mahmudov, S.H. Qurbanov, F.S. Dadaşova
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
AZ 1143, Bakı ş., H.Cavid pr. 115
[email protected]
DOI: 10.59423/gnr.2024.62.62.002
X ü l a s ə
Məqalədə çoxillik müşahidə məlumatlarının təhlilinə əsasən regional iqlim dəyişmələlərinin müasir vəziyyəti və onun ölkədə çay axımlarına təsiri məsələlərinə baxılır. Bunun üçün ölkənin müxtəlif bölgələrində yerləşən 57 meteoroloji, 104-ə qədər hidroloji stansiya və məntəqələrin 1960-2023-cü dövrləri əhatə edən yağıntı, temperatur, su sərfi müşahidə məlumatlarından isitifadə edilmişdir. Meteoroloji müşahidə məlumatları 1961-1990-cı illəri əhatə edən çoxillik normaya nisbətən 1991-2023 və 2007-2023-cü dövürlər üzrə müqaisəli təhlil edilmiş və məlum olmuşdur ki, ölkədə orta çoxillik temperaturlar 1991-2023-cü dövr üzrə 1,10C, 2007-2023-cü dövr üzrə isə 1,30C artmışdır. İqlim məlumatları həm müxtəlif regionlar, həm də müxtəlif yüksəklik intervalları üzrə təhlil edilmişdir. Göstərilən dövrlərə müvafiq fəsli temperaturlarda yaz fəslindən başqa digər fəsillərdə artma müşahidə edilir. Dünyada ən çox isti illər kimi tarixə düşən 2018-ci ildə ölkə ərazisində orta çox illik temperatur müvafiq olaraq +1,80C, 2023-cü ildə isə +2,20C normadan yüksək olmuşdur. Orta çoxillik yağıntılar normaya nisbətən 37,0 mm azalmışdır. Çayların çoxillik axımlarında, maksimal su sərflərində azalma, qış minimal axımında isə, artma müşahidə edilir.
Açar sözlər: iqlim dəyişmələri, yağıntı, temperatur, su sərfi, yüksəklik intervalları, region, norma.
ƏDƏBİYYAT
- Qurbanov S.H. Davamlı inkişaf kontekstində ekoloji siyəsətin istiqamətləri və yaşıl iqtisadiyyat. “İZƏ” nəşriyyatı, Bakı – 2023. s. 271
- Mahmudov R.N. Azərbaycanda regional iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr. Milli Aviasiya Akademiyasının nəşri – Bakı 2022- 208 s.
- Махмудов Р.Н., Мусаева М.А., Влияние климатических изменений в Азербайджане на современные ледники и речной сток северо-вос-точного склона большого Кавказа. Slovak Inter-national scientific journal – №78, October 2023 pp. 65-78
- Бюллетень ВМО, 2224/163, Женева, март 2024.
Çapa qəbul olunub: 15 noyabr 2024
Məqaləni yüklə
R.N.Mahmudov, S.H. Qurbanov, F.S. Dadaşova – Azərbaycanda regional iqlim dəyişmələrinin və çay axımlarının təhlili. Coğrafiya və təbii resurslar, №2 (22), 2024, səh. 9-13.